Azərbaycanmızın isdedadlı yeniyetmələrindən biridə
Məhərrəm Mehman oğlu Nəsibovdur. Məhərrəm 2007-ci il martın 26-da Sumqayıt şəhərində
dünyaya göz açmıçdır. Körpəlikdə ağıllı, dərin düşüncəli uşaq olub. Hazırda da,
belədir. Valideyinlərinin sözünü eşidir, nəsihətlərdən, tövsiyələrdən özünə nəticə
çıxardır.
Məktəbə gedəndə artıq Məhərrəm yazıb-oxumağı bilirdi.
Çünki anası onun məktəbə hazırlığı, təhsilə maraq göstərməsi ilə ciddi məşğul
olurdu. Məhərrəm ilk dəfə 4 yaşında Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaaradıcılıq
Mərkəzindəki məktəbəqədər hazırlıq dərnəyində təhsil almağa başlayıb.
Eyni zamanda Uşaq Şahmat Məktəbinə gedirdi. Valideyinləri
Məhərrəmin təhsilinə çox diqqət yetirirdilər. Orta təhsilə Nizami Gəncəvi adına
Texniki və Təbiət Elimləri Liseyində başlayıb qəhramanımız.
Məhərrəm: Dərslərimi əla oxuyuram, bütün dərslərimi
sevirəm. Məktəbə heç zaman hazırlıqsız getmirəm. Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində keçirilən Heydər Əliyevin doğum gününə həsr olunmuş şeir
müsabiqəsində işdirak etdmişəm. Onda mənim 4 yaşım var idi. Şahmatda, bir çox şəhərlərarası
yarışlarda iştirak etmişəm. Mən də valdeyinlərim kimi tibb sahəsində çalışmaq,
tanınmış cərrah olmaq istəyirəm.
Məhərrəm məktəbə qədəm qoyduğu ilk gündən fəallığı
ilə seçilən şagirdlərdən olub. İlk dəfə bilik günü münasibətilə keçirilən
açılış mərasimində iştirak edib.
Əldə etdiyi naliyyətlərə görə valideyinlərimə
borclu olduğunu deyir 9 yaşlı Məhərrəm.
Asudə vaxtlarını ailəsi ilə gəzintiyə çıxmaq və kitab
oxumaqla keçirməyi xoşlayır. Şəhər kitabxanasının üzvüdür. Daim kitabxanadan yeni
kitablar götürüb mütaliə edir.
Gələcəkdə ali məktəbə daxil olmaq, xaricdə təhsil
almaq arzusundadır. İstəyinə nail olmaq üçün əzmlə çalışır balaca qəhrəmanımız.
Sənə dərslərində uğurlar arzu edirik. Bundan sonra
da nailiyyətlərin, uğurların bol olsun!
Комментариев нет:
Отправить комментарий