Məmmədov Novruz
Ramin oğlu 17 avqust 2001-ci ildə Suraxanı rayonu Hövsan qəsəbəsində dünyaya gəlmişdir.
İlk təhsilini Hövsan qəsəbəsi 280 saylı tam orta məktəbdə almağa başlayan Novruz
hazırda həmin məktəbin 7c sinfində təhsilini davam etdirir.
Uşaq vaxtı
Novruzun dəcəl uşaq olduğunu deyən anası İlahə xanım, oğlunun həm də hər şeyə
maraq göstərən bir uşaq olduğunu qeyd edir. O deyir ki, Novruz cizgi filmlərini
seyr etməyi, gəzməyi və başqa oğlan uşaqları kimi oyuncaq maşınlarla oynamağı
xoşlayırdı. Məktəbə gedəndə yazıb-oxumağı bilən Novruza bunu ansı öyrədib. Novruzda
bağça yaşlarından rəqsə maraq yaranıb və bu marağı görən valideynləri onu rəqs
dərnəyinə yazdırıblar. Bağçada olarkən də Novruz bağça tədbirlərində iştirak
edirmiş. Bir dəfə Yeni il şənliyində “şaxta baba” rolunu apardığını da qeyd
edir.
Novruz bütün fənlərə
maraq göstərir və yaxşı oxuyur. Novruzun sinif rəhbəri olan İradə Ələsgərova da
Novruzun nizam-intizamlı, dərslərinə hazırlıqlı gələn bir şagird olduğunu qeyd
edir. Novruz deyir ki, bütün fənlərə eyni dərəcədə maraq göstərməyə çalışır, ancaq
ən çox sevdiyi fənlərin ədəbiyyat, coğrafiya, informatika və kimya olduğunu
deyir. Novruz çalışqan və fəal şagird olduğu üçün fəxri fərmanlarla da təltif
olunmuşdur. 6-cı sinifdə oxuyarkən Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş
və “Analar günü”nə həsr olunmuş tədbirlərdə fəal iştirakına görə Məmmədov
Novruz fəxri fərmanla mükafatlandırılmışdır. Novruz müəllimlərinə və valideynlərinə
borclu olduğunu deyir. Onun qarşısına qoyduğu məqsəd orta məktəbi əla qiymətlərlə
başa vuraraq ali məktəbə qəbul olmaq və cəmiyyətdə özünə layiqli mövqe qazanmaq,
xalqına xidmət etməkdən ibarətdir. O, bu məqəsdinə nail olmaq üçün çalışacağını
deyir. Asudə vaxtlarını daha çox kitab oxumaqla keçirən Novruz göy cisimləri və
qalaktikanı öyrənən elmlə daha çox maraqlanır, belə məlumatları oxumağa
üstünlük verir.
Novruz gələcəkdə
jurnalistika sahəsində özünü sınamaq istəyini bildirir. O, düzü düz, əyrini əyri
görən, tanınmış və xalqına fayda verə biləcək bir jurnalist kimi yadda qalmaq
istəyir. Biz də onun bu arzusuna qoşulur və arzularının ardıyca gedib uğur
qazanmasını diləyirik.
Yorum yazin
ОтветитьУдалитьYorum yazin
ОтветитьУдалить