Fərzəlizadə
Damla Su İsfəndiyar qızı 28 may 2009-cu ildə Bakı şəhərində anadan olub. Damla
Su körpəlindən ağıllı, təmkinli, mərhəmətli uşaq olub. Məktəbə gedənə qədər
yazmağı, oxumağı, hesablamağı bacarıb. Fərzəlizadə Damla Su Binəqədi rayonunda
yerləşən 182 saylı tam orta məktəbdə təhsil alır. Damla Su məktəblərində tədris
olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur.Onun ən çox sevdiyi fənlər Azərbaycan dili və həyat bilgisidir.
Damla
Su məktəblərində keçirilən sinif üzrə bütün tedbirlərdə fəal iştirak edib. O,
burada piano çalıb və mahnılar ifa edib. Damla Su “Turp ilə Baba” nağılında pişik
obrazını tədbir iştirakçılarına uğurlu bir şəkildə nümayiş etdirib. Onun həyatında
ən yadda qalan, sevindirici günlər bayram şənliklərində, tədbirlərdə çıxış etdiyi
günlərdir. Fəaliyyətindən dolayı fəxri fərmanlara, diplomlara layiq görülüb. O,
musiqi mədəniyyət evində pianoda ifa edərək müvəffəqiyyət ilə imtahan
verib. Bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu bildirir. O, gələcəkdə ifaçı və ya müstəntiq olmaq istəyir.Damla
Sunun ifaçılığa, mahnı oxumağa bir həvəs olaraq baxır. Amma müstəntiq olmaq
anasının onu görmək istədiyi sahədir. O, dərslərini əla qiymətlərlə bitirib,
yüksək balla ali məktəbə qəbul olub, işinin peşəkarı olan müstəntiq olmaq niyyətindədir.
Sevimli məşğuliyyəti olan ifaçılıq ilə də eyni zamanda məşğul olmaq istəyir.
Asudə
vaxtlarında piano çalmağı, evcil heyvanları ilə oynamağı sevir. Damla
Sunun tisbağası, papuqayı və iti var. Onlar ilə zaman keçirmək Damla Sunu
çox xoşbəxt edir. Damla Su özünə hədəf
seçdiyi hər iki peşədə böyük uğur və nailiyyətlər əldə edib Vətəninə, ailəsinə
layiqli bir övlad olaraq yetişmək istəyindədir.
Комментариев нет:
Отправить комментарий