elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 мая 2018 г.

İbrahimov Ənvər Fəxrəddin oğlu


İbrahimov Ənvər Fəxrəddin oğlu 3 may 2007-ci ildə Ağcabədi şəhərində anadan olub. Valideynlərinin məlumatlarına görə kiçik yaşlarından valideynlərini incitməyib. Sakit, təmkinli, ağır təbiətli bir uşaq olub. Hər şeyi tez öyrənməyə maraqlı idi. Şəkil çəkməyi və müxtəlif əqli oyunlar oynamağı xoşlayırdı. Məktəbdən öncə Ukraynanın Xarkov şəhərində məktəbəqədər təhsil müəsisəsinə gedib. Yazıb-oxumağı  məktəbəqədər təhsil müəsisəsində müəllimlərinin köməyi ilə öyrənib. Ənvərin tərbiyəçisi ilk günlərdən onun istedadlı uşaq olduğunu hiss etdi. Valideynləri  ilə bu barədə söhbət apardıqdan sonra valideynləri onu rəssamlıq məktəbinə göndərməyi qərara alıb. 6 yaşından Ənvər rəssamlıq məktəbinə getməyə başlayıb.
Valideynləri işləri ilə əlaqədar doğma vətənə yol alırlar. Beləliklə, Ənvər ilk orta təhsilini 2013-cü ildən Bakı şəhər Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə almağa başlayır. Qısa zaman ərzində müəllim kollektivinin sevgi və rəğbətini qazandı. Hal-hazırda həmin məktəbin Elnurə müəllimənin rəhbərlik etdiyi 5ç sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər tarix, riyaziyyat, idman, rus dili və ingilis dili fənləridir. Məktəbdə keçirilən müxtəlif xarakterli tədbirlərdə öz yerini alır. Əsasən də bütün musiqili tədbirlərdə iştirak edir.
Ənvər məktəb təhsilindən başqa müxtəlif sahələrlə məşğul olur. Valideynlərinin dəstəyi sayəsində müxtəlif vaxtlarda rəqsə, gəmiqayırma məktəbinə, konq-fu və cüdo idman növlərinə gedib. Hal-hazırda musiqi sahəsində irəliləmək üçün ancaq fikrini bu sahəyə yönəldib.
Onun uğurları bir-birinin ardınca davam edir. Hər iştirak etdiyi tədbirdən əliboş qayıtmırdı. 2016-cı ildə şer müsabiqəsində fəal iştirakına görə tərifnamə, “İnkişaf naminə” idman festivalında iştirakına görə şəhadətnamə, 2-ci “Beynəlxalq uşaq yaradıcılığı festivalı”nda iştirakına görə sertfikat, “Bakı şopenq festifalı”nda iştirakına görə diplomla təltif olunub. 2018-ci ilin aprel ayında musiqi kollekti ilə birgə Türkiyəyə səfər edib. Bu Ənvərin ilk dəfə musiqiçi kimi xarici ölkədə çıxışı idi.
Ənvər 2018-ci ilin may ayında Türkiyədə iki dəfə konsert proqramında iştirak edib. Biri gəmidə, biri də İstanbulda 'Sancaq Tepe belediyesi' təşkil olmuşdur. Ənvər İstanbulda olduğu zaman bir çox tarixi mədəniyyət abidələrini ziyarət etmişdir. O, şəhərin çox gözəl olduğunu qeyd etdi. İştirak etdikləri konsert müddətində onların qarşılanması və “Damatris palace hotel”də qonaqlanması yüksək səviyyədə olmuşdur. Müsahibimiz iştirakına görə diplom və sertifikatlara layiq görülmüşdür.
Müsahibimiz uğur-nailiyyətlərinə görə özünü müəllimləri Həsən Talıbov, Azad Hüseynova və valideynlərinə borclu hesab edir. Onların etimadını doğrultmaq üçün hər zaman daha həvəs və əzmlə çalışır.
Asudə vaxtlarında şəkil çəkməyi, musiqiyə qulaq asmağı və idmanla məşğul olmağı xoşlayır. Rəssamlıq onun kiçik yaşlarından maraq göstərdiyi sahə kimi hələ də onun fəaliyyətində öz yerini qoruyub saxlayıb.
Musiqi sahəsində təkrarolunmaz biri olaraq irəliləmək, sənətin sirlərinə vaqif olduqdan sonra müəllim olmaq istedadını gələcək nəsilə ötürmək arzusundadır. Xalq artisti fəxri adına qədər yüksəlmək onun məqsədidir. Ənvər bu fikrə musiqi məktəbində təhsil almağa başladığı gündən düşüb. Biz də Ənvərə bütün sahələrdə uğurlar arzu edirik, inanırıq ki, vətən bayrağını öz istedadı ilə həmişə yüksəklərə qaldıracaq!

