Əlizadə Səbuhi İlham oğlu 22 sentyabr 2007-ci ildə
Füzuli rayonu Horadiz qəsəbəsində dünyaya gözlərini açıb. Əliyevlər ailəsinin
ikinci övladıdır. Uşaqlıqda sakit və gülərüz birisi olan Səbuhi, qardaşı və
dostları ilə hər zaman yaxşı münasibətdə olub.
Oyuncaq və əşyaların detalları ilə oynamağı, onları təmir etməyi, söküb
yenidən yığmayı çox sevirdi. Məktəbəqədər dövrdən başlayaraq anası Kəmalə
xanımın köməyi ilə oxumağı və yazmağı öyrənmişdir. Təhsilə başladığı ilk məktəb Bakı şəhəri
N.Fərəczadə adına 100 N-li tam orta məktəbdir. Sinfin əlaçı şagirdlərindəndir.
Ən sevdiyi fənn riyaziyyatdır. Hal-hazırda ibtidai təhsili uğurla başa vurmaq
üçün çalışır. Sinfin fəal şagirdlərindən olan Səbuhi tədbirlərdə yaxından
iştirak edir. “Yeni il” və “Novruz” şənliklərində rol almışdır. Ən yadda qalan günlərdən birisi isə bilik
yarışmasında təltifnamə almasıdır. Səbuhi
həyatda və təhsildəki uğurlarına görə ailəsinə və sevimli müəlliməsi Rahimə müəlliməyə
borclu olduğunu bildirir. Övladlarının gələcəyi, vətənimizə və dövlətimizə
layiqli şəxsiyyətlər olması üçün İlham bəy və Kəmalə xanım əllərindən gələni əsirgəmirlər.
Böyük qardaş olan Nəbi tərbiyəsi və zəkası ilə
Səbuhi üçün hər zaman ən gözəl nümunədir. Artıq təhsilini Türkiyə
Cümhuriyyətində davam etdirəcək olan Nəbi qardaşına nümunə olmağa davam edir. Gənc
istedadımızın gələcəkdəki hədəfi məktəbi
əla qiymətlərlə bitirmək və həkim ixtisasına yiyələnməkdir. 9 yaşında olandan
artıq o bu fikrə düşüb. Səbəbi isə insanlara yardım edə bilməkdir. Asudə
vaxtlarında ailəsi ilə birgə zaman
keçirməyi, kitab oxumağı və futbol oynamağı çox sevir. Musiqi dinləməyi, bəstəkarlar
və görkəmli sənətkarların həyat və yaradıcılığı ilə maraqlanır. Səbuhinin
gələcəkdəki hədəfi isə Tibb
Universitetini müvəffəqiyyətlə bitirib həkim kimi fəaliyyət göstərməkdir. Müsahibimizə yolun hər zaman açıq olsun
deyirik. Səsin zirvələrdən gəlsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
12 ноября 2017 г.
25 октября 2017 г.
MEHDİYEVA AYDAN MƏNSUR QIZI
Bu dəfə ki, müsahibimiz Mehdiyevlər ailəsinin
ilk övladı olan Mehdiyeva Aydan Mənsur qızıdır. Aydan aprel ayının 6-sı 2008 –
ci ildə Bakı şəhəri Abşeron rayonu Xırdalan
şəhərində anadan olub. Aydan
sevimli, gülərüz, ünsiyyətcil və nümunəvi bir övlad olub. Dostları və
ailənin kiçik qızı olan bacısı Rəhimə ilə
hər zaman mehriban münasibətdə olur. Müsahibimizin
kiçik yaşlarından nağıl və hekayələrə böyük marağı olub. Maraqlı kitablar
oxumağı, yeni məlumatlar əldə etməyi çox sevir. Məktəbəqədər yaş dövründən etibarən Aydanın yazıb – oxumağa marağı
olmuşdur. Valideyinlərinin köməyi ilə məktəbə getməmişdən qabaq artıq yazıb –
oxumağı və hesab əməllərini öyrənmişdir.
Təhsilə ilk addımlarını isə Xırdalan şəhəri 1
N-li tam orta məktəbdə başlamışdır. Hal – hazırda 1 N-li məktəbin 3 Ə sinfində təhsilini davam etdirir. Bacısı Rəhimə
ilə eyni sinifdə oxuyur. Bir–birilərinə hər zaman dəstək olurlar. Hər ikisi sinfin
əlaçı şagirdlərindəndir. Aydan müəlliməsinin də sevimli şagirdidir. Ən sevimli
fənni isə ingilis dilidir. Aydanın arzusu gələcəkdə sinif rəhbəri Sara Bəylərova
kimi işini sevən, gələcək nəsilləri bilikləndirən bir müəllimə olmaqdır. Valideyinləri Kəmalə xanım və Mənsur bəy də övladlarının yaxşı təhsil və tərbiyə alıb
, vətənimizə və cəmiyyətimizə layiqli vətəndaşlar olması üçün əllərindən gələni
edirlər.
