Hədəfə
atılan oxun iti ucu olmalıdır
İstedadlı
insanlar uşaq yaşlarında fərqlənirlər, kimisi ilahi vergini inkişaf etdirər,
kimisi də zamanın öhtəsinə buraxaraq istedadını şairlərin dili ilə desk
“sadıqda gizlədər”.Əgər istedadlısansa ve bunu anladınsa yolunu o andan etibarən
təcrübəli insanlar tərəfdən sal.İstedalı Ehtiram da hədəfi olan bir istedadlı
şagirddir.Yolun başlanğıcnda olmasıyla fəxr edə bilər Ehtiram. Axı çox insan
istedadını hədər verir, çünki seçdiyi yol başlanğıcı belə olmayan yollardandır.Şükür
ki seçdiyi yolda dayağı olan ailəsi və müəllimləri var.Yəqin ki, bizi də
unutmaz .
Əkbərov Ehtiram Famil olğlu 19 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub.4-5
yaşlarından yazmağı və oxumağı öyrənmişdi.Hal-hazırda əla oxuyur.Kimya,
Riyaziyyat, Tarix, İngilis dili fənlərini sevir və həvəslə çalışır.Ehtiram : “Məktə
daxil oldğum gün çox sevindim, çünki elm öyrənəcəm”,- deyir.700 balı hədəf bilən
Ehtram həkim olmaq istəyir və bu sahədə ali təhsil alıb İngiltərədə təhsilini inkişaf
etdirib öz ölkəsinə xeyir verməyi hədəflədiyini deyir.Daha sonra qeyd edir ki,
xəstəxana açdıraraq həm xəstələrə, həm də tələbələrə köməklik göstərəcək.Tələbələrin
inkşafında bunu uğurlu addım hesab edir.Baxın hədəfinə çatmaq üçün hobbiləridə
hədəfə köklənib.Ehtram vətənprvərlik mövzularında yazıları oxumaği xoşlayır, bədii
kitablardan bəhrələnir, yoldaşlarıyla dərs hazırlamağda çox sevir,voleybol
oynamağı da sağlamlıq üçün xüsusui vurğlayır.Bu hədəflər və hobbilər göstərir
ki, Ehtiram məqsədyönlü , çalışqan məqsədinə çatmaqda vastərini seçməyi bacaran
kollektiv işin yüksək keyfiyyətini anlayan şagirddir.
Ehtiramın daha bir istedadı isə özünü
müsiqi sahəsində göstərmişdi.Ehtram gözəl qarmon ifa edir.O, milli musiqiləri həvəslə
və özünəməxsus ifa edir.Həmcinin konsertlərdə çıxış etmişdir.Öz ailəsinə və ailə dəyərlərinə bağlı bir
insandır.Bunu onun sözləri ilə ifadə etsək daha səmimi olar.O deyir- “Əldə etdiyim nailiyyətlərə görə özümü ailəmə
borclu bilir, daha çox atama oxşamaq istəyirəm ki onun kimi savadlı olum”. Sonda
biz sənə və ailənə uğurlar diləyir və deyirik ki, Allah hər anlamda bərəkətləndirisin
sizi! Amin.
Комментариев нет:
Отправить комментарий