elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 июля 2016 г.

Şıxəliyev Aqil Anar oğlu


 
Aqil körpəlikdən çox sakit təbiətli və ağllı uşaq olub, valideyinlərinin fikrincə indi də belədir.Uşaq vaxtdan futbola rəsmə marağı olub.əktəbə getmədən yazıb-oxumağı qismən bilirdi bağçada öyrədilmişdi.Anası tərəfindən öyrədilmişdi  4-5 yaşlarından az-az yazırdı, rəsimlər çəkirdi bu maraq daha da zamanla artırdı. İstedadı demək olar ki özündən yaranıb. Ancaq qeyd edək ki, ailə də babasıının və dayısının incəsəsnətə olan marağı da Aqilin bu sahə də olan uğurlarında böyük rol oynayır.
Şıxəliyev Aqil Anar oğlu 10.03.2005-ci ildə küləklər şəhəri Bakı da anadan olub.İlk təhsilini 176 saylı məktəbdə alıb. Hazırda 308 saylı orta məktəbin V sinif şagirdidir. Dərs əlaçısıdır. Bütün fənnləri əla oxuyur, ancaq tarix, ingilis dili, rus dili, riyaziyyat və təsviri incəsənət xüsusi yer tutur.Məktəbin nəzdində keçirilən tədbirlərdə yaxından iştirak edir, şeir deyir müvafiq rollarda iştirak edir.Həyatının ən uğurlu və maraqlı  günü özünü Bakı 2015 Avropa oyunlarına həsr olunmuş uşaq moda musabiqəsində sınamağı olub buna görə fəxri fərmana layiq görülüb. Əldə etdiyi uğur və naliyyətlərə görə rəsm müəlliməsi Nərmin Hümbətovaya borclu olduğunu bildirir.eyni zamanda ona dəstək olan valideyinlərinə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı rəssam Böyükağa Mirzəzadəyə oxşamaq istədiyini qeyd eden Aqil gələcəkdə onun kimi rəssam olmaq fikrindədir.Hədəfləridə dünyagörüşlü rəssam olmaqdır.Gələcəyin rəssamı bu fikrə olan marağı ilə gəlib sonradan istedadını müəllimləri kəşf edib. Asudə vaxtlarında da qaralama kimi də olsa rəsmə həsr edir.Ən çox poeziya mövzusunda rəsimlər çəkən Aqil bunu hər insanın öz dünyası var fikri ilə əsaslandırır.Təhsilini Rəssamlıq Akademyasında davam etdirmək və incəsənət sahəsində yetəri qədər tanınmaq istəyir.Dünyagörüşlü rəssam olmaq və dünya gözəlliklərini rənglərin dili ilə insanlara göstərmək istəyir və buna görə də daima öz üzərində çalışır. Bizdə gələcəyin rəssamına uğurlar arzulayırıq.

18 июля 2016 г.

