Bu məqaləmizdə
haqqında danışacağımız ağıllı, savadlı və istedadlı yeniyetməmiz İmrandır. Tağıyev
İmran Murad oğlu 2010-cu il noyabrın 19-da Bakı şəhərində dünyaya göz açmışdır.
O, hazırda 132-134 saylı Beynəlxalq Təhsil Kompleksində təhsil alır.
İmran körpəlikdə
çox sakit təbiətli, eyni zamanda şən uşaq olub. Pazl və konstruktor yıgmaga
xoşlayırdı, gəzmək, uşaqlar və böyüklər ilə ünsiyyət qurmaq, cizgi filmlərə
baxmaga xoşlayırdı. Bütün körpələr kimi İmran də cizgi filmlərinə baxmağı
xoşlayıb. Məhz cizgi filmlərinə göstərdiyi marağın sayəsində hələ 2. 5 yaşında əlifbanı
öyrənib. Ailələrindəki sağlam mühit İmranin də erkən yaşlarından təhsilə maraq
göstərməsinə səbəb olmuşdur. Onun əlində daim kitab, dəftər və qələm olub. Bu
marağın nəticəsidir ki, İmran hələ məktəbə gedənə kimi yazıb-oxumağı öyrənmişdi.
İntellekti, erudisiyası ilə həmyaşıdlarında seçilən İmran hələ 6 yaşı tamam
olmamış imtahan verərək I sinfə qəbul edilib.
Bütün vaxtını da
ya kitab oxumağa, ya da rəsm çəkməyə sərf edirdi. Hazırda oxuduğu məktəbdə dərs
əlaçısı olan İmran bütün dərslərini həvəslə öyrənir. Öz fəallığı və
çalışqanlığı ilə bütün müəllimlərin sevimlisidir. Məktəbin bütün tədbirlərində
iştirak edən yeniyetməmiz gözəl şeirlər deyir, rollar ifa edir. 26 noyabr
2017-ci ildə məktəb tamaşasında Pyero rolunu oynayıb. Kapoeyra üzrə “Batizado”
yarışında ilk yaşıl kəməri əldə edib.
Qazandığı uğurlara
görə özünü valideynlərinə və nənələrinə borclu sayır. Kiçik yaşlarında əldə
etdiyi nailiyyətlət baxmayaraq, balaca qəhrəmanımız təvazökarlıq edərək özünü
elə də istedadlı hesab etmir.
Gələcəkdə hansı
peşəyə yiyələnəcəyini dəqiqləşdirib. İxtiraçı yaxud müəllim olmaq və həyatını
bu sənətə həsr etmək onun ən böyük arzusudur.
Boş vaxtlarında o,
ixtira etmək, bacısı, valideynləri və dostları ilə oynamaq, təbiətdə gəzmək, flora
və faunanı öyrənməyi çox sevir. Kitab oxumaq, müxtəlif usta-dərsləri və elmi
laboratoriyaları, robotları üzrə proqramlaşdırma dərslərini ziyarət etmək də
onun sevimli məşğuliyyətlərindədir. Herbarilər də toplayır.
Nə deyirik, təki sən
də yenilik edərək tarixdə yaşamaq hüququ qazanan Azərbaycan oğlu olasan. Gün
olsun, ixtiranla Nobel mükafatına layiq görüləsən.
Комментариев нет:
Отправить комментарий