elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 августа 2012 г.

Çərkəzov Məhəmməd Vələd oğlu

 
Məhəmməd babasının adını daşıyır. Atası adına layiq nəslin davamçısı olsun deyə bu adı seçib. Körpəlikdə çox sakit, həssas, diqqətli, hər şeyə maraq göstərən uşaq olub. Televiziya verlişlərini diqqətlə dinləyər, məlumatları dəqiqliklə götürərdi.
Məktəbə gedənə qədər şeirləri dəqiqliklə deməyi bacarırdı. Hələ uşaq ikən yazmağı, saymağı, toplama-çıxmanı da bilirdi. Çünki böyük bacı və qardaşı məktəbdə oxuyurdu. Onun bütün diqqəti bacı-qardaşının dərs oxumağında idi. Məhəmməd istər evdə, istərsə də məktəbdə daim nümunəvi davranışı ilə fərqlənib.
Məhəmməd Vələd oğlu Çərkəzov 1992-ci il mayın 1-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 1998-ci ildə Qaradağ rayon Lökbatan qəsəbəsində Faiq Rəfiyev adına 166 saylı orta məktəbin I sinfinə gedib. 2009-cu ildə həmin məktəbi bitirib Türkiyənin Mərmərə Universitetinə qəbul olub. Təhsildən əlavə idmanla məşğul olur, internetdən məlumat toplamaq və bədii əsərlər oxumağı sevir.
Orta məktəbdə oxuyarkən texniki elmləri sevib. Orta məktəbi əla qiymətlərlə oxuyub. Bütün fənləri dərindən mənimsəyib. Ən çox sevdiyim fənlər riaziyyat, coğrafiya, tarix, ingilis dili olub. Orta məktəbdə “İlin şagirdi” müsabiqəsində qalib olub və sinif nümayəndəsi seçilib.
Vergilər Nazirliyinin 28 dekabr 2005-ci il tarixdə internet vasitəsilə keçirilmiş məktəblilər arasında vergilər mövzusunda ümumrespublika bilik müsabiqəsində VI-VIII sinif şagirdləri arasında III yerə layiq görülüb. Bakı şəhər məktəblərinin şagirdləri arasında “Mən konstitusiyanı öyrənirəm” bilik olimpiadasında I yerə layiq görülüb. “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı” üzrə dövlət proqramının icrası ilə əlaqədar riaziyyat fənnindən I dərəcəli diploma layiq görülüb.
Həyatında ən uğurlu gün 1 iyundur. Həmin gün internet vasitəsilə unversitetə daxil olmasını öyrənib. O öncə qardaş Türkiyə Cümhuriyyətinin universitetlərinə keçirilən TCS imtahanlarında iştirak edib. İmtahanın nəticələri elan edildikdə isə Azərbaycandakı sınaq imtahanlarına hazırlaşırmış. Məhəmməd Türkiyədə təhsil almaq hüququ qazanan abituriyentlər sırasında yer alıb. Ali məktəbdə bütün tədris olunan fənləri sevə-sevə öyrənir. Valideynlərinin texniki ixtisasa sahib olması onun da bu sahəyə maraq göstərməsinə səbəb oldu. Sevdiyi ixtisasa yiyələnməkdə özünü müəllimlərinə və valideynlərinə borclu bilir.
Ali məktəbi bitirdikdən sonra ixtisası üzrə işləməyi arzulayır. İstirahət vaxtlarında tələbə yoldaşlarıyla gəzintiyə çıxır. İdmanla, internetlə, mütailə ilə məşğul olur.
Xoşbəxtiliyi təhsildə və ixtisasımla bağlı yüksək zirvəyə, pilləyə qalxmaqda görür.
Vergilər və riyaziyyat üzrə müsabiqənin qalibi olduğu zaman onun barədə “İctimai” televiziyada məlumat verilib.
mehemmed_92@inbox.ru

24 августа 2012 г.

