Haqverdiyeva Adilə
Teymur qızı 22.07.2001-ci ildə
Bakı şəhərində anadan olub.Uşaq yaşlarından çox mehriban və ağıllı idi.Artıq iki yasındaykən o,rus və
azərbaycan dilində şeir və nağılları bilirdi.Dörd-beş yaşında valideynlərinə
oyuncaq əvəzinə kitablar aldırırmış.Adilə uşaqlıqdan çox mehriban və agıllı
olub.Yazmağı.oxumağı tez bir zamanda öyrənib.Hal-hazırda o,dərslərinə məsuliyyətlə
yanaşır, dərs əlaçısıdır,əqidəsini başqalarına anlatmaq üçün hərtərəfli biliyə
malik olmağa çalışır.Baxmayaraq ki,onun 15 yaşı var,yaşından artıq dünyagörüşünə
malikdir.Adilə orta məktəbdə dəfələrlə uğurlar əldə etmişdir.Kiçik siniflərdən
olimpiadalarda şeir söyləməklə fəxri fərman,məktəblərarası fənn
olimpiadasında rus dili və ədəbiyyat fənni
üzrə 1-ci yer əldə etmişdir.Və bunlardan əlavə tədbirlərdə fəal iştirakına görə
bir neçə fəxri fərmanla təltif olunub.Adilə adının mənası kimi özüdə çox düzgün qızdır.O, bütün fənlərə eyni həvəs
göstərir.Bunun səbəbi də müəllimlərinin savadlı,yüksək səviyyəli dərs keçmə
qabiliyyətlərinin olmasıdır.2015-ci ildə L. və M. Rastropoviçlər adına 21 saylı
11 illik musiqi məktəbinin fortopiano ixtisası üzrə tam kursunu bitirən Adilə rəsm
və rəqs dərnəklərinə də gedib.Bugünkü dövrdə ingilis dilinə də həvəs göstərir və
bunun nəticəsində ingilis dilində sərbəst danışır.Adilə 2015-2016 cı tədris
ilində uşaq-insan hüquqları haqqinda Konstitusiyadan öz fikirləriylə məlumat
vermiş və şəhərlərarası olimpiadada iştirak etmişdir. Həmçinin Azərbaycan
folklyor musiqisi festivalında “Sarı gəlin”mahnısı ilə iştirak etmiş və fərqlənmə
almışdır.Adilənin ən çox sevdiyi dərslər rus dili,ədəbiyyat,cəbr,həndəsədir.Təhsil
aldiğı 264 No məktəb-liseyin direktoru Qocayeva Sevda müəllimə də Adiləni vokal
bacarıqda olduğundan bir çox tədbirlərdə,festivallarda
iştirak etməsi üçün dəstəkləyir və uğur əldə edəcəyinə inanırAdilənin arzusu təkcə
ali məktəbi bitirmək deyil.O,sonradan magistratura təhsili də almaq istəyir.
Biz
də Adiləyə gələcək həyatında uğurlar arzu edirik.Güman edirik ki bundan sonra
qarşısına çıxan bütün çətinlikləri mətanətlə qət edecək və cəmiyyətə xeyir verə
biləcək bir övlad olacaq.
Комментариев нет:
Отправить комментарий