Əkbərov Ehtiram

                         Hədəfə atılan oxun iti ucu olmalıdır
İstedadlı insanlar uşaq yaşlarında fərqlənirlər, kimisi ilahi vergini inkişaf etdirər, kimisi də zamanın öhtəsinə buraxaraq istedadını şairlərin dili ilə desk “sadıqda gizlədər”.Əgər istedadlısansa ve bunu anladınsa yolunu o andan etibarən təcrübəli insanlar tərəfdən sal.İstedalı Ehtiram da hədəfi olan bir istedadlı şagirddir.Yolun başlanğıcnda olmasıyla fəxr edə bilər Ehtiram. Axı çox insan istedadını hədər verir, çünki seçdiyi yol başlanğıcı belə olmayan yollardandır.Şükür ki seçdiyi yolda dayağı olan ailəsi və müəllimləri var.Yəqin ki, bizi də unutmaz .
Əkbərov Ehtiram Famil olğlu 19 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub.4-5 yaşlarından yazmağı və oxumağı öyrənmişdi.Hal-hazırda əla oxuyur.Kimya, Riyaziyyat, Tarix, İngilis dili fənlərini sevir və həvəslə çalışır.Ehtiram : “Məktə daxil oldğum gün çox sevindim, çünki elm öyrənəcəm”,- deyir.700 balı hədəf bilən Ehtram həkim olmaq istəyir və bu sahədə  ali təhsil alıb İngiltərədə təhsilini inkişaf etdirib öz ölkəsinə xeyir verməyi hədəflədiyini deyir.Daha sonra qeyd edir ki, xəstəxana açdıraraq həm xəstələrə, həm də tələbələrə köməklik göstərəcək.Tələbələrin inkşafında bunu uğurlu addım hesab edir.Baxın hədəfinə çatmaq üçün hobbiləridə hədəfə köklənib.Ehtram vətənprvərlik mövzularında yazıları oxumaği xoşlayır, bədii kitablardan bəhrələnir, yoldaşlarıyla dərs hazırlamağda çox sevir,voleybol oynamağı da sağlamlıq üçün xüsusui vurğlayır.Bu hədəflər və hobbilər göstərir ki, Ehtiram məqsədyönlü , çalışqan məqsədinə çatmaqda vastərini seçməyi bacaran kollektiv işin yüksək keyfiyyətini anlayan şagirddir.
  Ehtiramın daha bir istedadı isə özünü müsiqi sahəsində göstərmişdi.Ehtram gözəl qarmon ifa edir.O, milli musiqiləri həvəslə və özünəməxsus ifa edir.Həmcinin konsertlərdə çıxış etmişdir.Öz  ailəsinə və ailə dəyərlərinə bağlı bir insandır.Bunu onun sözləri ilə ifadə etsək daha səmimi olar.O deyir- “Əldə  etdiyim nailiyyətlərə görə özümü ailəmə borclu bilir, daha çox atama oxşamaq istəyirəm ki onun kimi savadlı olum”. Sonda biz sənə və ailənə uğurlar diləyir və deyirik ki, Allah hər anlamda bərəkətləndirisin sizi! Amin.



13 июля 2016 г.

CƏBİYEV HÜSEYN MEHMAN oğlu

Haqqında söhbət açacağımız qəhrəmanımız, CƏBİYEV HÜSEYN MEHMAN oğlu 24 oktyabr 2003-cü ildə Bakı şəhərində doğulub. Hüseyn 72 saylı lisseydə təhsil alır. Haqqında danışacağımız qəhrəmanlarımıza müxtəlif və maraqlı suallar ünvanlamaqla indiki və gələcək planları barədə fikirlərini, arzularını öyrənməyə çalışır və onların nə vaxtsa belə bir arzuları, planları olduğunu xatırlatmaqda onlara yardımçı olacaq məqalə hazırlayıb təqdim edirik. C. Hüseyin ona ünvanladığımız suallara həvəslə cavab verdi.
Biz ilk öncə Hüseynin valideyinlərilə söhbət əsasında öyrəndik ki, Hüseyin balacalıqda ağıllı və sakit uşaq olub. Hüseynin anası deyir ki, o, hələ uşaq yaşlarından şəkil çəkməyi xoşlayırdı. Balaca qəhrəmanımız məktəbə getməmişdən əvvəl yazmağı və oxumağı bacarırdı. Hüseyin “mən buna görə baxca müəllimələrim, mənim təlim və tərbiyəmdə böyük rolu olan, Sədaqət və Ceyran müəlliməyə borcluyam” deyir.
İnsan təkcə orta məktəbdə aldığı biliklə kifayətlənməməli və başqa səmərəli məşğuliyyət də tapmalıdır. Bunun üçün valideyn övladının hansı sahədə istedadlı olduğuna diqqət yetirməli və onu istiqamətləndirməlidir. Mənim sevə-sevə haqqında yazdığım balaca  qəhramanım insanın təkcə biliklə kifayətlənməməli olduğunu başa düşür və özünü inkişaf etdirir. Valideyinləri də Hüseynə atdığı hər addım da yardımçı olurlar. Hüseyin şahmat oynamağı bilir, bununla da kifayətlənməyib boksla da məşğul olur. Bəlkə də gələcəyin tanınmış olacaq boksçularından, şahmatşçılarından olacaq Hüseyin məktəb də riyaziyyat, biologiya və ingilis dili fənlərinə daha çox maraq göstərir. Hüseyin dərslərini yaxşı oxumaqla həm savadlı olur, həm də valideynlərini sevindirir. Hüseyin məktəb tədbirlərində iştirak etməyi xoşlayır. Savadlı qəhrəmanıma ünvanlandığım “Həyatında  ən maraqlı, uğurlu gün, hadisə hansıdır və nə üçün?”sualına belə cavab verdi: “ Həyatımda ən uğurlu günüm 2016-cı ildə aprel ayının 4-də tədbirdə ingilis dili fənnindən tərifnamə aldığım gündür. Həmin gün həm özüm çox sevinmi, həm də validdeynlərimi qürurlandırmışdım.”

