İbrahimov
Ənvər Fəxrəddin oğlu 3 may 2007-ci ildə Ağcabədi şəhərində anadan olub.
Valideynlərinin məlumatlarına görə kiçik yaşlarından valideynlərini incitməyib.
Sakit, təmkinli, ağır təbiətli bir uşaq olub. Hər şeyi tez öyrənməyə maraqlı
idi. Şəkil çəkməyi və müxtəlif əqli oyunlar oynamağı xoşlayırdı. Məktəbdən öncə
Ukraynanın Xarkov şəhərində məktəbəqədər təhsil müəsisəsinə gedib.
Yazıb-oxumağı məktəbəqədər təhsil müəsisəsində
müəllimlərinin köməyi ilə öyrənib. Ənvərin tərbiyəçisi ilk günlərdən onun
istedadlı uşaq olduğunu hiss etdi. Valideynləri
ilə bu barədə söhbət apardıqdan sonra valideynləri onu rəssamlıq məktəbinə
göndərməyi qərara alıb. 6 yaşından Ənvər rəssamlıq məktəbinə getməyə başlayıb.
Valideynləri
işləri ilə əlaqədar doğma vətənə yol alırlar. Beləliklə, Ənvər ilk orta təhsilini
2013-cü ildən Bakı şəhər Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə almağa
başlayır. Qısa zaman ərzində müəllim kollektivinin sevgi və rəğbətini qazandı.
Hal-hazırda həmin məktəbin Elnurə müəllimənin rəhbərlik etdiyi 5ç sinfində təhsilini
davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər tarix,
riyaziyyat, idman, rus dili və ingilis dili fənləridir. Məktəbdə keçirilən müxtəlif
xarakterli tədbirlərdə öz yerini alır. Əsasən də bütün musiqili tədbirlərdə
iştirak edir.
Ənvər
məktəb təhsilindən başqa müxtəlif sahələrlə məşğul olur. Valideynlərinin dəstəyi
sayəsində müxtəlif vaxtlarda rəqsə, gəmiqayırma məktəbinə, konq-fu və cüdo
idman növlərinə gedib. Hal-hazırda musiqi sahəsində irəliləmək üçün ancaq
fikrini bu sahəyə yönəldib.
Onun
uğurları bir-birinin ardınca davam edir. Hər iştirak etdiyi tədbirdən əliboş
qayıtmırdı. 2016-cı ildə şer müsabiqəsində fəal iştirakına görə tərifnamə,
“İnkişaf naminə” idman festivalında iştirakına görə şəhadətnamə, 2-ci “Beynəlxalq
uşaq yaradıcılığı festivalı”nda iştirakına görə sertfikat, “Bakı şopenq
festifalı”nda iştirakına görə diplomla təltif olunub. 2018-ci ilin aprel ayında
musiqi kollekti ilə birgə Türkiyəyə səfər edib. Bu Ənvərin ilk dəfə musiqiçi
kimi xarici ölkədə çıxışı idi.
Ənvər
2018-ci ilin may ayında Türkiyədə iki dəfə konsert proqramında iştirak edib.
Biri gəmidə, biri də İstanbulda 'Sancaq Tepe belediyesi' təşkil olmuşdur. Ənvər
İstanbulda olduğu zaman bir çox tarixi mədəniyyət abidələrini ziyarət etmişdir.
O, şəhərin çox gözəl olduğunu qeyd etdi. İştirak etdikləri konsert müddətində
onların qarşılanması və “Damatris palace hotel”də qonaqlanması yüksək səviyyədə
olmuşdur. Müsahibimiz iştirakına görə diplom və sertifikatlara layiq
görülmüşdür.
Müsahibimiz
uğur-nailiyyətlərinə görə özünü müəllimləri Həsən Talıbov, Azad Hüseynova və
valideynlərinə borclu hesab edir. Onların etimadını doğrultmaq üçün hər zaman
daha həvəs və əzmlə çalışır.
Asudə
vaxtlarında şəkil çəkməyi, musiqiyə qulaq asmağı və idmanla məşğul olmağı
xoşlayır. Rəssamlıq onun kiçik yaşlarından maraq göstərdiyi sahə kimi hələ də
onun fəaliyyətində öz yerini qoruyub saxlayıb.
Musiqi
sahəsində təkrarolunmaz biri olaraq irəliləmək, sənətin sirlərinə vaqif
olduqdan sonra müəllim olmaq istedadını gələcək nəsilə ötürmək arzusundadır.
Xalq artisti fəxri adına qədər yüksəlmək onun məqsədidir. Ənvər bu fikrə musiqi
məktəbində təhsil almağa başladığı gündən düşüb. Biz də Ənvərə bütün sahələrdə
uğurlar arzu edirik, inanırıq ki, vətən bayrağını öz istedadı ilə həmişə yüksəklərə
qaldıracaq!
Комментариев нет:
Отправить комментарий