Sadıqzadə Elmar Tural oğlu


Sadıqzadə Elmar Tural oğlu 11 noyabr 2009-cu ildə  Bakı şəhərində anadan olub.  Elmar körpəlikdə çox sakit,maraqlandığı hər şey barəsində suallar verib və aldığı cavablar onu qane etmədikdə verilən cavabla razılaşmayıb öz fikrini bildirməyi bacaran uşaq olub. Onun ən çox sevdiyi məşğuliyyəti tək uşaq olduğu üçün özü evdə oyunlar qurar və həmişə öz ideyalarını verərdi. Boş qalan vaxtlarında da cizgi filminə baxardı. Məktəbə gedəndə yazıb- oxumağı tam olaraq bacarıb. Elmar məktəbdən əvvəl məktəbəqədər hazırlıq kurslarına gedib. Elmarın məktəbə getməyə yaşı çatmadığı üçün təhsil nazirliyinin ayırdığı məktəbdə imtahan verib və imahandan keçdikdən sonra məktəbə qəbul olub. Istedadı əsasən 2 yaşından sonra hiss olunub. İstedadının oyanmasına ən çox təsiri cizgi filmləri təsir edib. Sadıqzadə Elmar  Arif Vəliyev adına 258 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Onun ən çox sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, həyat bilgisi və İngilis dilidir. Məktəblərində təşkil olunan bütün tədbirlərdə, bayramlarda, anım günlərində fəal iştirak edir. Əlifba bayramında və digər bayramlarda təşkil olunan tamaşalarda baş rollarda və  epizodik rollarda çıxış edib, anım günlərində isə şeirlər söyləyib. Bir sıra diplom, tərifnamə və fəxri fərmanalarla təltif olunub.Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borcludur. Elmarın hədəfi hər zaman seçəcəyi peşənin peşəkarı olmaqdır. Gələcəkdə seçəcəyi peşəni hələ ki, düşünməyib, onun  tək düşüncəsi seçəcəyi peşənin peşəkarı olmaqdır.
Asudə vaxtlarında kitab oxuyur, cizgi filminə baxır və idmanın üzməçilik növüylə məşğul olur. O, bədii yaradıcılıqla məğul olur. Elmarın  gələcək planları dərslərini yaxşı oxuyub ali məktəbə qəbul olub, valideynlərini və müəllimlərini sevindirməkdir. Bunun üçün də dərslərini yaxşı oxumağa çalışır.

Rəhmanzadə Rüstəm Şirinbala oğlu


Rəhmanzadə Rüstəm Şirinbala oğlu 6 may, bir yaz səhərində Bakı şəhəri Türkan qəsəbəsində dünyaya göz açıb. Körpəlikdə mehriban, sakit uşaq olub. Yaşıdları ilə oynamağı, cizgi filmlərinə baxmağı xoşlayır, futbol oynamağa maraq göstərirdi.
5 yaşından yazıb-oxumağa marağı vardı. Məktəbəqədər hazırlıq dövründə ona məktəbə qədəm qoymaq üçün ilkin bilikləri Fidan müəllimə öyrətmişdi. Həmçinin özündən 1 yaş böyük olan  bacısı öz dərsləri ilə məşğul olarkən Rüstəm də ona baxıb həvəslənirdi. 4 yaşından etibarən saymağı bacarırdı. Bacısı ilə birgə rəqs eləyirdilər. Bu fəaliyyətdən onlar böyük zövq alırdılar. Hələ kiçik olsalar da, valideynləri onlarla fəxr edir. Onların ümidlərini doğruldacaqlarına inanırlar.
O, ilk təhsilini şəhid Dərdayıl Cəbrayılov adını daşıyan 119 nömrəli orta məktəbdə almağa başlayıb. Rüstəm hal-hazırda həmin məktəbin 3-cü sinif şagirdidir. Dərslərini əla oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili və informatikadır. Dərslərinə əzmlə çalışır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Təhsil aldığı məktəbdə şəhid Dərdayıl Cəbrayılovun xatirə gecəsi təşkil olunub. Həmin vaxt Rüstəm tədbirdə aparıcı kimi iştirak etmiş, həmçinin şer demişdir. Məktəbdə keçirilən şer müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görülmüş, təltif olunmuşdur.
Həyatının ən maraqlı gününu doğum günü hesab edir. Həmin gün diqqət yalnız onun üzərində olur və o, bunu çox sevir. Ən uğurlu gün isə məktəbə ilk qədəm qoyduğu gündür. Çünki səbrsizliklə parta arxasında oturmaq, təzə dostlar qazanmaq arzusunda idi.
Valideynləri onun yaxşı təhsil alması üçün əllərindən gələni heç vaxt əsirgəmirlər. Rüstəm həmçinin Zərnişan müəlliməyə də minnətdardır. Zərnişan müəllimə hər zaman çalışır ki, şagirdləri onun ümidlərini doğrutsun.
Asudə vaxtlarında rəsm çəkir, nağıl kitabları oxuyur. Heyvanları çox sevdiyi üçün onlara qayğı göstərir. Keçən yay üzgüçülüklə məşğul olub.
Dərslərini yaxşı oxuyub məktəbi əla qiymətlərlə başa vurmaq, ali məktəbə qəbul olmaq arzusundadır. Rüstəm hələ məktəbə getməmişdən əvvəl öz peşəsini seçmişdir. Qanun keşikçisi olmaq üçün çox çalışmalıdır.
Tarixin yaddaşında elmli, savadlı, vətənə, torpağa layiqli, igid, cəsur vətəndaş olaraq qalmaq istəyir. Bunun üçün daim ucalmaq üçün çalışacaqdır. Biz də müsahibimizə uğurlar arzu edirik, vətənə layiq övlad olacağına inanırıq!
                                                                                                   


Vəlizadə Vidadi Orxan oğlu


Vəlizadə Vidadi Orxan oğlu 10 dekabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Vidadi körpəlikdən sakit, gülərüz, hamının sevimlisi olmağı bacaran bir uşaq olub. Onun çox geniş maraq dairəsi var. Vidadi hər şey ilə maraqlanar, ətraf mühitdə baş verən hadisələri diqqətlə müşahidə edərdi.  Onun ən sevimli məşğuliyyəti maşın, top oyuncağı ilə oynamaq və velosiped sürmək olub.  O, özünə hətta maşınlardan kolleksiya belə yaradıb.  Vidadi gördüyü hər bir maşının markasını və rəngini asanlıqla yadında saxlamağı bacarırdı.  Vidadi həyətdə oynamağı çox sevib. Uşaq əyləncə mərkəzində zaman keçirməyi xoşlayıb. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bağçada Gülnaz müəlliminin köməkliyi ilə öyrənib. O, bağçada ən istedadlı uşaqlardan biri olub. Hamının rəğbətini qazanmağı bacarıb. Bağçalarında keçirilən tədbir və bayram şənliklərində fəal iştirak edib. Vidadi “Azərbaycan əsgəri”, “Polis” və ona həvalə olunmuş digər obrazları böyük məharətlə tədbir iştirakçılarına nümayiş etdirib. Vəlizadə Vidadi Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə təhsil alır. Vidadi tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənni riyaziyyatdır. Məktəblərində təşkil olunan bütün tədbir və bayramların fəal iştirakçısısdr. O, burada “Polis”, “Əsgər”, “Həkim” obrazlarının öhtəsindən böyük uğurla gəlib. Həyatında ən maraqlı, uğurlu günü məktəbə qədəm qoyduğu ilk gündür. Həyatında ən, sevindirici hadisə isə bacısının dünyaya gəldiyi gündür. Vidadi bu günə qədər əldə etdiyi uğurlara,  nailiyyətlərə görə valideynlərinə və Sevinc müəlliminə borclu olduğunu bildirib. Onun gələcək planları, dərslərini əla oxumaq, fənn olimpiyadalarında  iştirak etmək, ali məktəbə ən yüksək balla daxil olmaq və daha da yüksək zirvələrə qalxmaqdır.  Vidadi polis peşəsinə sahib olmaq istəyir. Bu peşəyə olan maraq onda uşaqlıqdan yaranıb. O, vicdanlı, işini düzgün yerinə yetirən polis işçisi olmağı hədəfləyib. Asudə vaxtlarında futbol oynamağı, musiqiyə qulaq asmağı, şəkil çəkməyi sevir. O, gələcəkdə ali məktəbi fərqlənmə ilə bitirib, xaricdə ixtisaslaşıb, Vətəninə xeyirli işlər görmək niyyətindədir. Vidadi tarixin yaddaşında bilik və bacarağı ilə xalqına, millətinə xeyirli bir övlad olaraq qalmaq istəyir. İstedadı ilə bağlı olaraq uşaq verilişlərində iştirak edib.

2 мая 2018 г.

