elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 апреля 2018 г.

Tağıyev İmran Murad oğlu


Bu məqaləmizdə haqqında danışacağımız ağıllı, savadlı və istedadlı yeniyetməmiz İmrandır. Tağıyev İmran Murad oğlu 2010-cu il noyabrın 19-da Bakı şəhərində dünyaya göz açmışdır. O, hazırda 132-134 saylı Beynəlxalq Təhsil Kompleksində təhsil alır.
İmran körpəlikdə çox sakit təbiətli, eyni zamanda şən uşaq olub. Pazl və konstruktor yıgmaga xoşlayırdı, gəzmək, uşaqlar və böyüklər ilə ünsiyyət qurmaq, cizgi filmlərə baxmaga xoşlayırdı. Bütün körpələr kimi İmran də cizgi filmlərinə baxmağı xoşlayıb. Məhz cizgi filmlərinə göstərdiyi marağın sayəsində hələ 2. 5 yaşında əlifbanı öyrənib. Ailələrindəki sağlam mühit İmranin də erkən yaşlarından təhsilə maraq göstərməsinə səbəb olmuşdur. Onun əlində daim kitab, dəftər və qələm olub. Bu marağın nəticəsidir ki, İmran hələ məktəbə gedənə kimi yazıb-oxumağı öyrənmişdi. İntellekti, erudisiyası ilə həmyaşıdlarında seçilən İmran hələ 6 yaşı tamam olmamış imtahan verərək I sinfə qəbul edilib.
Bütün vaxtını da ya kitab oxumağa, ya da rəsm çəkməyə sərf edirdi. Hazırda oxuduğu məktəbdə dərs əlaçısı olan İmran bütün dərslərini həvəslə öyrənir. Öz fəallığı və çalışqanlığı ilə bütün müəllimlərin sevimlisidir. Məktəbin bütün tədbirlərində iştirak edən yeniyetməmiz gözəl şeirlər deyir, rollar ifa edir. 26 noyabr 2017-ci ildə məktəb tamaşasında Pyero rolunu oynayıb. Kapoeyra üzrə “Batizado” yarışında ilk yaşıl kəməri əldə edib.
Qazandığı uğurlara görə özünü valideynlərinə və nənələrinə borclu sayır. Kiçik yaşlarında əldə etdiyi nailiyyətlət baxmayaraq, balaca qəhrəmanımız təvazökarlıq edərək özünü elə də istedadlı hesab etmir.
Gələcəkdə hansı peşəyə yiyələnəcəyini dəqiqləşdirib. İxtiraçı yaxud müəllim olmaq və həyatını bu sənətə həsr etmək onun ən böyük arzusudur.
Boş vaxtlarında o, ixtira etmək, bacısı, valideynləri və dostları ilə oynamaq, təbiətdə gəzmək, flora və faunanı öyrənməyi çox sevir. Kitab oxumaq, müxtəlif usta-dərsləri və elmi laboratoriyaları, robotları üzrə proqramlaşdırma dərslərini ziyarət etmək də onun sevimli məşğuliyyətlərindədir. Herbarilər də toplayır.
Nə deyirik, təki sən də yenilik edərək tarixdə yaşamaq hüququ qazanan Azərbaycan oğlu olasan. Gün olsun, ixtiranla Nobel mükafatına layiq görüləsən.

25 апреля 2018 г.

Əmirov Hüseyn Azər oğlu

Əmirov Hüseyn Azər oğlu 06 .06.2008-ci ildə Bakı şəhərində anadan olub. Hüseyn körpəlikdən ağıllı, təmkinli və yüksək zəkaya malik uşaq olub. Onun ən sevimli məşğuliyyəti şahmat oynamaqdır. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı nənəsinin köməkliyi ilə öyrənib. Hüseyn 6 yaşından etibarən sərbəst olaraq oxumağı bacarıb.  Əmirov Hüseyn  182 saylı məktəbdə təhsil alır. Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə kimi bütün qiymətləri 5 olub. Onun ən sevimli fənləri riyaziyyat və həyat bilgisidir. Hüseyn hər il məktəbi əla bitirmə səbəbindən fəxri  fərman və diplomla təltif olunub. Asudə vaxtlarında kitab oxumağa üstünlük verir. Bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə atasına borclu olduğunu bildirir. O, ən yüksək zirvələrə qalxmaq istəyindədir. Hüseyn gələcəkdə savadlı, peşəkar həkim olmaq arzusundadır. Rəsm çəkməyi çox sevir. O, məktəbi əla qiymətlərlə bitib, yüksək balla ali məktəbə qəbul olmaq istəyir. Hüseyn işinin peşəkarı olan həkim olub, Vətəninə, millətinə xeyirli övlad olmaq niyyətindədir.

Əliyeva Aytac İlham qızı

Əliyeva Aytac İlham qızı 22 iyul 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaq olan zaman şəkil çəkməyi, video oyunları oynamağı və pişiklərlə oynamağı çox sevirdi.  Məktəbəqədər dövrdə artıq yazıb-oxumağı bilirdi, anası tərərfindən öyrədilmişdi. 11 yaşında rəsmə  qarşı maraq yaranıb. Bu marağı onda dostu oyatmışdı. Təhsilə 171 nömrəli tam orta məktəbdə başlamışdır.  Dərslərini yaxşı oxuyur, bütün dərslərdən əla qiymətlər alır. Ən sevimli fənni fizikadır. Texniki fənləri daha çox sevir. Ən uğurlu günü isə məntiq olimpiyadasında  V yerə çıxdığı  gündür. Bir necə bilik yarışlarında iştirak etmiş diplomla təlif olunmuşdu. 2016-cı ildə keçirilən biologiya fənni üzrə olimpiyadada III yerin sahibi olmuşdu. 2017-ci ildə  Tusi Məntiq olimpiyadasında  Bakı şəhəri üzre V yerin sahibi olmuşdu.  2017-ci ildə  Kenquru Məntiq olimpiyadasında respublika üzrə 40 nəfərin içində VII yerə layiq görülmüşdü. 
Aytac uğurlarına görə nənəsinə və anasına borcludur.  Müsahibimiz gələcəkdə anası kimi həkim olmaq arzusundadır.  Bu onun uşaqlıq arzusudur. Anası İzmir Ege Tıp fakültəsində işləyir. Bu da Aytac üçün böyük motivasiyadır. O da  orta məktəbi müvəffəqiyyətlə bitirib, ali təhsili Türkiyə Cümhuriyyətində almaq istəyir.  Asudə vaxtlarında video oyunlar oynamağa və rəsm çəkməyə üstünlük verir. Aytac  qrafiti  anime ve karikatura mövzularına üstünlük verirəm. Təhsildəki hədəfi ilk öncə Zərifə Əliyeva adına  liseyə daxil olmaq, daha sonra isə ali təhsilini Ege universitetində davam etdirmək və ondan sonra Türkiyədə uzman həkim olaraq işləmək istəyir. Bizdə öz növbəmizdə gələcəyin həkiminə uğurlar arzu edirik, yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

24 апреля 2018 г.

Salahova Şəfəq Taleh qızı

Salahova Şəfəq Taleh qızı 10 oktyabr 2009-cu ildə Bakı şəhərində bir payız günündə dünyaya göz açmışdır. Körpəlikdən Şəfəq şıltaq, eyni zamanda çox ağıllı bir uşaq olmuşdur. O kitab oxumağı, rəsm çəkməyi, oyunlar oynamağı sevir. Valideynlərinin məlumatlarına görə Şəfəq artıq 2 yaşından yazıb-oxumağı bilirdi. Bunu  ona anası Lamiyə xanım  aşılamışdır. Şəfəqdə rəqsə maraq 2 yaşında yaranıb. Bu marağı anası yaratmışdır.  
Balaca qəhrəmanımız hal-hazırda 14 saylı tam orta məktəbin 3-cü sinfində  təhsil alır. Dərslərini əla oxuyur. Bütün fənləri sevir, çünki bu fənlərin hamısının təhsil üçün əhəmiyyətini tam dərk edir. Müəllimləri Şəfəqin bütün hallarda onların inamını doğruldacağını yaxşı bilirlər. Ona görə də hər bir fəaliyyətdə ilk səslənən adlardan biri də onun adı olur. Məktəbdə keçirilən və məktəbdənkənar bir çox tədbirlərdə fəal iştirak edir. Orada müxtəlif şerlər, bayatılar səsləndirir. Şəfəqin uğurları yalnız sözdə deyil, rəsmi şəkildə də diplom və təltifnamələrdə əks olunub. Şəfəqin həyatında ən uğurlu gün ''Pillə'' kursunda təşkil olunan sınaq imtahanında 1-ci yerə yüksəldiyi gündür. O, 1-ci sinifdə sinif yoldaşları arasında fərqləndiyi üçün   tərifnamə, ''Pillə'' kursunda təşkil olunan sınaq imtahanında  1-ci yerə layiq görüldüyü  üçün tərifnamə, ''Alfa''kursunda təşkil olunan sınaq imtahanında 440 bal topladığı üçün təltifnamə, təhsil aldığı məktəbdə 3-cü və 4-cü siniflər üzrə keçirilən olimpiadada 1-ci yerin qalibi olduğu üçün diplom təqdim edilib.
Şəfəq asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi, oyun oynamağı sevir. Rəsmə olan marağını gələcəkdə professional sahəyə çevirmək arzusundadır.
O, bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə özünü müəlliməsi Təranə xanıma, həmçinin onun hər sahədə irəliləməsi üçün çalışan valideynlərinə borclu hesab edir. Müsahibimiz gələcək fəaliyyətində atasına bənzəmək, onun kimi uğurlara imza atmaq istəyir.
Müsahibimiz gələcəkdə müəllimlik sənətinin sahibi olmaq istəyir. 1-ci sinifə qəbul olandan bu fikri qətiləşdirib, özü üçün məqsədə çevirib. Çünki müəllimlik uca və şərəfli bir sənətdir. Gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib arzusunda olduğu ali məktəbə qəbul olmaq istəyir. Əldə etdiyi elm və biliklərlə xalqına müvafiq sahələrdə xidmət etməklə tarixin yaddaşında qalmaq üçün çalışır. Bir yolda addımlayarkən ən yüksək zirvəni hədəf tutmaq onun əsas fərqidir. Biz də müsahibimizə bütün sahələrdə uğurlar arzu edirik!

