Qızmar yay günləri yaşanırdı. 2011-ci ilin avqust ayında Ələkbərovlar ailəsində sevincli bir gün yaşandı. Ailənin ilk övladı adı kimi İnci bir qız dünyaya gözlərini açdı.
Əkbərli İnci Müşviq qızı 1 avqust 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. İnci körpəlikdə topbuş, şirin, mehriban və ünsiyyətcil uşaq olub. O ailənin sevimli övladıdır. Özünü hamıya sevdirməyi bacarır, lakin dəcəlliyi ilə də təəccübləndirir. İnci təbiət və ətraf aləm haqqında yeni məlumatlar əldə etməyi sevir. Şəkil çəkməyi, rəqs etməyi və ailəsi ilə birgə oyunlar oynamağı xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bunun üçün ona anası kömək olmuşdur. O hər zaman öz yaşıdlarından fərqlənirdi. İlk təhsilinə 86 saylı tam orta məktəbdə Fidan müəllimin rəhbərliyində başlamışdır. Dərslərini əla qiymətlərlə oxuyur. Sinifin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənlər ingilis dili və riyaziyyatdır. İnci məktəbdə keçirilən bayram və tədbirlərdə yaxından iştirak edir. “Yeni il” şənliyi, “Novruz” bayramı, “20 Yanvar” tədbirində iştirak etmi, şeirlər söyləmiş və müxtəlif rollarda çıxış etmişdir. İnci hər zaman ona dəstək olduqları üçün valideynlərinə öz minnətdarlığını bildirir. Böyüyəndə o anasına bəzəmək istəyir. Onun kimi gözəl, səliqəli və savadlı bir xanım olmaq istəyir. Gələcəkdə istedadlı və bilikli həkim olmaq arzusundadır. Asudə vaxtlarında şəkil çəkməyi, mütaliə etməyi və ailəsi ilə birgə zaman keçirməyi çox sevir. Yaxın gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq və təhsil sahəsində uğur qazanmaq istəyir. Biz də öz növbəmizdə gələcəyin həkiminə yolun daim işıqlı və aydın olsun deyirik. Səsin daim zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий