Behbudova Qumru
Orxan qızı 2003-cü ilin may ayının 10-da Gəncə şəhərində dünyaya gəlmişdir. Qumru
ilk təhsilini Gəncə şəhərində 40 nömrəli orta məktəbdə almağa başlamışdır. Hazırda
isə Hövsan qəsəbəsində 280 saylı orta məktəbin 7c sinfində təhsilini davam
etdirir. Qumru dərs əlaçısıdır. Sinif rəhbəri İradə Ələsgərova Qumrunun
çalışqan və bacarıqlı şagird olduğunu deyir. Anası Vüsalə xanım deyir ki, Qumru
məktəbə gedəndə yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı Qumruya ilk olaraq anası
öyrətmişdir. Anası onu da qeyd edir ki, Qumru məktəb sözünü anlayandan məktəbə
böyük həvəsi olub. Qumru çalışqan şagird olduğuyçün onun çalışqanlığı özünü bir
neçə istiqamətdə göstərə bilir. Qumru rəqsə gedib, şeir yazma qabiliyyəti var, yəni
kiçikhəcmli, anaya, müəllimə, Vətənə aid kiçik şeirləri var, 37 saylı Uşaq
Musiqi Məktəbində fortepiano dərsi alır. Bu maraqların onda öz-özünə
yarandığını deyən anası Vüsalə xanım onu da qeyd edir ki, hər halda burda məktəbin
də təsiri vardır.
Dərs əlaçısı
Qumru riyaziyyat, ingilis dili, rus dili və informatika fənlərinə daha çox
marağı olduğunu deyir. Hələ bağça yaşlarından bağça tədbirlərində şeir deyən, rəqs
edən Qumru indi də oxuduğu 280 saylı məktəbin tədbirlərində iştirak edir, şeirlər
deyir. Tədbirlərdə fəal iştirakına görə Qumru fəxri fərmanlarla da təltif
olunub. Bundan başqa “İcmal” qəzetində də məktəbdə keçirilən tədbir
işıqlandırılarkən Qumrunun da bu tədbirdə iştirakı qeyd olunub. Qumru buna görə
valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir.
Peşə seçimində hələ
dəqiq qərar vermədiyini deyən Qumrunun bəzi arzuları var. O, bank müdiri , pianinoçu,
jurnalist olmaq istəklərini deyir. Ancaq Qumrunun daha çox jurnalistikaya
meyilli olduğu anlaşılır. Çünki Qumru deyir ki, o, məşhur bir jurnalist kimi
yaddaşlarda qalmaq istəyir. Biz də Qumruya bütün arzularına çatmağı arzulayırıq.
Qumrunun müəlliminə
həsr etdiyi kiçik bir şeiri təqdim edirik və ümid edirik ki, Qumru daha gözəl
şeirlər yazıb-yaradacaq:
Əziz müəllimim.
Nur üzlüdür hər
zaman,
Mənim əziz müəllimim!
Bilik verir
yorulmadan,
Mənim əziz müəllimim!
Gələcəyə
inamlıdı,
Bizə yoldaş, həm
anadı,
Bacarıqlı, savadlıdı,
Комментариев нет:
Отправить комментарий