Balaca müsahibimə “Əldə etdiyin uğura görə kimə borclusan?” deyə müraciət etdikdə gülümsəyərək, “mənə atdığım hər addımda arxa-dayaq olan, mənim uğurlu olmam üçün hər şey edən, həyatımda ən çox dəyər verdiyim insanlar olan atama və anama özümü həmişə borclu hiss edirəm.” Mən Hüseyin, “bəs kimə oxşamaq istərdin?”deyə soruşduğumda “hər bir insanın həyatda öz idealı var və canlandırdığı ideala oxşamaq istəyir. Mənim də idealım var və mən həmişə onun mənim  yolumda çəkdiyi əziyyətlərin qarşılığını verməyə çalışmışam və çalışacam da. Mənim idealım... fəxrlə deyə bilərəm ki, atamdır. Mən həmişə onunla qürur duymuşam və ona oxşamağa çalışmışam” deyə cavablandırdı. “Mən gələcəkdə hərbiçi olmaq istəyirəm. Bu mənim uşaqlıqdan arzumdur. Arzuma çatmaq üçün səylə çalışıram. Mən valideynlərimin etimadını doğrultmağı özümə söz vermişəm və fikirləşirəm ki, hər bir övladın ilk borcu bu olmalıdır. Valideynlərimi qürurlandırmaq mənim ən böyük uğurum olar!” Müsahibim “gələcəkdə hansı sənət sahibi olmaq istərdin?” sualıma belə cavab vermişdi. Mən balaca qəhrəmanım və maraqlı müsahibimə gələcək həyatında uğurlar arzulayır, yolunun daim açıq olmasını ürəkdən diləyirəm. Valideynlərinə cəmiyyətimiz üçün belə tərbiyəli və gələcəkdə dəyərli şəxsiyyət olacaq övlad yetişdirdiklərinə görə təşəkkürlərimi bildirirəm!

12 июля 2016 г.

Cəfərov Bəhram Bəhruz oğlu

Cəfərov Bəhram Bəhruz oğlu 27 fevral 2001-ci il tarixində Bakı şəhərində dünyaya göz açmışdır. Bəhram uşaq yaşlarından çox ağıllı, məntiqli, güclü müşahidə qabiliyyətinə malik olmuş və iti yaddaşı ilə yaşıdlarından fərqlənmişdir. Məktəbə başlamazdan əvvəl yazıb-oxumağı öyrənmişdir. Ilk təhsilinə Xəzər Universiteti Dünya məktəbində başlayıb və hazırda  burada davam etdirməkdədir. Bəhram dərslərini əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənnlər fizika və biologiyadır. Bəhram məktəbdə oxuduğu müddətdə məsuliyyəti, dərslərində qazandığı uğurları, və müxtəlif nailiyyətlərinə görə diplom və sertifikatlarla təltif olunmuşdur. Bəhramın 20-dən çox təltifnamələri var. Bu qədər gənc olmasına baxmayaraq qazandığı sertifikatların çoxluğu onun gələcəkdə də uğurlu mütəxəssis olacağını göstərir.  Gənc istedadımız dərsləriylə yanaşı ictimai tədbirlərdə, fənn olimpiadalarında, şahmat yarışlarında da öz fəallığı ilə seçilir. Istedadımızla müsahibə zamanı həyatındakı  ən maraqlı hadisə hansıdır sualına Bəhram, “Sabahın alimləri” V respublika müsabiqəsində  iştirakı deyə cavab vermişdir. Bəhram müsabiqədə mühəndislik nominasiyası üzrə layihə təqdim etmiş və III yerə layiq görülmüşdür.
Bəhramın kiçik yaşlarından mütaliəyə marağı böyük olmuş və indi də bu marağı inkişaf etdirir.. Gənc istedadımız həvəskar şeirlər də yazır. Eyni zamanda gözəl şeir demək qabiliyyəti var. Asudə vaxtlarında şahmat oynamağı sevir, ailə üzvləri və dostları ilə vaxt keçirir.
Gələcəklə bağlı planlarından söz açdıqda hədəflərinin böyük olduğunu söyləmişdir.  Bəhram təhsilin ən ali pilləsinə yüksəlmək, çoxsaylı uğur və nailiyyətlər əldə etmək istediyini qeyd etmişdir.  Gələcəkdə həkim-neyrocərrah olacağını, bunu uşaqlıqdan arzuladığını və fəaliyyəti ilə bağlı alimlik dərəcəsinə yüksəlmək istədiyini vurğuladı.

