elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 августа 2012 г.

Əsədullayev Kamran Rasim oğlu

Valideyn uşağa ad qoyanda adın mənalı olmasını və uşaq yaşa dolanda bu addan utanmamasını fikirləşməlidir.
Kamranın adını ailədə ümumi razılığa gələndən sonra qoyublar. O niyyətlə ki, gələcəkdə arzularına çatsın və həyatdan həmişə kam alsın.
Kamran uşaqlıqda təmkinli-səbirli hərəkət etməyi sevirdi. (Əkiz doğulub, lakin xarakterləri tam fərqli uşaqlardırlar). Cizgi filmlərini çox sevirdi, heyvanların hərəkətlərini yamsılayırdı. Uşaq bağçasında oxuduğu vaxtlarda isə səhnəciklərdə fəal iştirak edirdi. Anası da ona bu səhnəciklərdə çıxış eləmək üçün müxtəlif formalı paltarlar tikərdi.
Anası: “ - Kamran VIII sinifdə oxuyanda mərhum prezident Heydər Əliyev 275 saylı məktəbə gəlmişdi. Kamranın böyük qardaşı ADNA- da informatika və proqramlaşdırma ixtisası üzrə oxuduğu üçün evdə bilgisayarımız var idi. Kamran qardaşı nə işlər görürdüsə hamısına diqqət yetirirdi. Məktəb müdiriyyətinin Kamranın bilgisayarı yaxşı bildiyindən xəbərləri var idi. Bu tədbirdə Kamrandan informatika müəllimi səviyyəsində istifadə etdilər. Və indiyə qədər də o vaxt çəkilmiş şəkil məktəbin stendində qalır.  
Vaxtını boş keçirməyi sevmir. Bədii, elmi-texniki əsərlər, dünya hadisələri, dahilər haqqında, müdriklərin dediklərini oxumağı çox sevir. Musiqiyə həvəsi (əsasən klassik və caz) böyükdür. Tarda ifa etməyi bacarır. Bizdən gizlətsə də arabir şeirlər yazdığını hiss etmişik.
Özündən böyüklərlə, müxtəlif peşə sahibləri ilə ünsiyyətdə olmağı sevir və onları da ona qarşı diqqətli olmağa sövq edə bilir.
Ən xarakterik xüsuiyyətlərindən biri özü üçün müxtəlif salatlar və yeməklər hazırlamaqla süfrə açmaqdır.
Oxumağı və yazmağı məktəbə gedənə qədər anasından, özündən böyük qardaş və bacısından öyrənib”.
Kamran Rasim oğlu Əsədullayev 16 may 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1994-cü ildə Suraxanı rayonu 275 sayli orta məktəbin I sinfinə getmişəm və 2005-ci ildə məktəbi müvəffəqiyyətlə bitirib. IV sinifdə eyni vaxtda 36 saylı Uşaq Musiqi Məktəbinin tar sinfinə gedib. Tar sinfində oxuya-oxuya xor dərnəyinə də gedib. Bir çox mədəniyyət ocaqlarında konsertlərdə iştirak edib.
Kamranın söylədiklərindən: “ - Lap kiçik yaşlarımdan oyrənməyə həvəsim olub və 5 yaşımda olarkən Günəşli qəsəbəsində bağçaya yazılmışam. Məktəbdə oxuduğum illər ərzində əvvəl fənlər arasında heç bir fərq qoymamışam, amma sonralar bizi müxtəlif sahələrə ayırıblar. Demək olar ki, texniki fənlərə həvəsim də elə bu dövrdən başlayıb. İlk vaxtlardan musiqiyə həvəsim olmasa da sonralar Azərbaycan musiqisinə olan həvəsim təhsilimi davam eləməyə imkan verib.
Kiçik yaşlarımdan bilgisayarə də maraq göstərmişəm. İnformatikanı dərindən öyrənməyə başlamışam. Bunun nəticəsində də sadə tənlikləri bilgisayardə yazib həll edə bilmişəm. Həyatımda uğurlarımın başlanğıcı ali məktəbə qəbul olmağım oldu. 2006-cı il də ali məktəbə qəbul olduğum gün də həyatımın sevincli günləri siyahısındadır. Həmin gün ailəm də sevinc içində idi və bu sevincə görə əlbəttə ki, birinci növbədə valideynlərimə minnətdaram. Onlar məni oxumağa həvəsləndirmiş, həyatda layiqli yer tutmağım üçün mənə dəstək olmuş və məni bu yaşa çatdırdmışlar.
