Salahova Şəfəq Taleh qızı 10 oktyabr 2009-cu ildə
Bakı şəhərində bir payız günündə dünyaya göz açmışdır. Körpəlikdən Şəfəq şıltaq,
eyni zamanda çox ağıllı bir uşaq olmuşdur. O kitab oxumağı, rəsm çəkməyi,
oyunlar oynamağı sevir. Valideynlərinin məlumatlarına görə Şəfəq artıq 2
yaşından yazıb-oxumağı bilirdi. Bunu ona anası Lamiyə xanım
aşılamışdır. Şəfəqdə rəqsə maraq 2 yaşında yaranıb. Bu marağı anası
yaratmışdır.
Balaca qəhrəmanımız hal-hazırda 14 saylı tam orta
məktəbin 3-cü sinfində təhsil alır. Dərslərini əla oxuyur. Bütün fənləri
sevir, çünki bu fənlərin hamısının təhsil üçün əhəmiyyətini tam dərk edir.
Müəllimləri Şəfəqin bütün hallarda onların inamını doğruldacağını yaxşı
bilirlər. Ona görə də hər bir fəaliyyətdə ilk səslənən adlardan biri də onun
adı olur. Məktəbdə keçirilən və məktəbdənkənar bir çox tədbirlərdə fəal iştirak
edir. Orada müxtəlif şerlər, bayatılar səsləndirir. Şəfəqin uğurları yalnız
sözdə deyil, rəsmi şəkildə də diplom və təltifnamələrdə əks olunub. Şəfəqin
həyatında ən uğurlu gün ''Pillə'' kursunda təşkil olunan sınaq imtahanında 1-ci
yerə yüksəldiyi gündür. O, 1-ci sinifdə sinif yoldaşları arasında fərqləndiyi
üçün tərifnamə, ''Pillə'' kursunda təşkil olunan sınaq imtahanında
1-ci yerə layiq görüldüyü üçün tərifnamə, ''Alfa''kursunda təşkil olunan
sınaq imtahanında 440 bal topladığı üçün təltifnamə, təhsil aldığı məktəbdə
3-cü və 4-cü siniflər üzrə keçirilən olimpiadada 1-ci yerin qalibi olduğu üçün diplom
təqdim edilib.
Şəfəq asudə vaxtlarında kitab oxumağı, rəsm
çəkməyi, oyun oynamağı sevir. Rəsmə olan marağını gələcəkdə professional sahəyə
çevirmək arzusundadır.
O, bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə
görə özünü müəlliməsi Təranə xanıma, həmçinin onun hər sahədə irəliləməsi üçün
çalışan valideynlərinə borclu hesab edir. Müsahibimiz gələcək fəaliyyətində
atasına bənzəmək, onun kimi uğurlara imza atmaq istəyir.
Müsahibimiz gələcəkdə
müəllimlik sənətinin sahibi olmaq istəyir. 1-ci sinifə qəbul olandan bu fikri
qətiləşdirib, özü üçün məqsədə çevirib. Çünki müəllimlik uca və şərəfli bir sənətdir.
Gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib arzusunda olduğu ali məktəbə
qəbul olmaq istəyir. Əldə etdiyi elm və biliklərlə xalqına müvafiq sahələrdə
xidmət etməklə tarixin yaddaşında qalmaq üçün çalışır. Bir yolda addımlayarkən
ən yüksək zirvəni hədəf tutmaq onun əsas fərqidir. Biz də müsahibimizə bütün
sahələrdə uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий