elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 января 2015 г.

Quliyeva Fidan Nicat qızı

 
Bacarıqlı və istedadlı gənclərdən biri də 270 saylı məkətbin şagirdi Fidan Nicat qızı Quliyevadır. Fidan 23 noyabr 2011-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, nadinc, şıltaq qızdır, hər şeylə, idman və moda ilə maraqlanır.
Fidan hələ məktəbə getməmişdən əvvəl yazıb-oxumağı bacarırdı. Bunu o, uşaq bağçasında öyrənmişdi. Bundan başqa, Fidan bağçada rəsm, rəqs kimi bir sıra müsabiqələrdə iştirak etmişdir. Hazırda təhsil aldığı məktəbdə o, əlaçı şagirdlərdən biridir. Ən çox sevdiyi fənlər rəsm, musiqi və ana dilidir. Fidan həmyaşıdlarından öz istedadı ilə fərqlənir. Belə ki, o, şeir yazmaq qabiliyyətinə malikdir. Ana haqqında, təbiət və vətənpərvərlik mövzusunda şeirlər yazır. Eyni zamanda yüksək intonasiya qabiliyyəti olduğu üçün təşkil olunan tədbirlərdə şeirlər də söyləyir. Fidanın ən böyük arzusu jurnalist olmaqdır. Peşəkar jurnalist kimi öz işində uğur qazanmaq xarici səfərlərdə olmaq istəyir. Bundan başqa Fidanın bir çoxlarından fərqlənən arzusu əsgər getmək istəməsidir. O, oxuyub irəli getmək tarixdə iz qoyaraq şəxsiyyətə çevrilmək istəyir. Ona çoxlu müvəffəqiyyətlər arzulayırıq.
 

İsmayılova Qumral Telman qızı

Kövsər xanım Qumral adını çox sevib. Bu adın ifadə etdiyi paklıq, təmizlik mənası daim onun üçün müqəddəs dəyərlər olduğu səbəbindən. Və nəhayət qız övladı dünyaya gələndə adını Qumral qoymaq istədiyini bildirəndə onun istəyi müsbət qarşılanır. Beləliklə dünyaya yeni bir Qumral qədəm qoyur.
Körpəlikdə o çox maraqlı və qeyri adi uşaq olub. Böyük hərəkətləri ilə seçilib və böyükləri hey­rət­ləndirib.
Qumral məktəbə qədər oxumağı və yazmağı artıq bilirdi. Onun məktə­bə­qədər hazırlıq mərhələsi ilə anası məşğul olurdu. Eyni zamanda uşaq bağçasında hazırlıq kurslarına gedirdi. Qumral hazırlıq kurslarını əla qiymətlərlə bitirib. Onun ən çox şahmata marağı var. Gedişləri bir dəfə ona izah etmək yetər. Şahmat müəllimi Zərnigar xanım Qumraldan ağızdolusu danışır.
Qumral Telman qızı İsmayılova 2007-ci il dekabrın 21-də Bakı şəhərində dünyaya göz açıb. Hövsan qəsəbəsindəki Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin şagirdidir.
Dərslərini əla oxuyur. Tədris olunan bütün fənləri yüksək səviyyədə mənimsəyir. Məktəbin ictimai həyatında da fəal iştirak edir. Sinif rəhbəri Pərvanə xanım da onun həm təhsildəki, həm də təlim-tərbiyədəki üstünlüklərinə görə seçilən şagirdlərdən olduğunu xüsusi vurğulayır.
Qumral kiçik yaşlarından idmana maraq göstərib. Sağlam bədəndə sağlam ruh olar prinsipinə əsaslanan valideynləri onun bu istəyinə biganə qalmayıblar. Və beləcə Qumral idmanın karate növü ilə məşğul olmağa başlayıb. Məşqçisi İbrahim müəllim Qumralın peşəkar səviyyədə olmasa da, idmanla ciddi məşğul olduğunu, nailiyyətlər əldə edə biləcəyindən söz açdı.
Gələcəkdə yiyələnəcəyi peşə üzrə mümkün olan ən yüksək zirvəyə qalxmaq Qumralın əsas hədəflərindəndir. Boş vaxtlarında şahmat oynamağı xoşlayır.
Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ - Xoşbəxtliyi yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, xaricdə təhsil almaq istərdim”.

4 января 2015 г.

