Gəncimova
Samirə Fikrət qızı 21 sentyabr 2000-ci
ildə Qəbələ rayonunda dünyaya göz açıb. Balaca vaxtdan insanlara tez öyrəşən hərfləri
yazmaq və şəkil çəkməyə marağı olan uşaq olub. Böyük bacısı tərəfindən yazmağı
öyrədilib. İlk təhsili 1 sayli tam orta internat məktəbində olub. Hazırda 217
saylı tam orta məktəbdə oxuyur.
Samirə:
I sinifdən VI sinfə kimi həvəsim olub yaxşı oxumuşam, amma sonra rəsm çəkməyə
marağım oldu uzaqlaşa bilmədim rənglərin sehrindən. Dərslərə həvəsim azaldı. Ancaq
çalışacam daha yaxşı oyuxum. Sevdiyim fənnlərim kimya, informatika, xarici dillərdən
ingilis dilinə həvəs göstərirəm.Bayramlarda iştirak etmişəm tədbirlərdə (novruz
bayramı və yeni il) orda da rəqqasə rolunu uğurla tamaşaçılara nümayiş etdirmişəm.
Xeyr diplomla təltif edilməmişəm inşallah gələcəkdə böyük uğurlarım olar
layiqincə fəxri diplomlara layiq görülərəm.Valideyinlərimə və daha çox bacıma
oxşamaq istəmişəm. Mən hələki həvəskar rəssamam ona görə də heç bir hədəfim
yoxdur zaman göstərər bunu . Bu haqda hələ düşünmürəm. Asudə vaxtlarımda şəkil
çəkirəm istəyirəm daha gözəl portiretler yaradım, insanlar rənglərlə insanlarla
edə bilmədiyi söhbəti etsinlər. Ən çox məişət,
insan şəkilləri çəkməyə üstünlük verirəm. Həmişə istəmişəm ki, elə bir işim
olsun maddi vəziyyəti aşağı olan
insanlara kömək edim . Hacı Zeynalabiddin Tağıyev kimi humanist biri kimi
tarixin yaddaşında əbədi qalmaq istəyirəm .
Комментариев нет:
Отправить комментарий