elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 июля 2016 г.

Cəfərov Bəhram Bəhruz oğlu

Cəfərov Bəhram Bəhruz oğlu 27 fevral 2001-ci il tarixində Bakı şəhərində dünyaya göz açmışdır. Bəhram uşaq yaşlarından çox ağıllı, məntiqli, güclü müşahidə qabiliyyətinə malik olmuş və iti yaddaşı ilə yaşıdlarından fərqlənmişdir. Məktəbə başlamazdan əvvəl yazıb-oxumağı öyrənmişdir. Ilk təhsilinə Xəzər Universiteti Dünya məktəbində başlayıb və hazırda  burada davam etdirməkdədir. Bəhram dərslərini əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənnlər fizika və biologiyadır. Bəhram məktəbdə oxuduğu müddətdə məsuliyyəti, dərslərində qazandığı uğurları, və müxtəlif nailiyyətlərinə görə diplom və sertifikatlarla təltif olunmuşdur. Bəhramın 20-dən çox təltifnamələri var. Bu qədər gənc olmasına baxmayaraq qazandığı sertifikatların çoxluğu onun gələcəkdə də uğurlu mütəxəssis olacağını göstərir.  Gənc istedadımız dərsləriylə yanaşı ictimai tədbirlərdə, fənn olimpiadalarında, şahmat yarışlarında da öz fəallığı ilə seçilir. Istedadımızla müsahibə zamanı həyatındakı  ən maraqlı hadisə hansıdır sualına Bəhram, “Sabahın alimləri” V respublika müsabiqəsində  iştirakı deyə cavab vermişdir. Bəhram müsabiqədə mühəndislik nominasiyası üzrə layihə təqdim etmiş və III yerə layiq görülmüşdür.
Bəhramın kiçik yaşlarından mütaliəyə marağı böyük olmuş və indi də bu marağı inkişaf etdirir.. Gənc istedadımız həvəskar şeirlər də yazır. Eyni zamanda gözəl şeir demək qabiliyyəti var. Asudə vaxtlarında şahmat oynamağı sevir, ailə üzvləri və dostları ilə vaxt keçirir.
Gələcəklə bağlı planlarından söz açdıqda hədəflərinin böyük olduğunu söyləmişdir.  Bəhram təhsilin ən ali pilləsinə yüksəlmək, çoxsaylı uğur və nailiyyətlər əldə etmək istediyini qeyd etmişdir.  Gələcəkdə həkim-neyrocərrah olacağını, bunu uşaqlıqdan arzuladığını və fəaliyyəti ilə bağlı alimlik dərəcəsinə yüksəlmək istədiyini vurğuladı.

Bəhram əldə etdiyi uğur və nailiyyətlərə görə müəllimlərinə, doğma məktəbinə və valideynlərinə borclu olduğunu bildirdi. O, böyüyəndə babasına oxşamaq istəyir və onunla daim fəxr edir.

Комментариев нет:

Отправить комментарий