Vaxtını heç vaxt boş keçirmək tərəfdarı
deyil. Asudə vaxtlarını hər zaman səmərəli keçirməyə çalışır. Kitab oxumağı və
musiqi dinləməyi çox sevir. Görkəmli bəstəkarların həyat və fəaliyyəti haqıında
maraqlanır. Ən sevdiyi musiqi isə Rəşid Behbudovun ifasında “Uzun Gecələr” mahnısının
vurğunudur.
Aydana gələcək həyatında uğurlar arzu edirik,
uğurlu fəaliyyətinin davamlı olmağını arzulayırıq. Yolun açıq olsun, səsin zirvədən
gəlsin !
21 июля 2017 г.
Hüseynov Murad Talıb oğlu
Hüseynov
Murad Talıb oğlu 24 iyun 2005-ci ildə Bakı şəhərində doğulub. Binəqədi
rayonundakı H. Hüseynov adına 83 saylı məktəb-liseydə təhsil alıb. 2015/16 dərs
ilindən isə təhsilini Bakı Anadolu Türk liseyində davam etdirir. Təhsil aldığı müddətdə
bir neçə dəfə fəxri fərmanla təltif edilib.
Murad sakit, səliqəli
və ətrafdakı uşaqlara qarşı çox diqqətli, səmimi, mehriban bir uşaqdır. Şəkilli
kitablar, albomlar, sulu boyalar, rəngli karandaşlar Muradın sevimli əşyaları
olub. Çünki şəkil çəkib, rəngləməyi çox sevib. 4 yaşı olarkən məşğələyə gedib. Hərfləri
və rəqəmləri məşğələdə Xanım müəllimədən öyrənib. Lap kiçik yaşlarından
albomlar, şəkillər, nağıllar kitabı ilə maraqlanıb. O, gözəl fikirli və
istedalı bir övladdır. Valideynləri Muradın maraq dairəsinin geniş və hərtərəfli
olması üçün hər bir şərait yaradırlar.
Murad dərslərini
sevə-sevə oxuyur və hazırlayır. Ən sevdiyi fənlər riyaziyyat və həyat
bilgisidir. Murad bir çox şənlik və bayramlarda iştirak edib, haqqında
televiziyada məlumat yayımlanıb. Məktəbdə təşkil olunan tədbirlərdə də fəal
iştirak edir. Onun ən yaddaqalan günü məktəbdə qeyd olunan bayraq bayramında
iştirakı olmuşdur. Murad asudə vaxtlarında nağıl kitabları oxumağı çox sevir.
Əldə etdiyi
uğurlarına görə hər zaman valideynlərinə və müəllimlərinə minnətdar olduğunu
deyir.
Muradın ən
böyük istəyi və gələcək planlarından biri valideynləri üçün xeyirli övlad olmaq,
valideynlərinin və sevdiklərinin qayğısına qalmaq, xeyriyyə işləri ilə məşğul
olmaqdır. Dayısı kimi hərbçi olmaq onun ən böyük arzusudur. Bu peşəyə olan məhəbbətin
böyüklüyü dayısını Muradın ən böyük ideal kimi görməsidir. Murad hərbçi olaraq
sevdiyi sənətə sahib olub, vətənin keşiyində durmağı qarşısına məqsəd qoyub.
11 июля 2017 г.
Quliyeva Fatimə Elnur qızı
Quliyeva Fatimə Elnur qızı 26 may 2007-ci ildə Rusiya Federasiyasının Orenburq şəhərində anadan olub. Uşaqlıqdan sakit, ünsiyyətcil, gülərüz biri olub. Fatimə kitab oxumağı və musiqiyə qulaq asmağı çox sevir. Məktəbəqədər dövrdə artıq yazıb-oxumağı öyrənmişdir. Bu işdə ona anası kömək etmişdir.
Təhsilə ilk addımlarını Sabirabad şəhər M. Ə. Sabir adına tam orta məktəbdə atıb. Hazırda isə Bakı şəhər 286 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir.