Əsədullayev Kamran Rasim oğlu

Valideyn uşağa ad qoyanda adın mənalı olmasını və uşaq yaşa dolanda bu addan utanmamasını fikirləşməlidir.
Kamranın adını ailədə ümumi razılığa gələndən sonra qoyublar. O niyyətlə ki, gələcəkdə arzularına çatsın və həyatdan həmişə kam alsın.
Kamran uşaqlıqda təmkinli-səbirli hərəkət etməyi sevirdi. (Əkiz doğulub, lakin xarakterləri tam fərqli uşaqlardırlar). Cizgi filmlərini çox sevirdi, heyvanların hərəkətlərini yamsılayırdı. Uşaq bağçasında oxuduğu vaxtlarda isə səhnəciklərdə fəal iştirak edirdi. Anası da ona bu səhnəciklərdə çıxış eləmək üçün müxtəlif formalı paltarlar tikərdi.
Anası: “ - Kamran VIII sinifdə oxuyanda mərhum prezident Heydər Əliyev 275 saylı məktəbə gəlmişdi. Kamranın böyük qardaşı ADNA- da informatika və proqramlaşdırma ixtisası üzrə oxuduğu üçün evdə bilgisayarımız var idi. Kamran qardaşı nə işlər görürdüsə hamısına diqqət yetirirdi. Məktəb müdiriyyətinin Kamranın bilgisayarı yaxşı bildiyindən xəbərləri var idi. Bu tədbirdə Kamrandan informatika müəllimi səviyyəsində istifadə etdilər. Və indiyə qədər də o vaxt çəkilmiş şəkil məktəbin stendində qalır.  
Vaxtını boş keçirməyi sevmir. Bədii, elmi-texniki əsərlər, dünya hadisələri, dahilər haqqında, müdriklərin dediklərini oxumağı çox sevir. Musiqiyə həvəsi (əsasən klassik və caz) böyükdür. Tarda ifa etməyi bacarır. Bizdən gizlətsə də arabir şeirlər yazdığını hiss etmişik.
Özündən böyüklərlə, müxtəlif peşə sahibləri ilə ünsiyyətdə olmağı sevir və onları da ona qarşı diqqətli olmağa sövq edə bilir.
Ən xarakterik xüsuiyyətlərindən biri özü üçün müxtəlif salatlar və yeməklər hazırlamaqla süfrə açmaqdır.
Oxumağı və yazmağı məktəbə gedənə qədər anasından, özündən böyük qardaş və bacısından öyrənib”.
Kamran Rasim oğlu Əsədullayev 16 may 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1994-cü ildə Suraxanı rayonu 275 sayli orta məktəbin I sinfinə getmişəm və 2005-ci ildə məktəbi müvəffəqiyyətlə bitirib. IV sinifdə eyni vaxtda 36 saylı Uşaq Musiqi Məktəbinin tar sinfinə gedib. Tar sinfində oxuya-oxuya xor dərnəyinə də gedib. Bir çox mədəniyyət ocaqlarında konsertlərdə iştirak edib.
Kamranın söylədiklərindən: “ - Lap kiçik yaşlarımdan oyrənməyə həvəsim olub və 5 yaşımda olarkən Günəşli qəsəbəsində bağçaya yazılmışam. Məktəbdə oxuduğum illər ərzində əvvəl fənlər arasında heç bir fərq qoymamışam, amma sonralar bizi müxtəlif sahələrə ayırıblar. Demək olar ki, texniki fənlərə həvəsim də elə bu dövrdən başlayıb. İlk vaxtlardan musiqiyə həvəsim olmasa da sonralar Azərbaycan musiqisinə olan həvəsim təhsilimi davam eləməyə imkan verib.
Kiçik yaşlarımdan bilgisayarə də maraq göstərmişəm. İnformatikanı dərindən öyrənməyə başlamışam. Bunun nəticəsində də sadə tənlikləri bilgisayardə yazib həll edə bilmişəm. Həyatımda uğurlarımın başlanğıcı ali məktəbə qəbul olmağım oldu. 2006-cı il də ali məktəbə qəbul olduğum gün də həyatımın sevincli günləri siyahısındadır. Həmin gün ailəm də sevinc içində idi və bu sevincə görə əlbəttə ki, birinci növbədə valideynlərimə minnətdaram. Onlar məni oxumağa həvəsləndirmiş, həyatda layiqli yer tutmağım üçün mənə dəstək olmuş və məni bu yaşa çatdırdmışlar.
Atam, qardaşım və əmilərimin Azərbaycan Dövlət Neft Akademiyasını bitirməkləri, atamın axşamdan səhərə kimi hansısa neft avadanlıqlarının konstruksiyası üzərində işləməsi məni həmin akademiyaya qəbul olmağa daha da həvəsləndirirdi. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasınin neft mexanika fakültəsinə qəbul oldum. Bu sevinc mənim həyatımda yeni səhifələr açmağa səbəb oldu. Atamın hər zaman neft nasosları haqqında mənə danışması daim mənim maraq dairəmdə idi və II kursda oxuyarkən Tələbə Elmi Cəmiyyətinə üzv oldum və çox keçmədi ki, 57-ci elmi-texniki konfransda “Quyu ştanqlı nasosunda dinamik yüklənmənin tədqiqi” adlı məruzəmlə çıxış elədim və elə həmin il də kitabda mənim tezisim nəşr olundu. Ondan bir il sonra 58-ci elmi-texniki konfransda “Ştanqlı quyu nasosunun silindrində yaranan gərginiklər barədə” məruzəylə yenidən çıxış elədim və bu konfransın nəticəsi də mənim üçün uğurlu oldu. Çox keçmədi həmin konfransın da materilları kitab şəklində çap olundu. 2008-ci il 16-17 dekabrda Odlar Yurdu Universitetində təşkil olunmuş “Ali məktəb tələbələrinin XXI respublika elmi konfransın”-da “Ştanqlı quyu nasosunun plunjer-silindr düyünündə sürtünmə meyarlarının tədqiqi” adlı məqaləylə çıxış elədim və mənim də tezisim olmaqla həmin konfransın materialları 2009-cu ildə nəşr olundu. Sevdiyim ixtisasa yiyələndiyim üçün birinci müəllimim olan atama minnətdaram. Elmi işlərimin həyata vəsiqə almasına Akademiyanın Neft avadanlıqları kafedrasının professoru, tələbələrin sevimlisi hörmətli Vasif Məmmədovun əməyini xüsusi qeyd etmək istəyirəm. Belə müəllimlərlə həmişə fəxr etmək lazımdır.  
Mənim fikrimcə xoşbəxtlik birinci növbədə öz valideynlərinə layiqli bir övlad olmaqdır. Yaşadığın həyatda özünə layiqli yer tutmaq, oxuduğun ixtisasın mütəxəssisi olmaq, ailənə sədaqətli olmaq xoşbəxtlikdir.
Asudə vaxtlarımda kitab oxumağı, dahilərin söz incilərini oxumağı, musiqiyə qulaq asmağı və yaxud tarda milli sərvətimiz olan muğamlarımızı ifa eləməyi cox sevirəm. Əsasən Azərbaycan klassik musiqilərinə - simfonik muğamlara, opera musiqilərinə və digər musiqilərə qulaq asıram. Caz isə məni bir növ inkişaf elətdirir. İmkan tapdıqda isə müxtəlif caz və yaxud digər konsertlərdə çıxış eləməyi sevirəm.  
Hər bir insan yaşadığı müddət ərzində əvvəl insanlar arasında sevilmək, daha sonra isə xalqın tarixində bir iz buraxmaq istəyir. Əlbəttə ki, mənim də arzularım bundan yan keçmir. Öyrəndiyim ixtisas üzrə işləməklə gələcək həyatımı qurmaq və gələcəkdə isə öz bilik və savadımı artırmaq istərdim.
Arzum akademiyanı fərqlənmə ilə başa vurmaq, ixtisasımaa uyğun neft mədənlərində işləmək, savadlı mühəndis olmaq üçün əcnəbi ingilis, alman və rus dillərini öyrənmək, magistraturaya qəbul olmaq, neft avadanlıqlarnın möhkəmliyi və uzunömürlülüyünü artırmaq sahəsində elmi tədqiqatlar aparmaq, elmi dərəcələr almaq, valideynlərimə layiqli övlad və vətənimə gərəkli bir mütəxəssis olmaqdır”. 

23 августа 2012 г.

Qasımova Aysel Yaşar qızı

Aysel layiqli bir övladdır. İstər orta məktəbdə, istər ali məktəbdə, istərsə də hazırda işlədiyi orta məktəbdə daim onun barədə xoş sözlər, fikirlər söylənilib. Ona görə də valideynləri onunla qürur duyur.
Ayselin adını “Dədə Qorqud” filmindən götürüblər. Qeyd etməliyik ondan böyük bacısının adı da bu filmdən götürülüb. Onun da adı Güneldir. Bir növ bu ailədə “Dədə Qorqud” dastanı yenidən “canlanıb”.
Anası Tükəzban xanım: “ - Aysel uşaqlıqdan qeyri-adi, istedadlı olduğunu büruzə verməyə başlayıb. Uşaq bağçasındakı müəllimləri Ayselin gözəl şeir söyləmək, rəsm çəkmək qabiliyyəti olduğunu söyləyirdilər.
Orta məktəbdə oxuyarkən hər zaman valideyn iclaslarında Aysel haqqında xoş sözlər, təriflər eşitmişik. Bütün fənləri əla qiymətlərlə oxuyub. Xüsusilə də, ana dili və tarix fənlərini daha çox sevirdi.
Ədəbiyyat müəllimi Həqiqət xanım Ayselin gözəl şeir söyləmək, inşa yazmaq, cümlə qurmaq, deyilənləri tez qavramaq qabiliyyətinin olduğunu söyləyirdi. Bir dəfə yadımdadır ki, Bəxtiyar Vahabzadənin “Həyat, sən nə şirinsən” şeirini intonasiyalı şəkildə söylədiyi üçün müəllimi Ayselə gündəliyin səhifəsi boyda “+5”, eyni zamanda xoş sözlər, təriflər yazmışdı. Müəllimi hər zaman soruşurdu ki, inşa yazarkən kimsə ona köməklik göstərirmi? Amma o inşa yazarkən bizim heç xəbərimiz olmurdu. Hər zaman dərslərinə sərbəst şəkildə hazırlaşıb, televiziyaya belə baxmırdı ki, vaxtım gedir. Hətta ali məktəbə hazırlaşarkən repetitor yanına getməyə razılaşmadı, özü sərbəst şəkildə hazırlaşıb. Elə məktəbi bitirən il yüksək balla ali məktəbə qəbul oldu.
Orta məktəbdə oxuyarkən bir sıra tərifnamələr, fəxri fərmanlar, diplomlar alıb. Oxuduğu məktəbdə yeganə təqaüdçü, məktəbin və şəhərin fəal şagirdlərindən olub. Şəhərdə keçirilən tədbirlərdə orta məktəb şagirdləri adından nitq söyləmək çox zaman Ayselə həvalə olunurdu.
Mingəçevir şəhərinin o zamankı İcra başçısı Məhəbbət Qarabağlı ilə keçirilən görüşdə şəhərin orta məktəb təqaüdçüləri adından nitq söyləmiş, icra başçısı ilə xatirə şəkli çəkdirmişdi.
Orta məktəbi bitirərkən şəhər Təhsil Şöbəsinin təşkil etdiyi böyük yığıncaqda şəhərin bütün məzunları adından nitq söyləmək Ayselə tapşırılmışdı. O da bu işin öhdəsindən ləyaqətlə gəldi. Fəal şagird kimi Mingəçevir şəhər Təhsil Şöbəsinin foyesindəki şərəf lövhəsində Ayselin şəkli asılmışdı”.
Aysellə söhbətimiz də maraqla keçdi. O, dedi: “ - Uşaq vaxtı daha çox jurnalist olmaq istəmişəm. Bu istəyi məndə dayım yaradıb. Dayım Qaraş İsmayıllı yazıçı-jurnalist olub. Az.TV-nin “Xəbərlər” proqramının zona müxbiri vəzifəsində çalışıb. Eyni zamanda Az.TV-də yayımlanan “Dövran” verlişinin müəllifi və aparıcısı olub. “Yaylıq”, “Yarpaq” və “Ömrümün gecə qatarı” kitabları nəşr olunub. Əfsuslar olsun ki, avtomobil qəzasında vaxsız dünyasını dəyişib. Dayım mənim idealım idi. O da hər zaman mənimlə fəxr edirdi. Orta məktəbdə Heydər Əliyev təqaüdçüsü seçilərkən məni “Dövran” verilişinə çəkərək müsahibə götürmüşdü.
Ali məktəbə daxil olarkən jurnalistika fakultəsinə daxil olmadığım üçün kədərli olduğumu görən dayım mənə ürək-dirək verərək söylədi: “Əslində sənin ixtisasın da jurnalistikaya yaxındır”.
Şəhərimizdə ali məktəbə daxil olan məzunlarla keçirilən görüşdə bütün məzunlar adından çıxış etmək mənə həvalə olunmuşdu. Tədbirdən reportaj Az.TV-nin “Xəbərlər” proqramında yayımlanmışdır. (2002-ci il fevral ayı).
