Elvin məktəbə
gedənəcən yazıb-oxumağı valideynlərindən öyrənib. O, rəsm çəkməyi də çox sevir.
Böyük qardaşı Murad məktəbə gedəndən bəri Elvində də
məktəbə, elmə maraq yaranıb. Valideynləri böyük qardaşı Murada dərs ləövazimatları
alarkən məcbur olub, Elvinə də alırmışlar. Kiçik yaşlarından qardaşıyla yaxşı mənada
rəqabət aparıb Elvin.
İlk təhsilə Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində
yerləşən 322 saylı məktəbdə başlayıb. Hal-hazırda da həmin məktəbdə təhsil
alır. Dərs əlaçısıdır. Sinifdəki fəal şagirdlərdən biridir. Eyni zamanda sinif
nümayəndəsi təyin olunub. Onun bu
uğurlarında müəllimi Məlikova Nəzakət xanımın
böyük əməyi var.
Elvin bütün fənnləri çox sevir, riyaziyyata marağı
xüsusidir. Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal iştirak edən Elvin, əsasən tədbir aparıcısı vəzifəsini üstlənir. Eyni
zamanda şeirlər də səsləndirir.
Elvinin ən sevdiyi günlər illik və yarımillik qiymətlərinin
əla olmasını valideynlərinə çatdırdığı gündür. Çünki həmin gün valideynləri ürəkdən
sevinir və üzləri gülür.
Qazandığı uğurlara görə valideynlərinə və qardaşına
minnətdardı Elvin. Valideynləri onun gözəl təhsil alması üçün əllərindən gələni
əsirgəmirlər. Böyüyüb ali məktəbə qəbul olmaq və sonra yenə təhsilini davam
etdirib, alimlik dərəcəsi almaq arzusundadır.
Gələcəkdə savadlı, hüquqşunas olmaq istəyir, cəmiyyətdə olan
haqqsızlıqları görüb bu qərara gəlib.
Asudə vaxtlarında idman edir, rəsmlər çəkir. Həm də
bədii kitablar oxuyur.
Elvin dövləti, xalqı üçün yararlı kadr olmaq
arzusundadır. Onun gələcək planları lap çoxdur .
Bu kiçik hüquqşünasa gələcək həyatında uğurlar
arzulayırıq!
Комментариев нет:
Отправить комментарий