Nəbiyev
Bayram Atəş oğlu 29 noyabr 2011-ci ildə Bakı şəhərində dünyaya gözlərini
açmışdır. Bayram körpəlikdə çox sakit,
mehriban, ağıllı uşaq olub. Pazl yığmağı çox xoşlayırdı. Hətta 3 yaşında 65-75
parçalı pazlları sərbəst yığırdı. Teatrlarda nağıl səhnəciklərinə baxmağı çox
xoşlayırdı, bağçadakı səhnəciklərdə müxtəlif rollarda həvəslə iştirak edirdi. Heyvanlara qarşı
xüsusi marağı var.
5 yaşında fərdi
hazırlığa getmişdir. Məktəbə getdiyi zaman artıq yazıb-oxumağı, 100 dairəsində
hesablamaya qədər sərbəst bacarırdı.
Riyaziyyatla
bağlı istedadı var. Çox güclü yaddaşa
malikdir. Kiçik yaşlarından cizgi filimlərinə baxa-baxa ingilis, rus dilində
sözləri, rəngləri, sayları müstəqil olaraq heç kimin köməyi olmadan mənimsəmişdir.
Zaur Məmmədov
adına 171 saylı tam orta məktəbdə təhsilə
başlamışdır. Hal-hazırda məktəbin II
sinif şagirdidir. Dərslərindən əla qiymətlər alır. Sinfin əlaçı şagirdlərindən
biridir. Ən sevdiyi fənn əlbəttə ki, riyaziyyatdır.
Məktəbəqədər
dövrü 315 saylı bağçada keçirmişdir. Orda olan tədbirlərdə yaxından iştirak
etmiş, müxtəlif rollarda çıxış etmiş,
reqs edib, şeir söyləmişdir. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı keçirilən
bilik yarışında fərqlənmə diploma
almışdır.
Bayram hər
zaman ona dəstək olan valideynlərinə və müəlliminə özünü borclu bilir. Onlara
öz minnətdarlığını bildirir. Həmçinin o, atasına oxşamaq istəyir. Gələcəkdə məktəbi
əla qiymətlərlə bitirərək, xaricdə ali təhsil
almağı hədəfləmişdir. Bayramın ən böyük istəyi beyin cərrahı olmaqdır. Anasının
arzusunu həyata keçirmək üçün bu fikrə düşüb. Asudə vaxtlarında futbol
oynamaqla məşğul olur. Bayramın yaxın gələcəklə bağlı planları ibtidai sinifi
bitirdikdən sonra "Dəyanət" liseynə qəbul olmağı hədəfləyir. Ali təhsili
isə yuxarıda qeyd etdiyimiz kimi xaricdə
oxumaq istəyir. Bundan başqa o idmanla məşğul olmağı (aykido), ingilis dilini
mükəmməl öyrənmək qarşısına qoyduğu məqsədlərdəndir. Bizdə öz növbəmizdə müsahibimizə yolun daim
açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий