Əliyeva Aytac İlham qızı 22 iyul 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaq olan zaman şəkil çəkməyi, video oyunları oynamağı və pişiklərlə oynamağı çox sevirdi. Məktəbəqədər dövrdə artıq yazıb-oxumağı bilirdi, anası tərərfindən öyrədilmişdi. 11 yaşında rəsmə qarşı maraq yaranıb. Bu marağı onda dostu oyatmışdı. Təhsilə 171 nömrəli tam orta məktəbdə başlamışdır. Dərslərini yaxşı oxuyur, bütün dərslərdən əla qiymətlər alır. Ən sevimli fənni fizikadır. Texniki fənləri daha çox sevir. Ən uğurlu günü isə məntiq olimpiyadasında V yerə çıxdığı gündür. Bir necə bilik yarışlarında iştirak etmiş diplomla təlif olunmuşdu. 2016-cı ildə keçirilən biologiya fənni üzrə olimpiyadada III yerin sahibi olmuşdu. 2017-ci ildə Tusi Məntiq olimpiyadasında Bakı şəhəri üzre V yerin sahibi olmuşdu. 2017-ci ildə Kenquru Məntiq olimpiyadasında respublika üzrə 40 nəfərin içində VII yerə layiq görülmüşdü.
Aytac uğurlarına görə nənəsinə və anasına borcludur. Müsahibimiz gələcəkdə anası kimi həkim olmaq arzusundadır. Bu onun uşaqlıq arzusudur. Anası İzmir Ege Tıp fakültəsində işləyir. Bu da Aytac üçün böyük motivasiyadır. O da orta məktəbi müvəffəqiyyətlə bitirib, ali təhsili Türkiyə Cümhuriyyətində almaq istəyir. Asudə vaxtlarında video oyunlar oynamağa və rəsm çəkməyə üstünlük verir. Aytac qrafiti anime ve karikatura mövzularına üstünlük verirəm. Təhsildəki hədəfi ilk öncə Zərifə Əliyeva adına liseyə daxil olmaq, daha sonra isə ali təhsilini Ege universitetində davam etdirmək və ondan sonra Türkiyədə uzman həkim olaraq işləmək istəyir. Bizdə öz növbəmizdə gələcəyin həkiminə uğurlar arzu edirik, yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий