Ayşən Əfruz qızı Əsgərli 1993-cü il aprelin
10-da Cəbrayıl rayonunda anadan olub. Həmin ilin avqustunda erməni
daşnaklarının hücumu ilə əlaqədar digər soydaşlarlmlz kimi doğma yurdlarından məcburi
köçkün düşmüş, elə həmin vaxtdan da Bakı şəhəri Qaradağ rayonunun Korgöz qəsəbəsində
məskunlaşmışdır. 1999-cu ildə Elman Heydərov adına 197 saylı orta məktəbin I
sinfinə getmişdir. Orta məktəbdə bütün dərslərini yaxşı və əla qiymətlərlə
oxuyur.
Anası Zenfira Əhmədova bizimlə söhbətində
dedi: “ - Ayşənin adını atası Əfruz bəy oğlumuz Elşənin adına uyğunlaşdıraraq
qoyub. Ayşən körpəlikdə sakit uşaq olub. Məktəbə gedənə qədər mən ona
yazıb-oxumağı öyrətmişdim. Kitab oxumağa, şeir deməyə böyük maraq göstərirdi. Orta
məktəbdə keçirilən ədəbi-bədii tədbirlərdə mütəmadi iştirak edib. O, ilk dəfə məktəbə
gəldiyi, qəzetdə ilk dəfə şeirinin çap olunduğu günü heç vaxt yadından
çıxartmır. 2007-ci il aprelin 5-də Qobustan qəsəbəsində keçilən şeir müsabiqəsındə
uğurla iştirak etmiş və diplomla təltif edilmişdir. Ən çox sevdiyi fənlər ədəbiyyat,
riyaziyyat, kimya, fizika və biologiyadır. Əldə etdiyi uğurlara görə ədəbiyyat
müəllimi Arif Abbaslıya minnətdardır. Çünki Arif müəllim onun poeziyaya olan
marağını hiss etmiş və daha da artırmışdı”.
İdeya və mövzu baxımından maraqlı şeirlər
yazan Ayşən dahi şair Bəxtiyar Vahabzadəyə oxşamaq istəyir.
O, asudə vaxtlarında şeir yazmağa, muğam dinləməyə
üstünlük verir. Xoşbəxtliyi sağlamlıqda, şeir kitablarının nəşr olunmağında,
arzularına çatmaqda görür. Şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq üçün hərtərəfli
dünya görüşünə malik olmağın, çox çalışmağın vacib olduğunu deyir.
197 saylı məktəbin direktoru Elmira Namazova:
“ - Ayşən Əsgərlini məktəbə qədəm qoyduğu gündən tanıyıram. Dərs dediyim müddətdə ən fəal şagirdlərimdən biri olmuşdur. Çox dərrakəli,
savadlı, qabiliyyətli, davranışı ilə həmişə diqqətimi cəlb edir. Onun vətənpərvərlik
mövzusunda yazdığı şeirlər çox mənalıdır. Həmişə inanmışam ki, Ayşən düzgün
istiqamətləndirilsə işıqlı gələcəyi ola bilər”.
Məktəbin
direktor müavini İradə Salmanova: “ - Ayşənin
fəallığı keçirdiyim tədbirlərin məşqi zamanı məni cəlb etdi. Onun yazdığı şeirlərlə
müraciət etməsi bir daha fəal ictimaiyyətçi olduğunu sübut etdi”.
İbtidai
sinif müəllimi Sevda Xaliqova: “ - Ayşən I sinfə gələn gündən başqa şagirdlərdən
açıq fikirli olması, məktəbin ictimai işlərində fəal iştirak etməsi və bədii
yaradıcılığa meyl göstərməsi ilə seçilırdi. Ayşənin şeir ifa etmək qabiliyyəti
var. Tanış olduğum ilk gündən xüsusi qabiliyyətə malik olduğunu hiss etmişəm.
Müşahidə etmişəm ki, heç bir dərsə laqeyd yanaşmır. İnanıram ki, Ayşən öz üzərində
daha da çalışsa cəmiyətə layiqli vətəndaş, yaxşı pedaqoq kimi xeyir verəcək”.
Azərbaycan dili və ədəbiyyatı müəllimləri Asif Abbaslı
və Sevinc Vəliyeva, riyaziyyat müəllimi Vəsfiyyə İbrahimova da onun barədə xoş
sözlər söylədilər:
Qarabağ
Günahsız-günahsız sən ağlayırsan,
Ayaqlar altında tapdalanırsan,
Bizim qəlbimizdə yanan ocaqsan,
Millətin qəlbində dağdır Qarabağ,
Odlar yurdumuzdur Dağlıq Qarabağ.
* * *
Fəxrimiz hər
zaman olub Qarabağ
Düşməni yandırsın dağ budağ-budağ,
Parlasın Qarabağ həran çırağ-çırağ,
Millətin qəlbində
dağdır Qarabağ,
Odlar yurdumuzdur Dağlıq Qarabağ.
Azərbaycan
Azərbaycan! Azərbaycan!
Sən xalqımın muradısan,
Ucalan vüqarımızsan,
Doğma yurdum Azərbaycan!
