Vəlizadə
Vidadi Orxan oğlu 10 dekabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Vidadi körpəlikdən
sakit, gülərüz, hamının sevimlisi olmağı bacaran bir uşaq olub. Onun çox geniş
maraq dairəsi var. Vidadi hər şey ilə maraqlanar, ətraf mühitdə baş verən hadisələri
diqqətlə müşahidə edərdi. Onun ən
sevimli məşğuliyyəti maşın, top oyuncağı ilə oynamaq və velosiped sürmək
olub. O, özünə hətta maşınlardan
kolleksiya belə yaradıb. Vidadi gördüyü
hər bir maşının markasını və rəngini asanlıqla yadında saxlamağı
bacarırdı. Vidadi həyətdə oynamağı çox
sevib. Uşaq əyləncə mərkəzində zaman keçirməyi xoşlayıb. Məktəbə gedənə qədər
yazmağı, oxumağı, hesablamağı bağçada Gülnaz müəlliminin köməkliyi ilə öyrənib.
O, bağçada ən istedadlı uşaqlardan biri olub. Hamının rəğbətini qazanmağı
bacarıb. Bağçalarında keçirilən tədbir və bayram şənliklərində fəal iştirak
edib. Vidadi “Azərbaycan əsgəri”, “Polis” və ona həvalə olunmuş digər obrazları
böyük məharətlə tədbir iştirakçılarına nümayiş etdirib. Vəlizadə Vidadi Bakı şəhəri
Nərimanov rayonu 47 saylı tam orta məktəbdə təhsil alır. Vidadi tədris olunan
bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənni riyaziyyatdır. Məktəblərində
təşkil olunan bütün tədbir və bayramların fəal iştirakçısısdr. O, burada
“Polis”, “Əsgər”, “Həkim” obrazlarının öhtəsindən böyük uğurla gəlib. Həyatında
ən maraqlı, uğurlu günü məktəbə qədəm qoyduğu ilk gündür. Həyatında ən,
sevindirici hadisə isə bacısının dünyaya gəldiyi gündür. Vidadi bu günə qədər əldə
etdiyi uğurlara, nailiyyətlərə görə
valideynlərinə və Sevinc müəlliminə borclu olduğunu bildirib. Onun gələcək
planları, dərslərini əla oxumaq, fənn olimpiyadalarında iştirak etmək, ali məktəbə ən yüksək balla
daxil olmaq və daha da yüksək zirvələrə qalxmaqdır. Vidadi polis peşəsinə sahib olmaq istəyir. Bu
peşəyə olan maraq onda uşaqlıqdan yaranıb. O, vicdanlı, işini düzgün yerinə
yetirən polis işçisi olmağı hədəfləyib. Asudə vaxtlarında futbol oynamağı,
musiqiyə qulaq asmağı, şəkil çəkməyi sevir. O, gələcəkdə ali məktəbi fərqlənmə
ilə bitirib, xaricdə ixtisaslaşıb, Vətəninə xeyirli işlər görmək niyyətindədir.
Vidadi tarixin yaddaşında bilik və bacarağı ilə xalqına, millətinə xeyirli bir
övlad olaraq qalmaq istəyir. İstedadı ilə bağlı olaraq uşaq verilişlərində
iştirak edib.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Этот комментарий был удален автором.
ОтветитьУдалитьməndə vidadiyəm
ОтветитьУдалитьvidadilər krutoydular
ОтветитьУдалить