23 апреля 2018 г.

Ümüd Qədir oğlu Məmmədov

 
Azərbaycanın gənc istedadlarından biri də Ümüd Qədir oğlu Məmmədov 22 noyabr 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ümüd kiçik yaşlarından bəri şıltaq, sağlam, eyni zamanda oyuncaqlarını çox sevən bir uşaq olmuşdur. O uşaq olarkən parka getməyi, parkda maşınlar sürməyi çox sevərdi.
Balacalıqda əsasən də vətənpərvərlik mövzusunda filmlərə baxardı. Balaca qəhramanımız məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, bunları ona nənəsi Nəzakət xanım öyrətmişdi.
Ümüd I sinifə Binəqədi rayonu 102 saylı tam orta məktəbə qəbul olmuşdur. Hazırda II sinif şagirdi olan Ümüd aktiv şagirdlərdən sayılır və dərs əlaçısıdır. Dərslərini fəal oxuyur və ən çox sevdiyi fənlər isə riyaziyyat, ingilis dili, Azərbaycan dilidir amma dərslərinin hamisini əla oxuyur. Məktəblərində keçirilən bayram və tədbirlərdə aparıcı rolunda iştirak edib. II sinifdə oxuduğu zaman Zəfər kurslarında 9 dəfə iştirak edib və 390 bala qədər yüksəlmişdir. Zəfər kursları tərəfindən 4 dəfə fəxri fərmanla təltif olunmuşdur.
Əldə etdiyi uğurlara görə özünü müəllimi Gülnar Quliyeva və valideynlərinə borclu bilir. Gələcəkdə fəaliyyətiylə bağlı dayısı, Azərbaycan Radiosunun aparıcısı Vasif Hüseynəliyevə oxşamaq istəyir. Özü isə hüquqşunas olmaq istəyir.
Ümüd boş vaxtlarında idmanla məşğul olur, bədii yaradıcılıq incəsənət üzrə bir çox uşaq verlişlərinə baxır. Hələdə dəyişməyən və hər zaman maraq dairəsində olan mövzusu vətənpərvərlikdir.
Gələcəyində məktəbi əla qiymətlərlə bitirmək ali məktəbə daxil olaraq atası və anasına layiqli övlad olmaq istəyir. Müvəffəqiyyət hər gün edilən kiçik cəhdlərin nəticəsidir. Biz də istedadlı müsahibimizə uğur hər zaman səninlə olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

17 апреля 2018 г.

Fərzəlizadə Damla Su İsfəndiyar qızı


Fərzəlizadə Damla Su İsfəndiyar qızı 28 may 2009-cu ildə Bakı şəhərində anadan olub. Damla Su körpəlindən ağıllı, təmkinli, mərhəmətli uşaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarıb. Fərzəlizadə Damla Su Binəqədi rayonunda yerləşən 182 saylı tam orta məktəbdə təhsil alır. Damla Su məktəblərində tədris olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur.Onun ən çox sevdiyi fənlər  Azərbaycan dili və həyat bilgisidir.
Damla Su məktəblərində keçirilən sinif üzrə bütün tedbirlərdə fəal iştirak edib. O, burada  piano çalıb və  mahnılar ifa edib.  Damla Su “Turp ilə Baba” nağılında pişik obrazını tədbir iştirakçılarına uğurlu bir şəkildə nümayiş etdirib. Onun həyatında ən yadda qalan, sevindirici günlər bayram şənliklərində, tədbirlərdə çıxış etdiyi günlərdir. Fəaliyyətindən dolayı fəxri fərmanlara, diplomlara layiq görülüb. O, musiqi mədəniyyət evində pianoda ifa edərək müvəffəqiyyət ilə imtahan verib.  Bu günə qədər əldə  etdiyi uğur və nailiyyətlərə görə  valideynlərinə borclu olduğunu bildirir.  O, gələcəkdə ifaçı və ya müstəntiq olmaq istəyir.Damla Sunun ifaçılığa, mahnı oxumağa bir həvəs olaraq baxır. Amma müstəntiq olmaq anasının onu görmək istədiyi sahədir. O, dərslərini əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olub, işinin peşəkarı olan müstəntiq olmaq niyyətindədir. Sevimli məşğuliyyəti olan ifaçılıq ilə də eyni zamanda məşğul olmaq istəyir.
Asudə vaxtlarında piano çalmağı, evcil heyvanları ilə oynamağı sevir. Damla Sunun  tisbağası, papuqayı və  iti var. Onlar ilə zaman keçirmək Damla Sunu çox xoşbəxt edir.  Damla Su özünə hədəf seçdiyi hər iki peşədə böyük uğur və nailiyyətlər əldə edib Vətəninə, ailəsinə layiqli bir övlad olaraq yetişmək istəyindədir.