Atam, qardaşım və əmilərimin Azərbaycan Dövlət Neft Akademiyasını bitirməkləri, atamın axşamdan səhərə kimi hansısa neft avadanlıqlarının konstruksiyası üzərində işləməsi məni həmin akademiyaya qəbul olmağa daha da həvəsləndirirdi. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasınin neft mexanika fakültəsinə qəbul oldum. Bu sevinc mənim həyatımda yeni səhifələr açmağa səbəb oldu. Atamın hər zaman neft nasosları haqqında mənə danışması daim mənim maraq dairəmdə idi və II kursda oxuyarkən Tələbə Elmi Cəmiyyətinə üzv oldum və çox keçmədi ki, 57-ci elmi-texniki konfransda “Quyu ştanqlı nasosunda dinamik yüklənmənin tədqiqi” adlı məruzəmlə çıxış elədim və elə həmin il də kitabda mənim tezisim nəşr olundu. Ondan bir il sonra 58-ci elmi-texniki konfransda “Ştanqlı quyu nasosunun silindrində yaranan gərginiklər barədə” məruzəylə yenidən çıxış elədim və bu konfransın nəticəsi də mənim üçün uğurlu oldu. Çox keçmədi həmin konfransın da materilları kitab şəklində çap olundu. 2008-ci il 16-17 dekabrda Odlar Yurdu Universitetində təşkil olunmuş “Ali məktəb tələbələrinin XXI respublika elmi konfransın”-da “Ştanqlı quyu nasosunun plunjer-silindr düyünündə sürtünmə meyarlarının tədqiqi” adlı məqaləylə çıxış elədim və mənim də tezisim olmaqla həmin konfransın materialları 2009-cu ildə nəşr olundu. Sevdiyim ixtisasa yiyələndiyim üçün birinci müəllimim olan atama minnətdaram. Elmi işlərimin həyata vəsiqə almasına Akademiyanın Neft avadanlıqları kafedrasının professoru, tələbələrin sevimlisi hörmətli Vasif Məmmədovun əməyini xüsusi qeyd etmək istəyirəm. Belə müəllimlərlə həmişə fəxr etmək lazımdır.  
Mənim fikrimcə xoşbəxtlik birinci növbədə öz valideynlərinə layiqli bir övlad olmaqdır. Yaşadığın həyatda özünə layiqli yer tutmaq, oxuduğun ixtisasın mütəxəssisi olmaq, ailənə sədaqətli olmaq xoşbəxtlikdir.
Asudə vaxtlarımda kitab oxumağı, dahilərin söz incilərini oxumağı, musiqiyə qulaq asmağı və yaxud tarda milli sərvətimiz olan muğamlarımızı ifa eləməyi cox sevirəm. Əsasən Azərbaycan klassik musiqilərinə - simfonik muğamlara, opera musiqilərinə və digər musiqilərə qulaq asıram. Caz isə məni bir növ inkişaf elətdirir. İmkan tapdıqda isə müxtəlif caz və yaxud digər konsertlərdə çıxış eləməyi sevirəm.  
Hər bir insan yaşadığı müddət ərzində əvvəl insanlar arasında sevilmək, daha sonra isə xalqın tarixində bir iz buraxmaq istəyir. Əlbəttə ki, mənim də arzularım bundan yan keçmir. Öyrəndiyim ixtisas üzrə işləməklə gələcək həyatımı qurmaq və gələcəkdə isə öz bilik və savadımı artırmaq istərdim.
Arzum akademiyanı fərqlənmə ilə başa vurmaq, ixtisasımaa uyğun neft mədənlərində işləmək, savadlı mühəndis olmaq üçün əcnəbi ingilis, alman və rus dillərini öyrənmək, magistraturaya qəbul olmaq, neft avadanlıqlarnın möhkəmliyi və uzunömürlülüyünü artırmaq sahəsində elmi tədqiqatlar aparmaq, elmi dərəcələr almaq, valideynlərimə layiqli övlad və vətənimə gərəkli bir mütəxəssis olmaqdır”. 

Комментариев нет:

Отправить комментарий