elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 мая 2016 г.

Əliyeva Ayan Akif qızı


Əliyeva Ayan Akif qızı 25 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Ayan körpəlikdə sakit, ağıllı, təmkinli bir uşaq olub. Oyuncaqları ilə oynamağı çox sevir. Bacısı Dəniz və rəfiqəsi Fidanla hər zaman maraqlı, intelektual oyunlar təşkil edib, böyük həvəslə də qurduqları oyunları oynayıblar. Ayanın bir çox sevdiyi oyuncaqları var. Bunlardan ən çox sevdiyi “Şəhzadənin Evi” oyuncağıdır. Ayan gəlinciklərinin üzlərini və saçlarını rəngli qələmlərlə müxtəlif rənglərə boyamağı sevir. Ayanın üç yaşı olarkən Tofiq Ismayılov adına Pionerlər Evində məktəbəqədər hazırlıq kursu keçib. Həmin təhsil ocağında əsasən şifahi təfəkkürün inkişafı əsas istiqamətlərdən biri idi. Dörd yaşında Ayan “Kinder Club” məktəbəqədər hazırlıq kursuna gedib, orada yazıb-oxumağı müəllimləri tərəfindən öyrənib. Bundan əlavə Ayan həmin dərnəkdə rəqslə də məşğul olub. Üç yaşından dərnəklərə getməyə başlayan Ayan, artıq dörd-beş yaşında təhsildə nəaliyyətlər əldə etməyə başlayıb.Bunların nəticəsi olaraq ibtidai sinifi yaxşı qiymətlərlə bitirib. Ayan Avropa Azərbaycan Məktəbidə təhsil alır.Dərslərinə qarşı çox məsuliyyətlidir. Ən sevdiyi fənlər Azərbaycan, İngilis və Rus dilləridir.Uşaq şairi Zahid Xəlil Avrova Azərbaycan məktəbinə qonaq olan zaman Ayan həmin tədbirdə aparıcılıq edib.
 Ayanın məşğul olduğu rəsm dərnəyində keçirilən sərgi zamanı çəkdiyi rəsm əsəri bəyənilərək, diploma layiq görülüb. “Kinder club” məktəbəqədər hazırlıq kursunda göstərdi nəaliyyətlərə görə diplom alıb. Təhsil aldığı məktəbdə keçirilən yarışmada həftənin qalibi olub və sertifikartla qiymətləndirilib.  Bununla yanaşı “Bir avuc renk, bir avuc yürek- Uluslararası Ayvalik Cocuk Sanat Etkinligi” Beynəlxalq tədbirdə sertifikata layiq görülüb. Ayan nəaliyyətlərinə görə öncə valideynlərinə, sonra isə müəllimlərinə borclu olduğunu söyləyir. Ən çox atasına oxşamaq istəyir, çünki o, müxtəlif dillərdə danışa bilir. Bu da Ayanda əcnəbi dillərə qarşı böyük maraq oyadır. Bununla yanaşı Ayanın digər sevdiyi məşğuliyyəti də var. O, skripkanı mükəmməl şəkildə ifa etməyi bacarır. Ən böyük istəyi də konsertlərdə çıxış etmək, rəsmdə gözəl əsərlər yaratmaq, ali təhsil almaq və Azərbaycana layiqli vətəndaş olmaqdır.

Ayan asudə vaxtlarında misal, məsələ həll etməyi və cizgi filminə baxmağı   sevir. Çəkdiyi rəsm əsərlərində sülh, mavi səma, dəniz, günəş şəkillərinə daha çox üstünlük verir. Ayanın ən böyük hədələrindən biri də atasının məzun olduğu ADA Universitetində təhsil almaq, əcnəbi dilləri öyrənmək və hal-hazırda təhsil aldığı Avropa Azərbaycan Məktəbində müəllimə olaraq çalışmaqdır. Ayanın elmə, təhsilə olan marağı,qavrama qabiliyyəti səbəbsiz yerə yaranmayıb. Çünki o, ziyalı ailənin övladıdır. Anası həkim, atası isə biologiya elmləri namizədidir. Ailəsindən aldığı mənəvi dəstəyin nəticəsi olaraq Ayan dərslərini yaxşı oxuyur və hər bir işin öhdəsindən böyük məharətlə gəlir.

Комментариев нет:

Отправить комментарий