Məmmədov Nurlan
Ramin oğlu 2003-cü ilin noyabr ayının 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində
anadan olmuşdur. Nurlan ilk təhsilini Hövsan qəsəbəsində 280 saylı tam orta məktəbdə
almağa başlamışdır və hazırda həmin məktəbin 5d sinfində təhsilini davam
etdirir. Nurlan məktəbə gedəndə yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı Nurlana
ilk olaraq bağça müəllimi öyrətmişdir.
Anası İlahə
xanım Nurlanın dəcəl, ağlağan uşaq olduğunu deyir. Lakin bununla belə, şəkil çəkməyi
də, digər uşaqlar kimi cizgi filminə baxmağı da xoşlayırmış. Nurlanda rəqsə də
maraq olduğu üçün onu rəqs dərnəyinə də yazdırmışlar. Nurlan çalışqan şagirddir.
Hələ bağçada olarkən də bu çalışqanlığı özünü göstərirdi. Belə ki, Nurlan bağça
tədbirlərində ya iştirakçı , ya da aparıcı kimi öz fəallığını göstərirdi. Hazırda
oxuduğu məktəbdə isə sinif rəhbəri Şamama Səfiyeva da Nurlanın çalışqan şagird
olduğunu deyir. Nurlan Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat və rəsm
fənlərinə daha çox maraq göstərir. Nurlan orta məktəbi bitirdikdən sonra təhsilini
ali məktəbdə də davam etdirmək istəyir. Boş vaxtlarında kitab oxumaqla və şəkil
çəkməklə məşğul olur. Rəssamlığa marağı olduğunu deyən Nurlanın hobbisi şəkil çəkmək
olsa da, onun arzusu hüquqşünas olmaqdır. Nurlan Vətənimizə, xalqımıza yararlı
bir övlad olmaq, yaxşı bir mövqeyə sahib olmaq istəyini də bildirdi. O, hələ
şagird olsa da, artıq qarşısına qoyduğu məqsədə doğru addımlamaq istəyi hiss
olunur. Biz Nurlana Vətənə layiqli bir övlad olmaq arzusunun həyata keçməsini
arzulayırıq.
Комментариев нет:
Отправить комментарий