İbrahimova Fatimə Tale qızı
07.08.2008-ci ildə Bakı şəhərində anadan olub. Fatimə körpəlikdə şirin, ağıllı
və dəcəl uşaq olub. Onun sevimli məşğuliyyətləri rəsm çəkmək, şahmat oynamaq və
boksdur. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bağçada və hazırlıq
müəllimləri tərəfindən öyrənmişdir. Eyni zamanda anasıda onun dərsləri ilə
yaxından məşğul olub. İbrahimova Fatimə Bakı şəhəri Nərimanov rayonu 47 saylı
orta məktəbdə təhsil alır. Fatimə keçirilən bütün fənləri əla qiymətlərlə
oxuyur. Sinif əlaçısıdır və eyni zamanda sinif nümayəndəsidir. Onun ən sevimli
fənləri riyaziyyat, həyat bilgisi və məntiqdir. Fatimə məktəblərində keçirilən
bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. O, hər zaman baş
rolları canlandırıb. Onun həyatında bir çox uğurlu günləri olub. Fatimə tədris
aldığı bütün siniflərdə bilik və bacarığına görə diplom və tərifnamələrlə təltif
olunub. O, bu günə qədər əldə etdiyi uğur və nailliyyətlərə görə anasına və
babasına borcludur. Fəaliyyətindən dolayı anasına və babasına oxşamaq istəyir.
Fatimənin bütün ailə üzrvləri ziyalıdır. Onun da savadlı, bilikli olması
buradan qaynaqlanır. Böyüyəndə polis peşəsinə sahib olmaq istəyir. Bu fikrə
uşaqlıqdan düşüb. Səbəb isə ailədə hamının polis işçisi olmasıdır. O, asudə
vaxtlarında rəsm çəkməyə və şahmat oynamağa üstünlük verir. Fatimənin rəsmlərində
canlandırdığı əsərləri çox uğurlu alınır. O, biliyi və savadı ilə tanınan şəxsiyyət
olmaq istəyir. Fatimə bütün biliklərini təkminləşdirib Vətəninə xeyirli övlad
olmaq niyyətindədir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий