Rəhmanzadə
Rüstəm Şirinbala oğlu 6 may, bir yaz səhərində Bakı şəhəri Türkan qəsəbəsində
dünyaya göz açıb. Körpəlikdə mehriban, sakit uşaq olub. Yaşıdları ilə oynamağı,
cizgi filmlərinə baxmağı xoşlayır, futbol oynamağa maraq göstərirdi.
5 yaşından
yazıb-oxumağa marağı vardı. Məktəbəqədər hazırlıq dövründə ona məktəbə qədəm
qoymaq üçün ilkin bilikləri Fidan müəllimə öyrətmişdi. Həmçinin özündən 1 yaş
böyük olan bacısı öz dərsləri ilə məşğul
olarkən Rüstəm də ona baxıb həvəslənirdi. 4 yaşından etibarən saymağı bacarırdı.
Bacısı ilə birgə rəqs eləyirdilər. Bu fəaliyyətdən onlar böyük zövq alırdılar.
Hələ kiçik olsalar da, valideynləri onlarla fəxr edir. Onların ümidlərini
doğruldacaqlarına inanırlar.
O, ilk təhsilini
şəhid Dərdayıl Cəbrayılov adını daşıyan 119 nömrəli orta məktəbdə almağa
başlayıb. Rüstəm hal-hazırda həmin məktəbin 3-cü sinif şagirdidir. Dərslərini əla
oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili və informatikadır. Dərslərinə əzmlə
çalışır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Təhsil aldığı məktəbdə
şəhid Dərdayıl Cəbrayılovun xatirə gecəsi təşkil olunub. Həmin vaxt Rüstəm tədbirdə
aparıcı kimi iştirak etmiş, həmçinin şer demişdir. Məktəbdə keçirilən şer
müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görülmüş, təltif olunmuşdur.
Həyatının ən
maraqlı gününu doğum günü hesab edir. Həmin gün diqqət yalnız onun üzərində
olur və o, bunu çox sevir. Ən uğurlu gün isə məktəbə ilk qədəm qoyduğu gündür.
Çünki səbrsizliklə parta arxasında oturmaq, təzə dostlar qazanmaq arzusunda idi.
Valideynləri
onun yaxşı təhsil alması üçün əllərindən gələni heç vaxt əsirgəmirlər. Rüstəm həmçinin
Zərnişan müəlliməyə də minnətdardır. Zərnişan müəllimə hər zaman çalışır ki,
şagirdləri onun ümidlərini doğrutsun.
Asudə vaxtlarında
rəsm çəkir, nağıl kitabları oxuyur. Heyvanları çox sevdiyi üçün onlara qayğı
göstərir. Keçən yay üzgüçülüklə məşğul olub.
Dərslərini
yaxşı oxuyub məktəbi əla qiymətlərlə başa vurmaq, ali məktəbə qəbul olmaq
arzusundadır. Rüstəm hələ məktəbə getməmişdən əvvəl öz peşəsini seçmişdir.
Qanun keşikçisi olmaq üçün çox çalışmalıdır.
Tarixin
yaddaşında elmli, savadlı, vətənə, torpağa layiqli, igid, cəsur vətəndaş olaraq
qalmaq istəyir. Bunun üçün daim ucalmaq üçün çalışacaqdır. Biz də müsahibimizə
uğurlar arzu edirik, vətənə layiq övlad olacağına inanırıq!
Комментариев нет:
Отправить комментарий