Ən sevdiyi fənn riyaziyyatdır. Həmçinin Fatimə uğurlu fəaliyyətinə görə bir neçə diplom və fəxri fərmanlada təltif olunmuşdur. I sinifi bitirəndə bütün materiallari tam mənimsədiyi və əlaçı şagird olduğu üçün fəxri fərmanla təltif olunmuşdur. III sinifdə oxuyarkən yenə də yaşıdları arasında fərqləndiyinə, dərslərini əla qiymətlərlə oxuduğuna görə fəxri fərmanla təltif olunmuşdur.
Fatimə məktəbdəki təhsillə kifayətlənmir, eyni zaman tədris kurslarına da gedir. “Zəfər” kurslarında keçirilən bilik yarışmasında da yüksək nəticə əldə etdiyi üçün təltifnamə ilə təltif olunmuşdur. Məktəbin fəal şagirdlərindən olduğu üçün ictimai tədbirlərdə aparıcılıq edir və şeir söyləyir.
Əldə etdiyi uğurlara görə valideyinləri və müəlimlərinə borclu olduğunu bildirir. Atası Elnur bəy və anası Xalidə xanım Fatimənin vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olması üçün əllərindən gələni edirlər. Fatimə gələcəkdə təhsilini davam etdirib ali təhsil almaq istəyir. Riyaziyyat fənnini çox sevdiyi üçün riyaziyyat müəllimi olmaq arzusundadır.
Müsahibimizə gələcək həyatında uğurlar arzu edirik. Yolun hər zaman açıq olsun!
Təhsilə ilk addımlarını Sabirabad şəhər M. Ə. Sabir adına tam orta məktəbdə atıb. Hazırda isə Bakı şəhər 286 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir.
Ən sevdiyi fənn riyaziyyatdır. Həmçinin Fatimə uğurlu fəaliyyətinə görə bir neçə diplom və fəxri fərmanlada təltif olunmuşdur. I sinifi bitirəndə bütün materiallari tam mənimsədiyi və əlaçı şagird olduğu üçün fəxri fərmanla təltif olunmuşdur. III sinifdə oxuyarkən yenə də yaşıdları arasında fərqləndiyinə, dərslərini əla qiymətlərlə oxuduğuna görə fəxri fərmanla təltif olunmuşdur.
Fatimə məktəbdəki təhsillə kifayətlənmir, eyni zaman tədris kurslarına da gedir. “Zəfər” kurslarında keçirilən bilik yarışmasında da yüksək nəticə əldə etdiyi üçün təltifnamə ilə təltif olunmuşdur. Məktəbin fəal şagirdlərindən olduğu üçün ictimai tədbirlərdə aparıcılıq edir və şeir söyləyir.
Əldə etdiyi uğurlara görə valideyinləri və müəlimlərinə borclu olduğunu bildirir. Atası Elnur bəy və anası Xalidə xanım Fatimənin vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olması üçün əllərindən gələni edirlər. Fatimə gələcəkdə təhsilini davam etdirib ali təhsil almaq istəyir. Riyaziyyat fənnini çox sevdiyi üçün riyaziyyat müəllimi olmaq arzusundadır.
Müsahibimizə gələcək həyatında uğurlar arzu edirik. Yolun hər zaman açıq olsun!
30 июня 2017 г.
Məhərrəmli Amin Nizami oğlu
Məhərrəmli Amin Nizami oğlu 2008-ci il aprel ayının 8-də Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gözlərini açıb. Amin balaca vaxtı çox sakit, mülayim bir uşaq olub. Getdiyi, gəzdiyi yerlərdə müşahidə aparmağı çox xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, valideyinləri hər gün 30 dəqiqə Aminin təlimi üçün vaxt ayırırdı. Müsahibimizin istedadlı uşaq olduğunu valideyinləri birinci sinifdə oxuyarkən hiss etdilər. Valideyinləri bunun üçün Dilarə müəlliməyə təşəkkür etdiklərini bildirdilər.
Təhsilə Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda Həsənova Mətanət müəllimənin sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur, sinfin əlaçı şagirdlərindəndir. Sevdiyi fənlər arasında riyaziyyat və ingilis dili var. Amin uğurlu fəaliyyəti və təhsildə göstərdiyi müvəffəqiyyətləri üçün bir neçə dəfə diplomla təltif olunmuşdur. Sinif daxili tədbirlərdə fəal şəkildə iştirak etmişdir. Dərslərində əldə etdiyi uğurlara görə anası Nuranə xanıma borcu olduğunu bildirdi. Həmçinin atası Nizami bəyi özünə nümunə götürmüş və ona oxşamaq istədiyini söyləyir. Ən çox texniki fənlərə maraq göstərir, əsasəndə kimya fənninə. Hələ ki, bu fənni keçməsədə gələcəkdə kimyani dərindən öyrənərək, bu istiqamətdə yeni ixtiralar edib, alimlik dərəcəsinə yüksəlmək istəyir. Aminin bu fikrə düşməsinin bir səbəbi var. O, təsadüfən babasının kimya haqqında olan söhbətini eşitməsi onda kimya fənninə maraq oyadıb.
