elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 апреля 2017 г.

Hacıyev İqbal

İqbal Hacıyev 2007-ci il fevralın 17-də Şəki şəhərində anadan olub. Məktəbəqədər yaşlarından yazıb-oxumağı, vurma cədvəlini öyrənmişdir. Məktəbəqədər dövrü Nəsimi rayonu 115 saylı körpələr evi-uşaq bağçasında keçmişdir.
Orta məktəbə Namiq Məmmədov adına 9 N-li məktəbdə başlayıb və hazırda da təhsilini orada davam etdirir. Birinci sinifdən qrupun əlaçı şagirdidir. Riyaziyyat, azərbaycan dili və informatika fənlərini çox sevir. I sinifdən IV sinfə qədər ibtidai siniflər üçün təşkil olan bütün tədbirlərdə fəal iştirak edib. Şeir söyləyib, tamaşalarda rol alıb. İntonasiya ilə şeir söyləməyi yaxşı bacarır. Keçən il məktəbdə “İngilis günləri” keçirilmişdi. İqbal tədbirdə Cırtdan rolunda çox gözəl oynamışdı. Onu da qeyd edim ki, İqbal həmçinin ingilis dili fənnini də sevir və yaxşı oxuyur. Təkmilləşdirmək üçün repetitor yanına da gedir. 
Həmçinin o gələcəkdə ali təhsil alaraq cəmiyyətin savadlı bir nümayəndəsi, sayılıb-seçilən şəxsiyyətlərdən biri  olmaq istəyir. İqbal dərslərindəki uğurlarını anasına borclu bilir. Anası Aynurə xanım İqbalın təlim və tərbiyəsində  yaxından iştirak edir. Aynurə xanım İqbalı vətənimizə və dövlətimizə layiqli övlad kimi yetişdirmək üçün daim çalışır.
İqbalın arzusu gələcəkdə vəkil olmaqdır. O vətəndaşların hüquqlarını müdafiə etmək, hər bir vətəndaşın bu sahədə məlumatlı olmasını təmin etmək istədiyi üçün, bu ixtisasa yiyələnməyi əsas hədəf seçib.
Boş vaxtlarında kompüterdə oyunlar oynamağı və gəzməyi sevir.

Balaca müsahibimizə gələcək həyatında da uğurlar arzu edirik. Hər zaman ən uca zirvələri fəth  et.Uğur səninlə olsun!

Xancanova Gülay Aqşin qızı

Xancanova Gülay Aqşin qızı 2007-ci il aprelin 17-də Sabirabad rayonunun Axtaçı kəndində anadan olub. Kiçik yaşlarından sakit, gülərüz və ünsiyyətcil qız olub.  Anası Zərifə xanım onda rəqsə qarşı maraq oyatmışdır. 8 yaşından rəqslə məşğul olur. “Cücələrim” rəqs ansambılında çıxış edir.
Orta məktəbə Namiq Məmmədov adına 9 N-li məktəbdə başlayıb və  hazırda Rəfiqə Məmmədovanın sinfində təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir. Sevimli fənləri arasında riyaziyyat xüsusi yer tutur. Gülay dərslərindəki uğurlarını müəlliməsinə və valideyinlərinin onunla yaxından maraqlanmasına borcludur.
Qabaqcıl şagird olduğu üçün məktəbin tədbirlərində də Gülay yaxından iştirak edir. Axırıncı dəfə “I love English” adlı tədbirdə “Alma” rolunda iştirak edib. Eyni zamanda bu tədbir iştirakçıları haqqında “Təhsil” qəzetinin 2015-ci il 15 iyun buraxılışında “Mən ingilis dilini sevirəm” başlığı altında irihəcmli məqalə dərc olunub.
Gülayın ən sevdiyi gün 15 sentyabrdı, çünki dərs günü başlayır. Həmçinin o gələcəkdə  müəllim olmaq arzusundadır. Bu fikri onda müəlliminə olan böyük maraq yaradıb.
Gələcək planlarında ilk sıranı tələbə adını qazanmaq tutur. Universiteti bitirib diplomunu aldıqdan sonra ixtisası üzrə fəaliyyət göstərib, dövlətimizə və cəmiyyətimizə layiqli şəxsiyyət olmaq istəyir. Arzularından biri də gələcəkdə rəqs məktəbi açıb, rəqqaslar yetişdirməkdir.
Boş vaxtlarında kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, gəzib əylənməyi çox sevir. 
Biz də öz növbəmizdə balaca müsahibimiz olan Gülaya  arzularına çatmağı və gələcək həyatında  da uğurlarının davamlı olmasını  diləyirik!

