Kərimov Murad
Heydər oğlu 2003-cü il dekabr ın
27-də Şamaxı rayon Sis kəndində anadan
olub. Körpəlikdə çox sakit uşaq olub. Sevimli və ağıllı olduğu
üçün həmişə sevilib. Kiçik yaşlarından
başlayaraq yazmağa, oxumağa maraq göstərib. Hətta bir yaşında 10-a qədər
saymağı bacarıb. O, birinci sinfə gedəndə artıq yazıb, oxumağı bacarırdı.
Hazırda dərslərini yaxşı oxuyur. Futbol
oynamağı çox sevir. Murad məktəbə gedənə
qədər yazıb-oxumağı valideynlərindən öyrənib. O, özündən kiçik qardaşına da
yazıb-oxumaq öyrədib. Hal-hazırda da qardaşı dəsrlərində hansı fənndən əziyyət
çəkərsə ona kömək edir. Elmə maraq kiçik
yaşlarından başladığı üçün valideynləri ona şəkilli jurnallar alırmış ki,
Muradda maraq daha da artsın.
Birinci sinfə Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində
yerləşən 322 saylı məktəbdə başlayıb. Hazırda da həmin məktəbdə təhsil alır.
Sinifdəki fəal şagirdlərdən biridir. Onun bu uğurlarında müəllimi Məmmədzadə Gülşən xanımın böyük əməyi var. Sonradan da yuxarı
sinif müəllimlərinin əməyi danılmazdır. İbtidai sinifdə necə başlayıbsa Muradın
təhsili, eləcə də davam edir.
Murad müəllimlərinin əməyini yüksək dəyərləndirir.
Ona elm öyrətdikləri üçün müəllimlərinə minnətdardı. Sinif rəhbəri Pərvanə müəllimin
də diqqətini cəlb edib Muradın istedadı. O, Muradı sinif nümayəndəsi təyin
edib.
Murad bütün fənnləri çox sevir. İngilis dilini daha
çox sevir.
Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal
iştirak edən Murad, əsasən tədbirlərdə
şeirlər səsləndirir.
Müxtəlif bilik yarışlarında diplomla təltif olunub.
2012-ci ildə rəsm sərgisində iştirak edib və birinci yerə layiq görülüb. 2016- cı ildə idman yarışında üçüncü yerə
çıxıb.
Öz uğurlarıyla valideynlərini sevindirdiyi günü ən
gözəl günü hesab edir Murad. Valideynləri
onun gözəl təhsil alması üçün əllərindən gələni əsirgəmirlər. Böyüyüb ali məktəbə
qəbul olmaq və sonra yenə təhsilini davam etdirmək arzusundadır. Gələcəkdə savadlı həkim olmaq istəyir, xəstə kimisə görəndə ürəyi
yanan Murad lap körpə yaşlarından bu qərara gəlib. Ən böyük arzusu isə həkim
olduqdan sonra ilk olaraq ata- anasını müalicə etməkdir.
Asudə vaxtlarında idman edir, futbol oynayır.
İdmanın cüdo növüylə də məşğul olur. Bir sıra yarışlarda uğurla iştirak
edib, yer qazanıb. Boş vaxtlarında rəsmlər
də çəkir.
Murad ölkəsi, milləti üçün yararlı həkim, kadr olmaq arzusundadır. O, istəyir ki, başqa
xarici ölkələrdən Azərbaycana həkimlər gəlməsin. Öz respublikamızda savadlı həkimlər çox olsun. Onun gələcək
planları çoxdur . Murad həm də xeyriyyəçi
olmaq arzusundadır.
Комментариев нет:
Отправить комментарий