Ali məktəbdə oxuyarkən də hər zaman fərqlənməyə çalışmışam, dərslərimə yüksək səviyyədə hazırlaşmışam. Tez-tez M. F. Axundov adına kitabxanaya gedir, dərslərimlə məşğul olurdum. Müasir Azərbaycan dili fənnini tədris edən professor Buludxan Xəlilovun məsləhəti ilə “Apostrof haqqında” adlı elmi iş yazmışam. Bu işim Tələbə Elmi Cəmiyyətinin 65-ci elmi konfransının materialları toplusunda nəşr olunubdur.
III kursda oxuyarkən rus ədəbiyyatı fənnindən haqsız yerə kafi qiymət aldığım üçün çox kədərlənmişdim. Həyatımda ilk dəfə şeir yazmışdım. “Ucala bilmirəm o zirvəyə mən” adlı şeirimdə ürəyimi boşaltmışdım. Birinci dəfə şeir yazmağıma baxmayaraq, uğurlu alınmışdı və oxuduğum adamların hamısı bəyənirdi.
Universitetdə “Kitabi - Dədə Qorqud 1300 il” adlı ədəbi-bədii gecədə səhnədə çıxış edən iştirakçılardan biri də mən olmuşam. Tədbirin sonunda universitetimizin bir sıra müəllimləri ilə xatirə şəkli çəkdirmişik.
Ali məktəbin III-IV kurslarında pedoqoji təcrübədə olmuşam. Hər iki pedoqoji təcrübə zamanı əla qiymət almışam və bunun nəticəsi kimi hazırda işlədiyim Mingəçevir şəhər 20 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirəm, seçilən müəllimlərdənəm. Dərs dediyim şagirdlər olimpiadalarda, şeir və inşa müsabiqələrində hər zaman uğurlu yerlər tuturlar. Şagirdlərim tərəfindən sevilirəm. Bunu inşalarda mənim haqqımda yazdıqları fikirlərdən oxuyuram. Hər zaman öz işimin məsuliyyətini dərk etmişəm və işimə ciddi yanaşıram. Sənətimi sevirəm və layiqincə yerinə yetirməyə çalışıram”.
e-mail: qasimova-aysel@rambler.ru 

Zeynalova Nərmin İlqar qızı

GƏLƏCƏYİN HƏKİMİ
MƏKTƏBLİ NƏRMİN


Qəhrəmаnımızın аdının mənası farscadan tərcümədə incə, zərif de­məkdir. Elə uşaqlıqdan Nərmin də zərif və nazlı qız olub. Mək­təbə gedənə qədər yazıb-oxumağı bilirdi. Öncə kiril qrаfikasını öyrənmişdi. Əlinə dəftər-qə­ləm ke­çən kimi yazırdı. Yazıb-oxu­mağı anası öyrətsə də orta mək­təbdə dərsləri ilə daim atası məşğul olub. 
Nərmin İlqar qızı Zeyna­lova 17 noyabr 1991-ci ildə Bakıda anadan olub. 1999-cu ildə 138 nömrəli məktəbin I sinfinə gedib. 2010-cu ildə оr­tа təhsilini bаşа vurub Azər­bаycаn Tibb Univеr­sitе­tinin pediatriya fakültəsinə daxil olub. 
Tibbə marağı məktəbə get­məmişdən qabaq yara­nıb. Balaca vахtından ağ xa­latı var idi. Elə o vaxtdan həkim оlmаğı qarşısına məq­səd qoymuşdu. Orta mək­təb­də hər zaman əlаçı оlub. Sevdiyi fənlər Azərbaycan dili, kimya və fizika olub. Fizika üzrə olimpiadalarda dəfələrlə I yer tutmuşdu. Dərs­lərdən əlavə idmanla məşğul olmağa dа vaxt tapırdı. Həm də rəqsə böyük həvəsi olub. 2 il rəqslə məşğul olub. İdman yarışlarında ilk dəfə 2006-cı ildə II yer, 2008 və 2009-cu illərdə I yer tutub. V sinfə qədər bütün fənlərdən əla qiymətlər aldığına görə 25 may 2004-cü ildə tərifnamə ilə təltif olunub. Orta məktəbi fəxri fərmanla bitirib. 
Ali məktəbdə də dərslərimi yaxşı oxumağa davam edir. Biokimya və operativ cərrahiyyə sеvimli fənləridir. Həyatının ən sevimli günü аli məktəbə qəbul olduğum gün olub. Çünki 11 illik əziyyətinin bəhrəsini gördü. Nərminin bu ixtisası seçməsində anasının böyük rolu olub. Аnа­sının ən böyük arzusu Nərmini həkim kimi görmək olub. 
Nərmin gələcək nəsillərə örnək оlа biləcək qədər sаvаdlı həkim ol­maq аrzusundаdır. Bunun üçün əlindən gələni edir. Asudə vaxtlarında kitab oxumağı, bəzən televizora baxmağı xoşlayır.

İŞIQLI GƏLƏCƏYİ VAR (Əsgərli Ayşən Əfruz qızı)

Ayşən Əfruz qızı Əsgərli 1993-cü il aprelin 10-da Cəbrayıl rayonunda anadan olub. Həmin ilin avqustunda erməni daşnaklarının hücumu ilə əlaqədar digər soydaşlarlmlz kimi doğma yurdlarından məcburi köçkün düşmüş, elə həmin vaxtdan da Bakı şəhəri Qaradağ rayonunun Korgöz qəsəbəsində məskunlaşmışdır. 1999-cu ildə Elman Heydərov adına 197 saylı orta məktəbin I sinfinə getmişdir. Orta məktəbdə bütün dərslərini yaxşı və əla qiymətlərlə oxuyur.
Anası Zenfira Əhmədova bizimlə söhbətində dedi: “ - Ayşənin adını atası Əfruz bəy oğlumuz Elşənin adına uyğunlaşdıraraq qoyub. Ayşən körpəlikdə sakit uşaq olub. Məktəbə gedənə qədər mən ona yazıb-oxumağı öyrətmişdim. Kitab oxumağa, şeir deməyə böyük maraq göstərirdi. Orta məktəbdə keçirilən ədəbi-bədii tədbirlərdə mütəmadi iştirak edib. O, ilk dəfə məktəbə gəldiyi, qəzetdə ilk dəfə şeirinin çap olunduğu günü heç vaxt yadından çıxartmır. 2007-ci il aprelin 5-də Qobustan qəsəbəsində keçilən şeir müsabiqəsındə uğurla iştirak etmiş və diplomla təltif edilmişdir. Ən çox sevdiyi fənlər ədəbiyyat, riyaziyyat, kimya, fizika və biologiyadır. Əldə etdiyi uğurlara görə ədəbiyyat müəllimi Arif Abbaslıya minnətdardır. Çünki Arif müəllim onun poeziyaya olan marağını hiss etmiş və daha da artırmışdı”.
İdeya və mövzu baxımından maraqlı şeirlər yazan Ayşən dahi şair Bəxtiyar Vahabzadəyə oxşamaq istəyir.
O, asudə vaxtlarında şeir yazmağa, muğam dinləməyə üstünlük verir. Xoşbəxtliyi sağlamlıqda, şeir kitablarının nəşr olunmağında, arzularına çatmaqda görür. Şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq üçün hərtərəfli dünya görüşünə malik olmağın, çox çalışmağın vacib olduğunu deyir.
197 saylı məktəbin direktoru Elmira Namazova: “ - Ayşən Əsgərlini məktəbə qədəm qoyduğu gündən tanıyıram. Dərs dediyim müddətdə ən fəal şagirdlərimdən biri olmuşdur. Çox dərrakəli, savadlı, qabiliyyətli, davranışı ilə həmişə diqqətimi cəlb edir. Onun vətənpərvərlik mövzusunda yazdığı şeirlər çox mənalıdır. Həmişə inanmışam ki, Ayşən düzgün istiqamətləndirilsə işıqlı gələcəyi ola bilər”.
Məktəbin direktor müavini İradə Salmanova:  “ - Ayşənin fəallığı keçirdiyim tədbirlərin məşqi zamanı məni cəlb etdi. Onun yazdığı şeirlərlə müraciət etməsi bir daha fəal ictimaiyyətçi olduğunu sübut etdi”.
İbtidai sinif müəllimi Sevda Xaliqova: “ - Ayşən I sinfə gələn gündən başqa şagirdlərdən açıq fikirli olması, məktəbin ictimai işlərində fəal iştirak etməsi və bədii yaradıcılığa meyl göstərməsi ilə seçilırdi. Ayşənin şeir ifa etmək qabiliyyəti var. Tanış olduğum ilk gündən xüsusi qabiliyyətə malik olduğunu hiss etmişəm. Müşahidə etmişəm ki, heç bir dərsə laqeyd yanaşmır. İnanıram ki, Ayşən öz üzərində daha da çalışsa cəmiyətə layiqli vətəndaş, yaxşı pedaqoq kimi xeyir verəcək”.
Azərbaycan dili və ədəbiyyatı müəllimləri Asif Abbaslı və Sevinc Vəliyeva, riyaziyyat müəllimi Vəsfiyyə İbrahimova da onun barədə xoş sözlər söylədilər:

