Novruzov Zeynəlabidin
Elşad oğlu 17.04.2011-ci ildə Bakı şəhərində anadan olub. Zeynəlabidin körpəlikdə
ağıllı, hərəkətli, söz eşidən, az-az hallarda tərslik edən uşaq olub. Onun ən
sevimli məşğuliyyətləri konstruksiya oyuncaqlarıyla (kubik) , kitablarla, dəftər-qələmlə
saatlarla oynamaq olub. Hələ hərfləri öyrənməmiş, yəni oxumağı bacarmamış şeirləri
əzbərlemeyi və nağıllara qulaq asmağı xoşlayırdı. Şeiri, nağılı yorulmadan dinləyər,
səlist şəkildə söyləməyi bacarırdı. Üstəlik həmin şeir və nağıllar haqda qəribə
fikirlər bildirərdi. Dörd yaşında hərfləri artıq tanıyırdı, yavaş-yavaş kiçik
hecalı sözləri oxuyurdu. Hərfləri
tanıdıqca onları çap hərfləriylə yazırdı. Bəzən uşaq jurnallarındakı başlıqları
çap hərfləriylə kağıza köçürərdi. Hərfləri, rəqəmləri, yəni yazıb-oxumağı və
saymağı ona xalası öyrədib. Valideynləri onun istedadlı bir uşaq olmasını körpəlikdən
hiss etmişdilər. Novruzov Zeynəlabidin Bakı şəhəri Nərimanov rayonunda yerləşən
258 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur.
Onun ən sevdiyi fənn isə həyat bilgisidir. Adından görüldüyü kimi ətraf aləm
haqqında hər şeyi bizə öyrədən bir elm olduğuna görə buna görə bu fənni Zeynəlabidin
çox sevir. Bağçada və məktəblərində keçirilən bütün tədbirlərdə, anın mərasimlərində,
bayram şənliklərində fəal iştirak edib. O, burada müxtəlif rollarda çıxış edib
və şeirlər söyləyib. Əldə etdiyi uğur və nailiyyətlərdə ona daim dəstək olan
valideynlərinə sonsuzadək borclu olduğunu bildirir. İnsanların çətinliklərini aradan qaldırmaq, gələcəkdə
böyük, hörmətli bir insan olmaq onun əsas hədəfidir. Gələcəkdə beyin cərrahı olmaq istəyir.Hələ
bağçada oxuyandan bu fikrə düşüb. Hər şey beynimizdə həll olur, bunun üçün də
heç kimin beynində problem olmamağını istəyir. Buna görə bu peşənin sahibi
olmaq onun ən böyük arzusudur. Boş
vaxtlarında əlavə dərs kitablarını
oxumağa üstünlük verir. Anası ona riyaziyyat, Azərbaycan dili, məntiq
kitabları alıb və onlardan tapşırıqlar işləməyi çox sevir. Həmin tapşırıqları
işlədikcə hiss edir ki, beyni daha da
güclənir. Yorulanda ya nağıl kitabı, ya da uşaq ensklopediyası oxuyur.
Zeynəlabidin üzgüçülük və basketbolla məşğul olur. İdman bədənini gücləndirir.
O, maraqlı şəkillər çəkməyi xoşlayır. Bu həvəs ona xalasından keçib. Vətənpərvərlik,
ailə, dostluq və s. mövzularda şəkillər çəkir və hamı tərəfindən bəyənilir.
Novruzov Zeynəlabidinin Elşad oğlu 2021-ci ildə 4-cü sinfi bitirib S. C. Pişəvari adına humanitar fənlər gimnaziyasının 5ç sinfinə daxil olub. Orada oxuyarkən STEM beynəlxalq olimpiadasında iştirak edərək finalist oldu. Daha sonra gimnaziyanın nəzdində yaradılmış Kiçik Akademiyaya üzv olub və yazdığı dissertasiyanı müdafiə edib.
Gələcəkdə
heç kimin bilmədiyi elmi ixtiralar
edib,insanları beyin xəstəliklərindən qurtarmaq istəyir.Yaxşı beyin cərrahı
olub, bu günə qədər heç bir həkimin eldə edə bilmədiyini edib, insanlara kömək
etmək və həmişə yaddaşlarda qalmaq arzusundadır.
Комментариев нет:
Отправить комментарий