Bacarıqlı və
istedadlı gənclərdən biri də 270 saylı məkətbin şagirdi Fidan Nicat qızı Quliyevadır. Fidan
23 noyabr 2011-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, nadinc, şıltaq
qızdır, hər şeylə, idman və moda ilə maraqlanır.
Fidan hələ məktəbə
getməmişdən əvvəl yazıb-oxumağı bacarırdı. Bunu o, uşaq bağçasında öyrənmişdi. Bundan
başqa, Fidan bağçada rəsm, rəqs kimi bir sıra müsabiqələrdə iştirak etmişdir. Hazırda
təhsil aldığı məktəbdə o, əlaçı şagirdlərdən biridir. Ən çox sevdiyi fənlər rəsm,
musiqi və ana dilidir. Fidan həmyaşıdlarından öz istedadı ilə fərqlənir. Belə
ki, o, şeir yazmaq qabiliyyətinə malikdir. Ana haqqında, təbiət və vətənpərvərlik
mövzusunda şeirlər yazır. Eyni zamanda yüksək intonasiya qabiliyyəti olduğu
üçün təşkil olunan tədbirlərdə şeirlər də söyləyir. Fidanın ən böyük arzusu
jurnalist olmaqdır. Peşəkar jurnalist kimi öz işində uğur qazanmaq xarici səfərlərdə
olmaq istəyir. Bundan başqa Fidanın bir çoxlarından fərqlənən arzusu əsgər getmək
istəməsidir. O, oxuyub irəli getmək tarixdə iz qoyaraq şəxsiyyətə çevrilmək istəyir.
Ona çoxlu müvəffəqiyyətlər arzulayırıq.
Комментариев нет:
Отправить комментарий