Asudə vaxtlarında musiqi ilə məşğul olur, heyvanlar haqqında kitab oxumağı xoşlayır, üzgüçülük və idmanın başqa sahələri ilə məşğul olur. Həmçinin şeir və nağıl yazmağı, eyni zamanda mütaliə etməyi sevir.
Gələcək hədəfi isə ilk olaraq təhsilini başa vurub, vətənə layiqincə xidmət etmək və arzularının arxasınca getmək istəyir. Amin tarixin yaddaşında bir kimyaçı kimi qalmaq istəyir.
Aminə müvəffəqiyyətlərinin davamlı olması üçün uğurlar arzu edirik. Yolun açıq olsun, səsisin hər zaman zirvədən gəlsin!
14 июня 2017 г.
Mahmudzadə Cahid Elşad oğlu
Mahmudzadə Cahid
Elşad oğlu 21 iyun 2008-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Cahid
uşaqlıqdan gülərüz, ünsiyyətcil, dostcanlı biri olub. 3 yaşından anası Samirə
xanımla birlikdə elmi seminarlarda, iclaslarda və.s məclislərdə iştirak edirdi.
O çox kiçik olmasına baxmayaraq , Allahın bir hikməti kimi həmişə sakit durar,
lakin elmi söhbət qurtaranda isə ağlamağa başlayardı. Körpəlikdən nağıl və
hekayələri dinləməyi çox sevirdi. Bir-iki dəfə qulaq asdığı nağıl və ya hekayəni
növbəti dəfə artıq özü sözbəsöz danışardı. Məktəbəqədər yaşlarında oxumağı və
yazmağı elə körpələr evi uşaq bağçasında öyrənmişdir. Hafizəsinin güclü olması səbəbi
ilə uşaq bağçasında keçirilən tədbirlərdə yaxından iştirak edər, səhnəciklərdə
rol alardı. Cahid orta məkəbə Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə
başlayıb. Hal-hazırda bu məktəbdə Babayeva Pərvanə müəllimənin sinfində III sinif şagirdidir. Dərslərini
yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənləri arasında
riyaziyyat, ana dili və həyat bilgisi var. Sevdiyi məşğuliyyətlər arasında
şahmat, karate və döyüş oyunları var. Şahmat üzrə 4 – cü yeri qazanmışdır.
Karate üzrə isə sarı kəməri var. Kiçik
yaşlarında anası Samirə xanım hər zaman yatmazdan əvvəl bir nağıl və ya ibrətamiz hekayə
oxuyardı. O zamanlardan anası Cahidin elmə, oxumağa və öyrənməyə olan həddindən
artıq marağının olduğunun şahidi olurdu. Eyni zamanda 5-6 yaşlarındaikən ərəb əlifbasını
öyrənmiş, “Qurani-Kərim”də olan kiçik sürələri öyrənməyə həvəs göstərmişdir.
Qulaq asdığı və oxuduğu sürələri tez bir zamanda əzbərləyirdi. Hal-hazırda 30
sürəni əzbər bilir. Asudə vaxtlarında gəzməyi, yoldaşları ilə birgə vaxt keçirməyi, yeni
dostluqlar qurmağı çox sevir. Həmçinin
heyvanlara qayğı göstərməyi onlarla birgə zaman keçirməkdən xoşu gəlir.
Gələcək həyatı
üçün isə elmi dərəcə almaq və elm adamı olmağı hədəfləyib. Müsahibimiz olan
Cahidə hədəflərinə çatmağı arzulayırıq. Yolun açıq olsun!
13 июня 2017 г.
Hüseynli Murad Rafiq oğlu
Hüseynli Murad
Rafiq oğlu 1 oktyabr 2008-ci ildə Bakı şəhərində anadan olub. Murad körpəlikdə
aktiv, dəcəl və gülərüz bir uşaq olub. Məktəbəqədər dövrdə Murad artıq yazmağı
və oxumağı, həmçinin riyazi hesablamaları bilirdi. Bunlar ona valideyinləri tərəfindən
öyrədilmişdi. Murad uşaqlıqdan özünün fəallığı və istedadı ilə həmyaşıdlarından
seçilirdi. Orta məktəbə Binəqədi rayon 182 saylı tam orta məktəbdə başlayıb.
