elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2016 г.

CƏBİYEV HÜSEYN MEHMAN oğlu

Haqqında söhbət açacağımız qəhrəmanımız, CƏBİYEV HÜSEYN MEHMAN oğlu 24 oktyabr 2003-cü ildə Bakı şəhərində doğulub. Hüseyn 72 saylı lisseydə təhsil alır. Haqqında danışacağımız qəhrəmanlarımıza müxtəlif və maraqlı suallar ünvanlamaqla indiki və gələcək planları barədə fikirlərini, arzularını öyrənməyə çalışır və onların nə vaxtsa belə bir arzuları, planları olduğunu xatırlatmaqda onlara yardımçı olacaq məqalə hazırlayıb təqdim edirik. C. Hüseyin ona ünvanladığımız suallara həvəslə cavab verdi.
Biz ilk öncə Hüseynin valideyinlərilə söhbət əsasında öyrəndik ki, Hüseyin balacalıqda ağıllı və sakit uşaq olub. Hüseynin anası deyir ki, o, hələ uşaq yaşlarından şəkil çəkməyi xoşlayırdı. Balaca qəhrəmanımız məktəbə getməmişdən əvvəl yazmağı və oxumağı bacarırdı. Hüseyin “mən buna görə baxca müəllimələrim, mənim təlim və tərbiyəmdə böyük rolu olan, Sədaqət və Ceyran müəlliməyə borcluyam” deyir.
İnsan təkcə orta məktəbdə aldığı biliklə kifayətlənməməli və başqa səmərəli məşğuliyyət də tapmalıdır. Bunun üçün valideyn övladının hansı sahədə istedadlı olduğuna diqqət yetirməli və onu istiqamətləndirməlidir. Mənim sevə-sevə haqqında yazdığım balaca  qəhramanım insanın təkcə biliklə kifayətlənməməli olduğunu başa düşür və özünü inkişaf etdirir. Valideyinləri də Hüseynə atdığı hər addım da yardımçı olurlar. Hüseyin şahmat oynamağı bilir, bununla da kifayətlənməyib boksla da məşğul olur. Bəlkə də gələcəyin tanınmış olacaq boksçularından, şahmatşçılarından olacaq Hüseyin məktəb də riyaziyyat, biologiya və ingilis dili fənlərinə daha çox maraq göstərir. Hüseyin dərslərini yaxşı oxumaqla həm savadlı olur, həm də valideynlərini sevindirir. Hüseyin məktəb tədbirlərində iştirak etməyi xoşlayır. Savadlı qəhrəmanıma ünvanlandığım “Həyatında  ən maraqlı, uğurlu gün, hadisə hansıdır və nə üçün?”sualına belə cavab verdi: “ Həyatımda ən uğurlu günüm 2016-cı ildə aprel ayının 4-də tədbirdə ingilis dili fənnindən tərifnamə aldığım gündür. Həmin gün həm özüm çox sevinmi, həm də validdeynlərimi qürurlandırmışdım.”

Balaca müsahibimə “Əldə etdiyin uğura görə kimə borclusan?” deyə müraciət etdikdə gülümsəyərək, “mənə atdığım hər addımda arxa-dayaq olan, mənim uğurlu olmam üçün hər şey edən, həyatımda ən çox dəyər verdiyim insanlar olan atama və anama özümü həmişə borclu hiss edirəm.” Mən Hüseyin, “bəs kimə oxşamaq istərdin?”deyə soruşduğumda “hər bir insanın həyatda öz idealı var və canlandırdığı ideala oxşamaq istəyir. Mənim də idealım var və mən həmişə onun mənim  yolumda çəkdiyi əziyyətlərin qarşılığını verməyə çalışmışam və çalışacam da. Mənim idealım... fəxrlə deyə bilərəm ki, atamdır. Mən həmişə onunla qürur duymuşam və ona oxşamağa çalışmışam” deyə cavablandırdı. “Mən gələcəkdə hərbiçi olmaq istəyirəm. Bu mənim uşaqlıqdan arzumdur. Arzuma çatmaq üçün səylə çalışıram. Mən valideynlərimin etimadını doğrultmağı özümə söz vermişəm və fikirləşirəm ki, hər bir övladın ilk borcu bu olmalıdır. Valideynlərimi qürurlandırmaq mənim ən böyük uğurum olar!” Müsahibim “gələcəkdə hansı sənət sahibi olmaq istərdin?” sualıma belə cavab vermişdi. Mən balaca qəhrəmanım və maraqlı müsahibimə gələcək həyatında uğurlar arzulayır, yolunun daim açıq olmasını ürəkdən diləyirəm. Valideynlərinə cəmiyyətimiz üçün belə tərbiyəli və gələcəkdə dəyərli şəxsiyyət olacaq övlad yetişdirdiklərinə görə təşəkkürlərimi bildirirəm!

Комментариев нет:

Отправить комментарий