Azərbaycanın
istedadlı gənclərindən biri də Bəhruz Elbrus oğlu Xanvəliyevdir. Bəhruz 27
sentyabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. O, körpəlikdən sakit
uşaq olmuşdur. Uşaqlıqdan kompyuter oyularına, rəsm çəkməyə və idmana böyük
marağı olmuşdur. Təsadüfi deyil ki, o, rəsm dərnəyinə getmiş və cüdo, üzgüçülük
kimi idman növləri ilə məşğul olmuşdur. Bəhruz məktəbə getməmişdən əvvəl 3 il uşaq
bağçasına getmişdir ki, burada yazıb oxumağı öyrənmişdir. Bağçaya getdiyi müddət
ərzində müxtəif rəsmlər çəkirdi. Onun rəsm çəkməyə meyli olduğunu görən
valideynləri Bəhruzun rəsm dərnəyinə getməsini təşkil etmişlər. Hazırda 270 saylı
məktəbin əlaçı və nümunəvi şagirdlərindən olan Bəhruz dərslərini yaxşı oxumaqla
yanaşı ictimai işlərdə də aktiv iştirak edir. Bunlardan Novruz bayramı ilə
bağlı məktəbdə keçirilən tədbirdə Kosa rolunu canlandırmasını göstərmək olar. Bundan
başqa bilik və idman yarışlarında iştirak edir, qalib gələrək bir sıra diplom və
fəxri fərmanlarla təltif olunmuşdur. Əldə etdiyi nailiyyətlərə görə ibtidai
sinif müəllimi Səkinə xanıma minnətdar olduğunu deyən
Bəhruzun arzusu
polis olmaqdır. O, 4 yaşından polis olmağı düşünür. Dərslərini yaxşı oxumaqla
yanaşı, asudə vaxtlarında da səmərəli keçirməyə çalışır.
Boş vaxtlarında
kitab oxumağı, məlumat toplamağı xoşlayır. ən çox xoşladığı “Koroğlu” və “Dədə
Qorqud” dastanıdır. Bəhruz yaxşı oxuyub təhslini təkmilləşdirib cəmiyyətə
faydalı şəxs olmaq istəyir. Ona həyat, elm və təhsil yolarında uğurlar
arzulayırıq.
Комментариев нет:
Отправить комментарий