Hal-hazırda Haqverdiyeva Ofeliya müəllimənin
sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı
şagirdlərindəndir. Ən sevimli fənni riyaziyyat fənidir. Birinci sinfi uğurla
başa vurduğu üçün sertifikat təqdim olunmuşdur. Murad fəal şagirdlərdən olduğu
üçün məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edir. “20 yanvar” faciəsi
ilə bağlı tədbirdə, həmçinin “Novruz bayramı” şənliyində rolları olub.
Müsahibimiz uğurlu fəaliyyəti üçün müəlliməsinə və valideyinlərinə borclu
olduğunu bildirdi. Murad gələcəkdə polis olmaq arzusundadır. Ona görə ki, dövlətimizi
və vətandaşlarımızı pis insanlardan qorumaqdır. Asudə vaxtlarında futbol
oynamağı çox sevir. Uşaqlıqda rəsmlə məşğul olurdu. Təbiət mənzərələri
canlandırmağı sevirdi. Muradın valideyinləri Aysel xanım və Rafiq bəy
övladlarını vətənimizə və cəmiyyətimizə
layiqli bir şəxsiyyət olaraq böyüdürlər. Muradın da ən böyük istəyi gələcəkdə
ali təhsil almaq, atasına və anasına layiqli övlad olmaqdır. Əziz müsahibimiz
Murad sənə gələcək həyatında uğurlar arzu edirik, yolun açıq olsun, hər zaman
ata və ananın fəxri ol. Səsin zirvədən gəlsin!
12 июня 2017 г.
Rəhimov Qubeis Tariel oğlu
Rəhimov Qubeis
Tariel oğlu 1 dekabr 2006-ci ildə Bakı şəhəri Qaradağ rayonunda dünyaya gözlərini açıb. Qubeis gülərüz,
ünsiyyətcil, səmimi və hər kəsin sevimlisi olan bir uşaqdır. Kiçik yaşlarından
etibarən hər zaman yaşıdlarından öz bacarıqları ilə fərqlənirdi. O, həm musiqiyə,
həm də idmana maraq göstərirdi. Məktəbəqədər yaş dövründə Qubeis yazmağı və
oxumağı bacarırdı. Bu işdə ona uşaq
bağçasında olan tərbiyəçisi və bacısı Arzu kömək etmişdir. Onun istedadını, yəni
gözəl səsinin olduğunu valideyinləri məktəbəqədər yaş dövründə kəşf ediblər.
Getdiyi körpələr evi uşaq bağçasında keçirilən bütün tədbirlərdə həvəslə və fəal
şəkildə iştirak edirdi. Bu işdə tərbiyəçilərinin rolu çox böyük olub. Qubeis
orta məktəbə ilk addımlarını Cəmil Niftəliyev adına 233 N-li tam orta məktəbdə
atıb. Hal-hazırda Ağayeva Gülbağça müəllimənin sinfində IV sinif şagirdidir. Dərslərini
yaxşı oxuyur və bütün fənləri sevir. Sinfin əlaçı şagirdlərindəndir. Qubeis
eyni zamanda Cabbar Qaryağdıoğlu adına 9 N-li
uşaq musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alır. Məktəbin fəal
şagirdi olduğu üçün musiqi məktəbində keçirilən tədbirlərdə yaxından iştirak edir. Onun ən yadda qalan günlərindən biri musiqi məktəbində
keçirilən “Şərq Musiqisinin İncisi” adlı muğam konsertində olan çıxışıdır. O,
muğam sahəsində olan nailiyyətlərinə görə Əhməd müəllim və Fədail müəllimə
borclu olduğunu bildirir. Gələcək hədəflərindən
biridə “Muğam” müsabiqəsinin qalibi olmaqdır.
Onun gələcəkdə ki,
ixtisas seçimi isə vətənimizə və dövlətimizə layiqli polis işcisi
olmaqdır.
Asudə vaxtlarında
sambo idman növü ilə məşğul olur.
Qubeis çox
çalışaraq arzularını həyata keçirəcəyini
bildirdi.
Müsahibimiz olan Rəhimov
Qubeisə yolun açıq olsun, arzularına çatasan deyirik.
Səsin hər zaman
zirvədən gəlsin!
Подписаться на:
Сообщения (Atom)



















