Bəhram əldə etdiyi uğur və nailiyyətlərə görə müəllimlərinə, doğma məktəbinə və valideynlərinə borclu olduğunu bildirdi. O, böyüyəndə babasına oxşamaq istəyir və onunla daim fəxr edir.

11 июля 2016 г.

Məhərrəm Mehman oğlu Nəsibov

Azərbaycanmızın isdedadlı yeniyetmələrindən biridə Məhərrəm Mehman oğlu Nəsibovdur. Məhərrəm 2007-ci il martın 26-da Sumqayıt şəhərində dünyaya göz açmıçdır. Körpəlikdə ağıllı, dərin düşüncəli uşaq olub. Hazırda da, belədir. Valideyinlərinin sözünü eşidir, nəsihətlərdən, tövsiyələrdən özünə nəticə çıxardır.
Məktəbə gedəndə artıq Məhərrəm yazıb-oxumağı bilirdi. Çünki anası onun məktəbə hazırlığı, təhsilə maraq göstərməsi ilə ciddi məşğul olurdu. Məhərrəm ilk dəfə 4 yaşında Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaaradıcılıq Mərkəzindəki məktəbəqədər hazırlıq dərnəyində təhsil almağa başlayıb.
Eyni zamanda Uşaq Şahmat Məktəbinə gedirdi. Valideyinləri Məhərrəmin təhsilinə çox diqqət yetirirdilər. Orta təhsilə Nizami Gəncəvi adına Texniki və Təbiət Elimləri Liseyində başlayıb qəhramanımız.
Məhərrəm: Dərslərimi əla oxuyuram, bütün dərslərimi sevirəm. Məktəbə heç zaman hazırlıqsız getmirəm. Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində keçirilən Heydər Əliyevin doğum gününə həsr olunmuş şeir müsabiqəsində işdirak etdmişəm. Onda mənim 4 yaşım var idi. Şahmatda, bir çox şəhərlərarası yarışlarda iştirak etmişəm. Mən də valdeyinlərim kimi tibb sahəsində çalışmaq, tanınmış cərrah olmaq istəyirəm.
Məhərrəm məktəbə qədəm qoyduğu ilk gündən fəallığı ilə seçilən şagirdlərdən olub. İlk dəfə bilik günü münasibətilə keçirilən açılış mərasimində iştirak edib.
Əldə etdiyi naliyyətlərə görə valideyinlərimə borclu olduğunu deyir 9 yaşlı Məhərrəm.
Asudə vaxtlarını ailəsi ilə gəzintiyə çıxmaq və kitab oxumaqla keçirməyi xoşlayır. Şəhər kitabxanasının üzvüdür. Daim kitabxanadan yeni kitablar götürüb mütaliə edir.
Gələcəkdə ali məktəbə daxil olmaq, xaricdə təhsil almaq arzusundadır. İstəyinə nail olmaq üçün əzmlə çalışır balaca qəhrəmanımız.

Sənə dərslərində uğurlar arzu edirik. Bundan sonra da nailiyyətlərin, uğurların bol olsun!