6 апреля 2017 г.

Ayxan Azәr oğlu Mәmmәdov

Haqqında söhbәt açacağımız qәhrəmanımız Ayxan Azәr oğlu Mәmmәdovdur. Ailәnin sonbeşiyi olan Ayxan 2005-ci il sentyabrın 2-dә Bakı şәhәrindә anadan olmuşdur. Körpәlikdәn qayğı vә sevgi ilә әhatә olunmuşdur. Çox sakit tәbiәtli uşaq olub. Üç yaşında artıq “Bembi” uşaq dәrnәyinә gedib. Orada Fәridә müəllimədən yazıb-oxumağı vә şәkil çәkmәyi öyrәnib. Beş yaşı tamam olandan sonra isә 132-134 saylı Tәhsil Kompleksinin “Fransız” bağçasına getmişdir. Orada öz inkişafını davam etdirib. Bağçada keçirilәn bayram tәdbirlәrindә fәal iştirak edib. Şeirlәr söylәyib, rәqs edib, uşaq sәhnәciklәrindә çıxış edib.
2011-ci ildә Ayxan 132-134 saylı Tәhsil Kompleksinin "Fransız" liseyinә daxil olub. Onun ilk müәllimi Bağırova Esmira xanım olub. Valideynlәri qeyd edir ki, Ayxanın tәlim-tәrbiyәsindә Esmira xanımın çox böyük rolu olub. Hәr zaman öz şagirdlәrinin qayğısına qalan müәllimə onlara mәktәbdә təhsil verməklə yanaşı, hәm dә analıq qayğısı göstərib.
Hazırda gәnc qәhrəmanımız Ayxan 132-134 saylı Tәhsil Kompleksinin VI sinfindә oxuyur. Onun sinif rәhbәri çox sevdiyi Maya Nəbiyevadır. Maya xanım Ayxana riyaziyyatı sevdirәn insan olub. Ayxan hәr zaman çalışır ki, onun etimadını doğrultsun. Dәrsə hәr zaman hazırlıqlı olur, әla qiymәtlәrlә oxuyur. Bununla yanaşı Ayxan çox perspektivli idmançıdır. I sinifdә oxuyarkәn atası Azәr bәy Ayxanın idmana olan marağını hiss edib, onu Azərbaycan Respublikasının Cui-Citsu Milli Federasiyasının ''Dinamo" idman klubuna yazdırdı. Orada onun idmana olan hәvәsi daha da vüsətləndi. Müәllimi CCMF-nin prezidenti, әmәkdar mәşqçi Mir-Әli Seyidovun Ayxanın üzәrindә zəhməti böyükdür. Onun yarışlara qatılmasını o mәslәhәt görür.
Ayxan artıq 2013 -ci ildәn yarışlara qatılır. Yarışların birində qolundan zәdә alan Ayxan hәvәsdәn düşmədi, әksinә qarşısına mәqsәd qoyaraq mәqsәdinә doğru inamla irəlilədi. Ayxan da qardaşı Aydın kimi cәsur vә qoxrmaz olmaq istәyir. Onun bu keyfiyyәtlәrinә görә ustadı Mir-Әli müәllim onunla qurur duyur. Müәllimlәri Ayxanın tәlim-tәrbiyәsindәn razıdır. İndiyә kimi müxtәlif sәviyyәlәrdә keçirilәn yarışlarda 8 medal vә 12 diplom qazanıb. Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә özünü atası Azәr bәyә vә anası Könül xanıma borclu hesab edir.

Asudә vaxtlarında idmanla mәşğul olur, şahmat oynayır vә ailәsi ilә istirahәtә gedir. Gәlәcәkdә kim olacağına hәlә ki tam qәrar vermәyib. Ayxanın әn böyük arzusu odur ki, vәtәnin keşiyindә duran igid bir oğul olsun! Biz dә öz adımızdan Ayxan balaya müvәffәqiyyәtlәr arzu edirik. Gün o gün olsun ki dünya çempionu olaraq Azərbaycanın himnini səsləndirsin və bayrağımızı dalğalandırsın.