İbrahimova Fatimə Tale qızı

İbrahimova Fatimə Tale qızı 07.08.2008-ci ildə Bakı şəhərində anadan olub. Fatimə körpəlikdə şirin, ağıllı və dəcəl uşaq olub. Onun sevimli məşğuliyyətləri rəsm çəkmək, şahmat oynamaq və boksdur. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bağçada və hazırlıq müəllimləri tərəfindən öyrənmişdir. Eyni zamanda anasıda onun dərsləri ilə yaxından məşğul olub. İbrahimova Fatimə Bakı şəhəri Nərimanov rayonu 47 saylı orta məktəbdə təhsil alır. Fatimə keçirilən bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır və eyni zamanda sinif nümayəndəsidir. Onun ən sevimli fənləri riyaziyyat, həyat bilgisi və məntiqdir. Fatimə məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. O, hər zaman baş rolları canlandırıb. Onun həyatında bir çox uğurlu günləri olub. Fatimə tədris aldığı bütün siniflərdə bilik və bacarığına görə diplom və tərifnamələrlə təltif olunub. O, bu günə qədər əldə etdiyi uğur və nailliyyətlərə görə anasına və babasına borcludur. Fəaliyyətindən dolayı anasına və babasına oxşamaq istəyir. Fatimənin bütün ailə üzrvləri ziyalıdır. Onun da savadlı, bilikli olması buradan qaynaqlanır. Böyüyəndə polis peşəsinə sahib olmaq istəyir. Bu fikrə uşaqlıqdan düşüb. Səbəb isə ailədə hamının polis işçisi olmasıdır. O, asudə vaxtlarında rəsm çəkməyə və şahmat oynamağa üstünlük verir. Fatimənin rəsmlərində canlandırdığı əsərləri çox uğurlu alınır. O, biliyi və savadı ilə tanınan şəxsiyyət olmaq istəyir. Fatimə bütün biliklərini təkminləşdirib Vətəninə xeyirli övlad olmaq niyyətindədir.

1 мая 2018 г.

Əhmədli Zəhra Elçin qızı


Əhmədli Zəhra Elçin qızı  25 iyun 2010-cu ildə Bakı şəhərində anadan olub. Zəhra körpəlikdə çox gülərüz, mehriban və ağıllı uşaq olub. Onun rəsm çəkməyə böyük marağı var. Kiçik yaşlarından bu günə kimi rəngli karandaşlar ilə şəkil çəkməyi çox sevir və onda bu çox uğurlu alınır. Zəhra məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı “Play arena” məktəbəqədər təlim-tədris mərkəzinin istedadlı müəllimi Aygün xanım tərəfindən öyrənib. Həmçinin o, çoxlu şeirlər, nağıllar bilirdi. Bağçada təşkil olunan bütün bayram şənliklərinin aktiv üzvü olub. Onun üç yaşından rəsm çəkmək qabiliyyəti, dörd yaşından isə hesablamalar aparma istedadı valideynləri tərəfindən aşkar olunub. Zəhra “Menar” kursunda Sevinc müəllimin köməkliyi ilə aritmetikanın bütün sirlərini öyrənib. Əhmədli Zəhra Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 2-ci sinif şagirdidir. O,  tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bütün fənləri çox sevməsinə baxmayaraq, onun ən sevdiyi fənn təsviri incəsənətdir. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. O, istər şeir söyləməkdə, istərsə də aparıcı qismində uğurlu çıxışlar edib. Dəfələrlə mədəniyyət həftələrinin qalibi olub.
Onun həyatında yadda qalan uğurlu günləri doğum günüdür.
Bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərinə görə valideynlərinə və Gültəkin müəllimə borcludur. Böyüyəndə savadlı, bacarıqlı olub, ən yüksək zirvələrə fəth etməyi qarşısına məqasəd qoyub. Zəhra gələcəkdə peşəkar, əl işləri ilə daim seçilən, tanınmış rəssam olmaq istəyir. O, çəkdiyi rəsmlərdən böyük zövq alır. Asudə vaxtlarında qiraətlə və rəsmlə məşğul olmağı sevir. Eyni zamanda şahmat oynamağı da yaxşı bacarır. Zəhra çəkdiyi rəsmlərdə ailə mövzusuna  daha çox üstünlük verir. O, gələcəkdə hansı peşənin sahibi olmasından aslı olmayaraq, hər zaman Vətəninin adını ucaltmaq və bayarğını yüksəklərə qaldırmaq niyyətindədir. 
Zəhra “Bala Dili” jurnalının 11-ci sayında çıxış edib. Orada dostları ilə birlikdə meyvələri xüsusi olaraq şəkilləndirərək göbələk formasında zövqlü meyvə menyusu hazırlayıb.