elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Məmmədzadə Gülnar Hadi qızı

 
Gülnarın yolunu dörd il gözləmişik. Onun həsrətini nəinki biz, hətta qohumlar da çəkirdilər. Əmisinin ən sevdiyi ad Gülnar idi. Beləliklə ailə arasında qərar verdik ki, qızımızın adını Gülnar qoyaq. Körpəlikdə o çox sakit olmuşdur. Hər zaman gəlincikləri ilə oynayırdı.
Məktəbə getməmişdən qabaq onun məktəb çantası, kitabları, dəftərləri və. s ləvazimatları vardı. Gülnarın dayısı qızı Kəmalə ona hər şeyi öyrətmişdi.
Dörd-beş yaşlarından təhsillə maraqlanmağa başladı. Onun dayısı uşaqları məktəbə gedərkən, hər zaman Gülnar ona baxırdı. O da məktəbə getmək və oxumaq istəyirdi.
Gülnar Hadi qızı Məmmədzadə 1999-cu il sentyabrın 17-də Bakıda anadan olub. I sinifdən Heydər Əliyev adına liseydə oxumağa başlayıb.
Gülnar: “ - Sevimli fənlərim riyaziyyat və ingilis dilidir. Məktəbimizdə keçirilən “Əlifba bayramı”, Yeni il, Novruz bayramı, buraxılış günü və başqa tədbirlərdə iştirak etmişəm. Orada müəllimlər haqqında şeirlər söylədim və “Biz mehriban ailəyik” manısını ifa etdim. 2007-ci il sentyabrın 15-də məktəbə ilk qədəm qoyduğum gün mənim üçün uğurlu gün idi. Çünki çox sevdiyim və hörmət etdiyim, mehriban, qayğıkeş, uşaqlara düzgün yol göstərən Aygün müəllimlə tanış oldum. Aygün xanım tək mənə yox, bütün uşaqlara yaxşı oxumağı, vətəni sevməyi öyrətməyə çalışırdı.
Mən ilk günlərdə çox da yaxşı oxumurdum. Bir gün Aygün müəllim məni yanına çağırıb dedi: “Gülnar görürəm oxumağa həvəsin var, lakin tənbəllik edirsən”. Aygün müəllimin bu sözlərini qulağıma sırğa elədim. Həmin gündən dərslərimə ciddi fikir verdim, Aygün müəllimin adına layiq şagird olmağa çalışdım.
Gələcəkdə müəllim olmaq istəyirəm. Bu hiss məndə ingilis dili müəllimim Solmaz xanıma və Aygün müəllimə olan sevgimdən irəli gəlibdir.
Asudə vaxtlarımda kitab oxumağı, musiqi dinləməyi və ifa etməyi çox sevirəm. Buna görə də məktəbimizdə olan musiqi dərnəyinə gedirəm.
Atam Laçının Bozdoğan, anam isə Qubadlının Zilanlı kəndində anadan olub. İndi bu torpaqlar erməni işğalçılarının əlindədir. Ən böyük arzum Laçını, bütün Qarabağı gəzib dolaşmaqdır.
Gələcəkdə mən yüksək balla ali məktəbə daxil olmaq istəyirəm. Ali məktəbi bitirdikdən sonra sevimli Aygün və Solmaz müəllimlərim kimi Heydər Əliyev adına liseydə müəllim vəzifəsində işləmək istəyirəm. Bütün bildiklərimi gələcək nəsillərə çatdırmaq və onlara doğru yol göstərmək arzusundayam”. 

Комментариев нет:

Отправить комментарий