Bəhruz Elbrus oğlu Xanvəliyev

Azərbaycanın istedadlı gənclərindən biri də Bəhruz Elbrus oğlu Xanvəliyevdir. Bəhruz 27 sentyabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. O, körpəlikdən sakit uşaq olmuşdur. Uşaqlıqdan kompyuter oyularına, rəsm çəkməyə və idmana böyük marağı olmuşdur. Təsadüfi deyil ki, o, rəsm dərnəyinə getmiş və cüdo, üzgüçülük kimi idman növləri ilə məşğul olmuşdur. Bəhruz məktəbə getməmişdən əvvəl 3 il uşaq bağçasına getmişdir ki, burada yazıb oxumağı öyrənmişdir. Bağçaya getdiyi müddət ərzində müxtəif rəsmlər çəkirdi. Onun rəsm çəkməyə meyli olduğunu görən valideynləri Bəhruzun rəsm dərnəyinə getməsini təşkil etmişlər. Hazırda 270 saylı məktəbin əlaçı və nümunəvi şagirdlərindən olan Bəhruz dərslərini yaxşı oxumaqla yanaşı ictimai işlərdə də aktiv iştirak edir. Bunlardan Novruz bayramı ilə bağlı məktəbdə keçirilən tədbirdə Kosa rolunu canlandırmasını göstərmək olar. Bundan başqa bilik və idman yarışlarında iştirak edir, qalib gələrək bir sıra diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Əldə etdiyi nailiyyətlərə görə ibtidai sinif müəllimi Səkinə xanıma minnətdar olduğunu deyən
Bəhruzun arzusu polis olmaqdır. O, 4 yaşından polis olmağı düşünür. Dərslərini yaxşı oxumaqla yanaşı, asudə vaxtlarında da səmərəli keçirməyə çalışır.
Boş vaxtlarında kitab oxumağı, məlumat toplamağı xoşlayır. ən çox xoşladığı “Koroğlu” və “Dədə Qorqud” dastanıdır. Bəhruz yaxşı oxuyub təhslini təkmilləşdirib cəmiyyətə faydalı şəxs olmaq istəyir. Ona həyat, elm və təhsil yolarında uğurlar arzulayırıq. 

Behbudova Qumru Orxan qızı

Behbudova Qumru Orxan qızı 2003-cü ilin may ayının 10-da Gəncə şəhərində dünyaya gəlmişdir. Qumru ilk təhsilini Gəncə şəhərində 40 nömrəli orta məktəbdə almağa başlamışdır. Hazırda isə Hövsan qəsəbəsində 280 saylı orta məktəbin 7c sinfində təhsilini davam etdirir. Qumru dərs əlaçısıdır. Sinif rəhbəri İradə Ələsgərova Qumrunun çalışqan və bacarıqlı şagird olduğunu deyir. Anası Vüsalə xanım deyir ki, Qumru məktəbə gedəndə yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı Qumruya ilk olaraq anası öyrətmişdir. Anası onu da qeyd edir ki, Qumru məktəb sözünü anlayandan məktəbə böyük həvəsi olub. Qumru çalışqan şagird olduğuyçün onun çalışqanlığı özünü bir neçə istiqamətdə göstərə bilir. Qumru rəqsə gedib, şeir yazma qabiliyyəti var, yəni kiçikhəcmli, anaya, müəllimə, Vətənə aid kiçik şeirləri var, 37 saylı Uşaq Musiqi Məktəbində fortepiano dərsi alır. Bu maraqların onda öz-özünə yarandığını deyən anası Vüsalə xanım onu da qeyd edir ki, hər halda burda məktəbin də təsiri vardır.
Dərs əlaçısı Qumru riyaziyyat, ingilis dili, rus dili və informatika fənlərinə daha çox marağı olduğunu deyir. Hələ bağça yaşlarından bağça tədbirlərində şeir deyən, rəqs edən Qumru indi də oxuduğu 280 saylı məktəbin tədbirlərində iştirak edir, şeirlər deyir. Tədbirlərdə fəal iştirakına görə Qumru fəxri fərmanlarla da təltif olunub. Bundan başqa “İcmal” qəzetində də məktəbdə keçirilən tədbir işıqlandırılarkən Qumrunun da bu tədbirdə iştirakı qeyd olunub. Qumru buna görə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir.
Peşə seçimində hələ dəqiq qərar vermədiyini deyən Qumrunun bəzi arzuları var. O, bank müdiri , pianinoçu, jurnalist olmaq istəklərini deyir. Ancaq Qumrunun daha çox jurnalistikaya meyilli olduğu anlaşılır. Çünki Qumru deyir ki, o, məşhur bir jurnalist kimi yaddaşlarda qalmaq istəyir. Biz də Qumruya bütün arzularına çatmağı arzulayırıq.
Qumrunun müəlliminə həsr etdiyi kiçik bir şeiri təqdim edirik və ümid edirik ki, Qumru daha gözəl şeirlər yazıb-yaradacaq:

Əziz müəllimim.

Nur üzlüdür hər zaman,
Mənim əziz müəllimim!
Bilik verir yorulmadan,
Mənim əziz müəllimim!

Gələcəyə inamlıdı,
Bizə yoldaş, həm anadı,
Bacarıqlı, savadlıdı,

Mənim əziz müəllimim!

Məmmədov Nurlan Ramin oğlu



Məmmədov Nurlan Ramin oğlu 2003-cü ilin noyabr ayının 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində anadan olmuşdur. Nurlan ilk təhsilini Hövsan qəsəbəsində 280 saylı tam orta məktəbdə almağa başlamışdır və hazırda həmin məktəbin 5d sinfində təhsilini davam etdirir. Nurlan məktəbə gedəndə yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı Nurlana ilk olaraq bağça müəllimi öyrətmişdir.