Qasımlı Raul Samir oğlu


Qasımlı Raul Samir oğlu 2006-ci il fevralın 26-da Bakı şəhərində anadan olmuşdur. O, körpəykən ağıllı və tərbiyəli davranışı ilə fərqlənib. Raul bir yaşından bağçaya gedib. Baxçada fərasəti ilə öz yaşıdlarından seçilib. Uşaqlıqdan şəkil çəkməyi çox sevib. Elə baxça vaxtlarından rəsm çəkməyə üstünlük verib.Baxçada keçirlən tədbirlərdə fəal iştirak edib. Baxçada oxumağı-yazmağı öyrənmişdir. Artıq məktəbə gedən zaman hərfləri tanyır və üzündən oxuya bilirdi. Məktəbə tam hazırlıqlı idi.
 Artıq İncəsənət Gimnaziyasında rəssamlıq ixtisasına gedir və rəssamlıq sənətini çox sevir.
Raul ilk təhsilini 20 saylı tam orta məktəbdə almışdır. Hazırda isə təhsilini İncəsənət Gimnaziyasında davam etdirir. 5-c sinifdə oxuyan Raul dərslərində fəal,aktiv uşaqdır və dərs əlaçısıdır. Ən çox sevdiyi fənn riyaziyyat və tarixdir. Məktəbdə keçirlən bəzi tədbirlərdə çıxış edib. Çəkdiyi əsərlər rəsm sərgisində nümayiş olunmuş və fəxri fərmanla təltif olunmuşdur. Fərman əldə etdiyi günü həyatının ən unudulmaz günü hesab edir. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü ailəsinə və müəllimlərinə borclu hesab edir.
Ən maraqlı gününü ad günü hesab edir, çünki hamıdan çoxlu hədiyyə almışdır. Dərslərini əla oxuyub ali məktəbə qəbul olmaq arzusundadır. Böyük şirkət yaradaraq ona rəhbərlik etmək istəyir. Ona görə yox ki şöhrətpərəstdir. Ona görə ki dünyaşöhrətli Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçiliklə məşğul olmaq niyyətindədir. Modern xəstəxana açıb xalqın sağlamlığının keşiyində dayanmaq isə onun ən böyük arzusudur. Bir sözlə, millətinə yararlı,xeyirxah insan olmaq istəyir. Redaksiyamız adından ona uğurlar arzulayır, nəcib arzularına çatmaqda aydın səma, hamar yol diləyirik!

Fuad Fәrid oğlu Nәbiyev


Haqqında danışmaq istədiyimiz növbəti qəhrəmanımız Fuaddır. Fuad Fәrid oğlu Nәbiyev 2007-ci il fevralın 9-da Bakı şәhәrindә anadan olub. Anasının dediyinə görə körpәliyi sakit keçib. Üzmәk, rәsm çәkmәk onun әn çox sevdiyi mәşğuliyyәtlәrdәn biridir. Üç yaşında artıq rәsm çәkmәyə meyl göstərib. Şəkil rәnglәmәyi də şox sevib. İngilis dilindә bir çox sözlәri demәsi, saymağı bilmәsi nәticәsindә istedadlı olması  üzә çıxıb.
Mәktәbә gedәnә qәdәr anası və hazırlıq müəlliməsindən  az da olsa yazmağı öyrənib.
İlk tәhsilini 132-134 saylı Tәhsil Kompleksindә alan Fuad hazırda da hәmin təhsil ocağında oxuyur. Dәrslәrindən әla qiymәtlәr alır. Fuadın әn sevdiyi fәnn isә Azәrbaycan, İngilis vә Rus dilidir. O, mәktәbdә keçirilən tәdbirlәrdә fəal iştirak edir. Tamaşalarda rol alır, rәqs edir.  Kim olacağı fikrinə hәlә tam qәrar vermәyib. Asudә vaxtlarında dostlarıyla oynamaq, bәzi nağıl kitabları oxumaq vә şәkil çәkmәyi xoşlayır. Rәsm çәkmәyi isə daha çox sevir. Rәsmlәrindә daha çox tәbiәt mövzusuna üstünlük verir. Mәktәbi әla qiymәtlәrlә bitirib, universitetә qәbul olub,  ata-ana vә müәllimlәrini sevindirmәk
Uğur və nailiyyətlərinə görə özünü müәllimәsinә vә valideyninə  borclu hesab edir.
Azәrbaycanın adını bütün dünyada tanıdacaq, hәmçinin başını uca edәcәk bir şәxsiyyәt olmağı arzulayır vә bunun üçün әlindәn gәlәni etmәyi qarşısına məqsəd kimi qoyduğunu söyləyir. Vәtәn üçün xeyirli, fәxr ediləcək bir övlad olmaq әn böyük arzusudur. Daha sonra iş adamı və böyük şәxsiyyәt olmaq istәyir. Hәm tarixin yaddaşında yaşamaq üçün, hәm dә vәtәni üçün gözәl addımlar atmaq arzusundadır. Әvvәlcә torpaqlarımızı işğalçılardan  geri almaq, daha sonra Azәrbaycanın rifahı üçün çalışmaq niyyәtindәdir.
Biz dә redaksiya olaraq Fuad balamıza uğur vә naliyyәtlәr arzu edirik. Uğurların davamlı, yolun açıq olsun, Fuad!