Qarabağ

Günahsız-günahsız sən ağlayırsan,
Ayaqlar altında tapdalanırsan,
Bizim qəlbimizdə yanan ocaqsan,
Millətin qəlbində dağdır Qarabağ,
Odlar yurdumuzdur Dağlıq Qarabağ.
*  * *
Fəxrimiz hər zaman olub Qarabağ
Düşməni yandırsın dağ budağ-budağ,
Parlasın Qarabağ həran çırağ-çırağ,
Millətin qəlbində dağdır Qarabağ,
Odlar yurdumuzdur Dağlıq Qarabağ.

Azərbaycan

Azərbaycan! Azərbaycan!
Sən xalqımın muradısan,
Ucalan vüqarımızsan,
Doğma yurdum Azərbaycan!
* * *
Azərbaycan doğmalaşır,
Zirvələr ucaldılır,
Gələcəyə addımlayır,
Ana yurdum Azərbaycan!
* * *
Xalq səninlə fəxr edir,
Azərbaycanlıyam deyir,
Ucalsın bayrağım deyir,
Azad yurdum Azərbaycan!
* * *
Azərbaycan müqəddəsdir,
Əbədidir, ölməzdir,
Heç zaman yenilməzdir,
Ölməz yurdum Azərbaycan,
Azərbaycan! Azərbaycan!

Mənim məhəbbətim

Yaşadır qəlbimdə sevinc günləri,
Çoxalır günü-gündən şanı-şöhrəti,
Yayıbdır eldən-elə vətən sevgisi,
Mənim məhəbbətim, mənim qüdrətim.
* * *
Yaşamaq istərdim ürək sevinsin,
Unutmaq istərdim qəmi-qüssəni,
Allah göstərməsin, o bəd günləri,
Mənim məhəbbətim, mənim qüdrətim.

Kitab

Biz kitabı sevə-sevə,
Oxuyuruq səhifə-səhifə,
Kitab bilik mənbəyidir,
Deyib - atalar bizə.
* * *
Xalqın azad gücüdür,
Bilik, savad müdrikdir,
Deyib - dahi Nizami,
Kitab xalqın gücüdür.

Bayraq

Dalğalanır, hər an üçrəngli bayraq.
Gəlin, biz də ona layiq olaq!
Hər zaman namərddən onu qoruyaq,
Zirvədən enməyə onu qoymayaq.
* * *
Yaraşır bayrağa üçrəngli zolaq,
Yaraşır bayrağa ulduz, aypara,
Yaraşır bayrağa zirvədə olmaq,
Zirvədən enməyə onu qoymayaq.

Ağlatdı, sızlatdı dağ Qarabağı

Həyətə gül əkdim, kökü tutmadı,
Torpağa su səpdim, nəm qurumadı,
Düşmən güllə atdı susub durmadı,
Ağlatdı, sızlatdı dağ Qarabağı.
* * *
Sağalmaz yaradır, vətən yarası,
Oldu Qarabağa bu baş bəlası,
Yandırıb-yaxırdı düşmən dünyanı,
Ağlatdı, sızlatdı dağ Qarabağı
* * *
Deyirəm ilahi, bu nə dünyaymış?
Tanrı günahları, silib yazarmış,
Düşmən muradına çoxdan çatıbmış,
Ağlatdı, sızlatdı dağ Qarabağı

Yaz

Yaz ayları gələndə
Əlvan güllər boy atır
Geyib yaşıl paltarın
Ağac məni çağırır
* * *
Qaranquşlar uçuşur,
Hər tərəfə səs salır,
Cəh-cəh vurub ağacda
Səslə məni çağırır
* * *
Qızılgül, novruzgülü,
Əlvan rəngə boyanır.
Nərgiz və laləgülü,
Xalqı sülhə çağırır.

Vətən, məni çağırsan

Vətən, məni çağırsan,
Mən sənə can deyərəm.
Silah alıb əlimə,
Keşiyini çəkərəm.
* * *
Vətən, məni çağırsan,
Canla başla gələrəm.
Bilsəm dar gündəsən,
Əsla geri dönmərəm,
* * *
Vətən, məni çağırsan,
Düşmənləri güdərəm.
Qurdları xıncım-xıncım,
Əzik-üzük edərəm.

Şəhidlər

Şəhidlərin ruhları daim qəlbimizdədir,
Əbədidir, ölməzdir, yaşayır, silinməzdir,
Layiqli övladlara, layiqli ad gərəkdir,
Şəhid adı, heç zaman ikiyə bölünməzdir.
* * *
Şəhidliyə ucaldı, neçə oğlan, neçə qız,
Canını qurban verdi, getdi yenə günahsız,
Qəlbinə dağ çəkildi, anaların amansız,
Saç yolub, üz cırdılar, yenə dilsiz-ağızsız.