Anası İlahə xanım Nurlanın dəcəl, ağlağan uşaq olduğunu deyir. Lakin bununla belə, şəkil çəkməyi də, digər uşaqlar kimi cizgi filminə baxmağı da xoşlayırmış. Nurlanda rəqsə də maraq olduğu üçün onu rəqs dərnəyinə də yazdırmışlar. Nurlan çalışqan şagirddir. Hələ bağçada olarkən də bu çalışqanlığı özünü göstərirdi. Belə ki, Nurlan bağça tədbirlərində ya iştirakçı , ya da aparıcı kimi öz fəallığını göstərirdi. Hazırda oxuduğu məktəbdə isə sinif rəhbəri Şamama Səfiyeva da Nurlanın çalışqan şagird olduğunu deyir. Nurlan Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat və rəsm fənlərinə daha çox maraq göstərir. Nurlan orta məktəbi bitirdikdən sonra təhsilini ali məktəbdə də davam etdirmək istəyir. Boş vaxtlarında kitab oxumaqla və şəkil çəkməklə məşğul olur. Rəssamlığa marağı olduğunu deyən Nurlanın hobbisi şəkil çəkmək olsa da, onun arzusu hüquqşünas olmaqdır. Nurlan Vətənimizə, xalqımıza yararlı bir övlad olmaq, yaxşı bir mövqeyə sahib olmaq istəyini də bildirdi. O, hələ şagird olsa da, artıq qarşısına qoyduğu məqsədə doğru addımlamaq istəyi hiss olunur. Biz Nurlana Vətənə layiqli bir övlad olmaq arzusunun həyata keçməsini arzulayırıq. 

Məmmədov Novruz Ramin oğlu

Məmmədov Novruz Ramin oğlu 17 avqust 2001-ci ildə Suraxanı rayonu Hövsan qəsəbəsində dünyaya gəlmişdir. İlk təhsilini Hövsan qəsəbəsi 280 saylı tam orta məktəbdə almağa başlayan Novruz hazırda həmin məktəbin 7c sinfində təhsilini davam etdirir.
Uşaq vaxtı Novruzun dəcəl uşaq olduğunu deyən anası İlahə xanım, oğlunun həm də hər şeyə maraq göstərən bir uşaq olduğunu qeyd edir. O deyir ki, Novruz cizgi filmlərini seyr etməyi, gəzməyi və başqa oğlan uşaqları kimi oyuncaq maşınlarla oynamağı xoşlayırdı. Məktəbə gedəndə yazıb-oxumağı bilən Novruza bunu ansı öyrədib. Novruzda bağça yaşlarından rəqsə maraq yaranıb və bu marağı görən valideynləri onu rəqs dərnəyinə yazdırıblar. Bağçada olarkən də Novruz bağça tədbirlərində iştirak edirmiş. Bir dəfə Yeni il şənliyində “şaxta baba” rolunu apardığını da qeyd edir.
Novruz bütün fənlərə maraq göstərir və yaxşı oxuyur. Novruzun sinif rəhbəri olan İradə Ələsgərova da Novruzun nizam-intizamlı, dərslərinə hazırlıqlı gələn bir şagird olduğunu qeyd edir. Novruz deyir ki, bütün fənlərə eyni dərəcədə maraq göstərməyə çalışır, ancaq ən çox sevdiyi fənlərin ədəbiyyat, coğrafiya, informatika və kimya olduğunu deyir. Novruz çalışqan və fəal şagird olduğu üçün fəxri fərmanlarla da təltif olunmuşdur. 6-cı sinifdə oxuyarkən Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş və “Analar günü”nə həsr olunmuş tədbirlərdə fəal iştirakına görə Məmmədov Novruz fəxri fərmanla mükafatlandırılmışdır. Novruz müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir. Onun qarşısına qoyduğu məqsəd orta məktəbi əla qiymətlərlə başa vuraraq ali məktəbə qəbul olmaq və cəmiyyətdə özünə layiqli mövqe qazanmaq, xalqına xidmət etməkdən ibarətdir. O, bu məqəsdinə nail olmaq üçün çalışacağını deyir. Asudə vaxtlarını daha çox kitab oxumaqla keçirən Novruz göy cisimləri və qalaktikanı öyrənən elmlə daha çox maraqlanır, belə məlumatları oxumağa üstünlük verir.

Novruz gələcəkdə jurnalistika sahəsində özünü sınamaq istəyini bildirir. O, düzü düz, əyrini əyri görən, tanınmış və xalqına fayda verə biləcək bir jurnalist kimi yadda qalmaq istəyir. Biz də onun bu arzusuna qoşulur və arzularının ardıyca gedib uğur qazanmasını diləyirik.