Nigar Cavanşir qızı Məmmədova

Nigar Cavanşir qızı Məmmədova 2007-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. Sakit təbiətli,valideynlərini incitməyən,yeməyə həvəsli və kapriz yaratmayan körpəliyi olub. Bağçaya həvəslə gedib, orada keçirilən tədbirlərdə fəal iştirak edib. İngilis dilində şeirlər və mahnılar söyləyib Məktəbə gedənə qədər yazıb-oxumağı, yüksək ixtisaslı müəllimlər tərəfindən öyrənib. Dörd yaşı olarkən artıq  Azərbaycan və rus dilində üzündən oxumağa, beş yaşında isə sərbəst yazmağa başlayıb. İngilis dili kursuna gedib.
Hazırda Nigar 20 saylı məktəbin 4 “F” sinfində təhsil alır. Sinif rəhbəri Lətafət xanımdır. Müəllimi qeyd edir ki, Nigar çox ağıllı və tərbiyəli şagirddir, dərslərinə hər zaman hazır gəlir və dərs əlaçısıdır. Ən çox sevdiyi fənlər İngilis dili və Rus dilidir. Asudə vaxtlarında valideynləri ilə birgə kinoya getməyi, parkda gəzməyi çox sevir . Şahmatı və müxtəlif intellektual oyunlara marağı böyükdür.
Nigarın həyatında ən yadda qalan günü on yaşını qeyd etdiyi günə təsadüf edir. Lap balacalıqdan indiyə qədər arzusu  həkim-ekspert olmaqdır.  Bu qərara gəlməyində valideynlərinin təsiri az olmayıb. O, gələcəkdə savadlı ekspert olmaq, yeni metodlar axtarıb-tapmaq fikrindədir. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və müəllimlərinə borclu hesab edir.
Biz də redaksiyamız adından nəcib duyğulu balamıza uğurlar arzu edirik.Şans daima üzünə gülsün, əziz Nigar! 

4 апреля 2017 г.

Abduləzizova İnci Əlvan qızı

Abduləzizova İnci Əlvan qızı 23 iyul 2010-cı ildə Bakı şəhərində doğulub. İncini körpə uşaq kimi ailədə heç kim xatırlamır. Doğulandan çox ağıllı baxışları vardı. 9 ayında dil açıb. Nəyi etmək olar, nə təhlükəlidi həmişə ayırd edə bilib. Oyuncaqla oynamaqdan cox kağızları oynatmağı, nəsə kəsib-düzəltməyi sevir. Rəqs etməyi, şəkil çəkməyi çox sevir. Uşaqlıqdan aparıcılıq etməyi çox sevir. Başqalarına sual verir, ya veriliş, ya da dərs aparır sanki.
3 yaşından hərfləri, rəqəmləri tanımağa başlayıb. Məktəbə gedəndə sərbəst oxuyur və hesablayırdı.
Yazıb oxumağı anası və müəllimi  Ülviyyə xanımın sayəsində öyrənib.
İnci Nəsi rayonundakı Abdulla Şaiq adına  54 saylı orta məktəbdə təhsil alır. I sinif şagirdidir. Sinif müəllimi Dürdanə xanımı çox sevir və hörmət edir. Dərslərini əla oxuyur. Müəllimimin koməkçisiyəm deyə özüylə fəxr edir.
Ən sevimli fənni riyaziyyat və ingilis dilidir. Məsələ həll etməyi daha çox sevir, ingilis dilində sərbəst oxuyur.
Atasını çox sevir. Balaca İnci bu günə qədər əldə etdiyi hər bir şeyə görə anasına borclu olduğunu deyir. Eyni zamanda böyük uğurlarının qarşıda olduğuna inanır. İnci babası kimi həkim olmaq istəyir.
Boş vaxtlarında rəsm çəkməyi, internətdə məntiqlə bağlı oyunlar oynamağı çox sevir.

Asudə vaxtlarında ən çox sevdiyi iş yazı yazmaqdır. Sevgisini yazılı formada kağıza yazır və ailə üzvlərilə paylaşır.