Günahlar silinməzdir

Həyatı, yaradan, ey gözəl, Allah,
Deyirəm, zəmanə niyə dəyişib?
Yalançılıq baş alıb gedir dünyanı
Deyirəm, bu sənə, ağır getmirmi?.
* * *
Yalan, şər danışan, çoxdur dünyada,
Görəsən bunları sən bilirsənmi?
Yalanı düz bilib, dilinə alan
Sonda günahları silə bilərmi?
* * *
Allahım buyurdu, görək nə dedi:
Günahdan keçməkçün, iki şərt verdim.
Biri oruc idi, o biri namaz,
Bunu bilməyənlər, cənnətdə yatmaz.

Xocalı

Xocalı! Qanlar içində,
Üzürdün o zaman sən!
Düşmənlər xəncər vurdu,
Fışqırdı qan sinəmdə!
* * *
Eşidəndə bunu mən,
Necə kövrəlir qəlbim.
Sənə baxıb ah çəkib,
Heyfsilənirəm mən. 

22 августа 2012 г.

Məlikov Füzuli Zülfi oğlu

Növbəti tanışlığa qəhrəmanımızın anasının sözlərilə başlayaq: “ - Biz ailəmizi 1985-ci ildə qurmuşuq övladımız 1989-cu ildə dünyaya gəlib. O, bizə Allahın töhfəsidir. Çox əziyyətlərdən sonra İmam Hüseyn həzrətləri onu mənə yuxuda verib. Ad qoyan vaxtı gələndə bir Azərbaycanlı ailəsi kimi bizim ailədə də böyük sözü əsasdır. Qaynanama demişdik ki, sən qoy adını. Qaynanam dedi ki, Füzuli olsun, tanınmış olsun, ana babasına oxşasın. Ana babası fillogiya elmləri namizədidir. Belə bir niyyətlə oğlumun adı qoyuludu.
Füzuli çox sakit uşaq olub. Rəngli şəkillərə, nağıllara qulaq asmağı xoşlayırdı. 4 yaşında şahmat oynayırdı. Qonaqları  onunla şahmat oynamağa məcbur edirdi və özündən böyükləri udurdu. Böyüklərlə qulaq asmağı xoşlayırdı. 4 yaşında onu Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində şahmat kursuna yazdırdım. Orada yarışlarda iştirak edirdi. Mərkəzin nəzdindəki “Azəri” rəqs qrupuna yazdırdım. Sonra Şəhriyar adına Mədəniyyət Sarayında fəaliyyət göstərən “Fərid” rəqs ansamblına 1995-2001-ci illərdə rəqslə məşğul oldu. Demək olar ki, bütün dövlət tədbirlərində iştirak edirdi. Yeni il şənliklərində lent yazıları qalıb.
O məktəbə getməmişdən 1 il qabaq işdən çıxdım. Dərsləri ilə məşğul oldum. Məktəbə gedəndə müəllimi yuxarı sinfə keçirməyi təklif etdi. Ancaq razı olmadıq. III sinifdə oxuyanda Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində təhsil almağa başladı. X sinifdə oxuyanda 7 illik musiqi məktəbini əla qiymətlərlə bitirdi. Musiqi müəllimi bəstəkar olmasını tövsiyə edirdi. Çünki özündən notlardan nə isə düzəldib çalırdı. Notu öyrəndikdən sonra IV sinifdə ərəb- fars əlifbasının öyrətdik. Ərəb-fars əlifbasında yazıb-oxuyur. Rus, alman, ingilis, türk, Azərbaycan dillərini mükəmməl bilir. Hər şeyi tez başa düşür, adamlarla ünsiyyəti xoşlayır. İspan dilinə maraq göstərir. Almaniyada oxuyur. Fərqlənmə attestat alıb, müxtəlif fənlərdən olimpiadalarda iştirak edib. Dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb. İdman yarışlarında iştirak edib. Futbolu xoşlayır. Boş vaxtlarında oynayır. Üzgüçülük, dzyü-do ilə məşğul olub”.
Füzuli Zülfi oğlu Məlikov 1989-cu il aprelin 30-da Bakıda anadan olub. 1995-ci ildə 214 saylı orta məktəbdə təhsil almağa başlayıb və 2006-cı ildə həmin məktəbdə orta təhsilini başa vurub. Həmin ildə 650 balla Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft-mədən fakultəsinə qəbul olub. Burada bir il təhsil aldıqdan sonra dövlət tərəfindən Almaniyada təhsil almağa göndərilib. 2005/2006-cı dərs ilində Neft Akademiyasının 4 fakültəsinə 600-dən çox bal yığan 5 tələbə neft şirkəti hesabına Avropa ölkələrinə oxumağa göndəriləcəkdi. Füzuli 650 balla toplamışdı. TQDK-ya ərizə verdi və bütün mərhələlərdən keçdi. Hazırda Axen Tətbiqi Elmlər Universitetində maşınqayırma-energetika fakultəsində alternativ enerji ixtisası üzrə bakalavr təhsili alır.
Füzuli: “ - Anam mühəndislik oxumağımı istəyirdi. Bu marağı məktəbdəki fizika müəllimim Nərgiz xanım yaratmışdı desəm yanılmaram. Amma alternativ enerji ixtisasına maraq məndə Almaniyada oxuyub, görüb və eşitdiklərim əsasında yaranıb. Səbəb olaraq isə enerji cari dünyada dünya inkişafına təsir edən ən böyük amillərdən biri olduğunu göstərə bilərəm. Bundan əlavə xarakter olaraq da mühəndis olmağın mənə daha çox uyğun olduğunu düşünürəm.