* * *
Azərbaycan doğmalaşır,
Zirvələr ucaldılır,
Gələcəyə addımlayır,
Ana yurdum Azərbaycan!
* * *
Xalq səninlə
fəxr edir,
Azərbaycanlıyam deyir,
Ucalsın bayrağım deyir,
Azad yurdum Azərbaycan!
* * *
Azərbaycan
müqəddəsdir,
Əbədidir, ölməzdir,
Heç zaman yenilməzdir,
Ölməz yurdum
Azərbaycan,
Azərbaycan!
Azərbaycan!
Mənim məhəbbətim
Yaşadır qəlbimdə
sevinc günləri,
Çoxalır günü-gündən şanı-şöhrəti,
Yayıbdır eldən-elə vətən sevgisi,
Mənim məhəbbətim, mənim qüdrətim.
* * *
Yaşamaq istərdim
ürək sevinsin,
Unutmaq istərdim qəmi-qüssəni,
Allah göstərməsin, o bəd günləri,
Mənim məhəbbətim, mənim qüdrətim.
Kitab
Biz kitabı
sevə-sevə,
Oxuyuruq səhifə-səhifə,
Kitab bilik mənbəyidir,
Deyib - atalar bizə.
* * *
Xalqın azad
gücüdür,
Bilik, savad müdrikdir,
Deyib - dahi Nizami,
Kitab
xalqın gücüdür.
Bayraq
Dalğalanır,
hər an üçrəngli bayraq.
Gəlin, biz
də ona layiq olaq!
Hər zaman
namərddən onu qoruyaq,
Zirvədən
enməyə onu qoymayaq.
* * *
Yaraşır bayrağa üçrəngli zolaq,
Yaraşır bayrağa ulduz, aypara,
Yaraşır bayrağa zirvədə olmaq,
Zirvədən enməyə onu qoymayaq.
Ağlatdı,
sızlatdı dağ Qarabağı
Həyətə gül əkdim, kökü tutmadı,
Torpağa su səpdim, nəm qurumadı,
Düşmən güllə atdı susub durmadı,
Ağlatdı, sızlatdı dağ Qarabağı.
* * *
Sağalmaz
yaradır, vətən yarası,
Oldu Qarabağa bu baş bəlası,
Yandırıb-yaxırdı
düşmən dünyanı,
Ağlatdı,
sızlatdı dağ Qarabağı
* * *
Deyirəm
ilahi, bu nə dünyaymış?
Tanrı günahları, silib yazarmış,
Düşmən
muradına çoxdan çatıbmış,
Ağlatdı,
sızlatdı dağ Qarabağı
Yaz
Yaz ayları gələndə
Əlvan güllər boy atır
Geyib yaşıl paltarın
Ağac məni çağırır
* * *
Qaranquşlar uçuşur,
Hər tərəfə səs salır,
Cəh-cəh vurub ağacda
Səslə məni çağırır
* * *
Qızılgül, novruzgülü,
Əlvan rəngə boyanır.
Nərgiz və laləgülü,
Xalqı sülhə çağırır.
Vətən, məni
çağırsan
Vətən, məni çağırsan,
Mən sənə can deyərəm.
Silah alıb əlimə,
Keşiyini çəkərəm.
* * *
Vətən, məni çağırsan,
Canla başla gələrəm.
Bilsəm dar gündəsən,
Əsla geri dönmərəm,
* * *
Vətən, məni çağırsan,
Düşmənləri güdərəm.
Qurdları xıncım-xıncım,
Əzik-üzük edərəm.
Şəhidlər
Şəhidlərin ruhları daim qəlbimizdədir,
Əbədidir, ölməzdir, yaşayır, silinməzdir,
Layiqli övladlara, layiqli ad gərəkdir,
Şəhid adı, heç zaman ikiyə bölünməzdir.
* * *
Şəhidliyə
ucaldı, neçə oğlan, neçə qız,
Canını qurban verdi, getdi yenə günahsız,
Qəlbinə dağ çəkildi, anaların amansız,
Saç yolub, üz cırdılar, yenə dilsiz-ağızsız.
Günahlar
silinməzdir
Həyatı,
yaradan, ey gözəl, Allah,
Deyirəm, zəmanə niyə dəyişib?
Yalançılıq baş alıb gedir dünyanı
Deyirəm, bu sənə, ağır getmirmi?.
* * *
Yalan, şər
danışan, çoxdur dünyada,
Görəsən bunları sən bilirsənmi?
Yalanı düz bilib, dilinə alan
Sonda günahları silə bilərmi?
* * *
Allahım buyurdu, görək nə dedi:
Günahdan keçməkçün, iki şərt verdim.
Biri oruc idi, o biri namaz,
Bunu bilməyənlər, cənnətdə yatmaz.
Xocalı
Xocalı! Qanlar
içində,
Üzürdün o zaman sən!
Düşmənlər xəncər vurdu,
Fışqırdı qan sinəmdə!
* * *
Eşidəndə
bunu mən,
Necə kövrəlir qəlbim.
Sənə baxıb ah çəkib,
Heyfsilənirəm mən.
Комментариев нет:
Отправить комментарий