Məktəbi əla qiymətlərlə, fərqlənmə attestatı ilə bitirmişəm. Ən çox sevdiyim dərslər riyaziyyat və fizika olub. İbtidai sinifdəki tərifnamələri saymasaq, fizika üzrə olimpiada qalibi, “İnsan huquqlarının ən yaxşı qoruyucusu” yarışmasında komanda ilə II yer və.s.
Azərbaycan Dövlət Neft Akademiyasında oxuduğum bir ili əla qiymətlərlə başa vurmuşam. Almaniyadakı təhsilim də yaxşıdır. Ən çox sevdiyim dərslər, texniki termodinamika, enerjinin sistemə transferi, konstruksiya elementləri.
Mənim özümə ixtisas kimi mühəndisliyi seçməyim riyaziyyat ve fizikaya olan marağımdan başlayıb. Məncə məktəb illərində insan sadəcə fənnləri sevir. Universitetdə isə ixtisasa yiyələndikcə, bu ixtisası bilərək nələr əldə edə biləcəyini görüncə, ixtisasa həvəsi artır. Almaniyada mühəndislik oxuduqca, xüsusilə alternativ enerji ilə bağlı konfranslara, tələbə görüşlərinə qatıldiqca, mühəndislik ixtisası secməklə doğru addım atmış olduğumu gördüm.
Almaniyada mənə dərs deyən professorları mühəndis idealım kimi göstərə bilərəm. Məsələn, Aachen Tətbiqi Elmler Universitetinin Juelich kampının mashinqayirma fakultəsinin dekanı prof. dr Burgard Mueller və ya texniki termodinamikaya xüsusi marağımdan dolayı pərəstiş etdiyim prof. dr. Christian Farber. Bu insanların tərcümeyi-halını oxuduqda, həyata keçirdikləri elmi-tədqiqatlar haqqında məlumatlı olduqdan sonra bir insanın mühəndislik karyerasında nə qədər uğurlu ola biləcəyini gördüm.
Nailiyyətlərimə görə müəllimlərimə minnətdaram. Amma bu xüsusda ailəmin rolu əvəzedilmezdir. Məncə nəinki bu nailiyyətdə ümumiyyətlə, bütün həyat addımlarımda ailəm mənə göstərilə biləcək ən düzgün yolu,verilə biləcək ən böyük dayağı verib.
Ailə məktəbə qəbul olanda topladığım bal məni qane etməmişdi. Çünki imtahanda bəzi mexaniki səhvlər ucbatından, istədiyim qədər yüksək bal toplaya bilməmişdim.
Mən Almaniyada təhsil almaq üçün dövlət təqaüdünə layiq görüləndə, Azərbaycan Dövlət Neft Şirkəti ilə 5 illik müqavilə bağlamışam. Müqaviləyə görə bakalavr təhsilimi bitirdikdən sonra Dövlət Neft şirkətində işlə təmin olunacağam. Dövlət Neft Şirkəti yaxşı karyera üçün əla fürsətdir. Amma mənim üçün harada işləyəcəyimdən çox, nə ilə məşğul olacağım daha vacibdir. Karyeramda nə qədər uğurlu olacağam bilmirəm, amma karyeramdan çox Azərbaycan üçün bir şeylər eləmək istəyirəm. İstədiyim Azərbaycanın mühəndislik sferasında, yeni və böyük layihələr həyata keçirə bilmək, Azərbaycanın dünya xəritəsində güclü bir enerji (qeyri-neft, qaz) bazası olan dövlət olmasıdır. Yetişən yeni nəsil mühəndislərin çalışmaları və bizlərə yol göstərə biləcək yüksək ixtisaslı mühəndislərimizin təcrübəsi ilə böyük addımlar atacağımıza inanmaq istəyirəm.
Xoşbəxtliyi Allaha ibadət də, valideynlərə hörmətdə qüsursuz olmağa çalışmaqda, yaxşı bir ailə sahibi olub uşaqlarımı böyütməkdə və Azərbaycan üçün bir şeylər edə bilməkdə görürəm.
Asudə vaxt tapdıqca, evdə idmanla məşğul oluram. Amma yenə də arada özümə bir gün ayırıb Azərbaycan haqqında məqalələr yazıram. Bu məqalələrdə Azərbaycanın inkişafına müsbət təsiri olacağını düşündüyüm fikirlərimi yazmaqdan xoşuma gəlir.
Ümumiyyətlə isə asudə vaxtlarımda ailəmlə zaman keçirməyə üstünlük verirəm.
Əgər mümkün olarsa Azərbaycanda enerji sahəsində dünyanın ən böyük Elmi-Tədqiqat Mərkəzlərindən birinin təməlini qoymaq istərdim. Azərbaycan gəncliyini “Beyinlər toplusu'” halına gətirmək üçün əlimdən gələni etmək istəyirəm. Gənclərə elə bir yol göstərmək lazimdir ki, onlar gənclik zamanlarında axtardıqları adrenalinin əslində çox çalışıb sonrasında güclü, özünə inanan birinə çevrilməkdə olduğunu başa düşsünlər”.