elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 марта 2018 г.

Ağakişiyeva Gülnur Əhməd qızı

 
Ağakişiyeva Gülnur Əhməd qızı 2007-ci ilin sentyabrın 10-da Sumqayıt şəhərində anadan olub.  Gülnur körpəlikdən ağıllı, təmkinli, məntiqli, sakit təbiətli, fikirlərini lakonik ifadə etməyi bacaran və yüksək zəkaya malik bir uşaq idi. Onun sevdiyi məşğuliyyəti oriqami, heyvanlar və güllər  hazırlamaq olub. Gülnurun idman sahəsinə də böyük həvəsi var. O, 3 il bədii gimnastika ilə məşğul olub. Yaşının az olmasına baxmayaraq o, mətbəxdə anasına kömək etməyi xoşlayır. Gülnur səyahətə çıxmaqdan, təbiətin gözəlliklərini seyr etməkdən xüsusi zövq alır. Tarixi abidələr, piramidalar, müxtəlif xalqların keçmişi ilə bağlı tarixi flimlər onu çox maraqlandırır. Gülnuru yaşıdlarından fərqləndirən başlıca cəhət yüksək intellektual səviyyəsi və fərqli düşüncə tərzinin olmasıdır. Bir sözlə Gülnur körpəlikdən maraqlı uşaq olub. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri yazıb-oxumağı hazırlıq müəllimi və valideynləri tərəfindən öyrənib. Gülnur müxtəlif riyazi hesablamalar aparmağı çox sevir. Onun fitri istedadı atası tərəfindən 3 yaşından aşkarlanıb. Güclü məntiqi, riyazi bilikləri, gözəl əl qabiliyyəti onu daim fərqləndirib. Bunlardan ən başlıcası onun idarəcilik sistemində liderlik etmək xüsusiyyətinin olmasıdır.
Ağakişiyeva Gülnur ilk təhsilini 300 nömrəli məktəbdə alıb. Hazırda Bakı şəhəri 20 nömrəli məktəb-liseyinin V sinif şagirdidir. Gülnur məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə kimi bilik və bacarıqları yalnız beş ilə qiymətləndirilib. O, sinif nümayəndəsidir. Gülnur bütün fənlərin onun gələcək həyatında vacib rol oynadığını bilir. Tədris olunan bütün fənləri sevməsinə baxmayaraq onun ən sevdiyi fənləri riyaziyyat, ədəbiyyat və tarixdir. Gülnur məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal üzvüdür. O, Yeni il bayramına həsr olunmuş şənlikdə “Qar qız” obrazını böyük məharətlə şənlik iştirakçılarına nümayiş etdirib. Tədbirlərin birində İngilis dilində aparıcılıq etmək işi ona həvalə olunub. Gülnurun bir çox televiziya kanallarında (Lider, Space, ANS, “İctimai, Xəzər),  mental arifmetika üzrə  bacarıqları nümayiş olunub. Eyni zamanda müxtəlif internet saytlarında onun haqqında məlumatlar yayımlanıb. O, 12 dekabr tarixində Atatürk mərkəzində keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu,  ümummilli liderimiz Heydər Əliyevin anım mərasimində çıxış edib. Gülnur mental arifmetika, İngilis dilində sərbəst nitqinə, riyaziyyat fənni üzrə keçirilən bilik yarışmalarında birincilik əldə etdiyinə görə diplom və sertifikatla təltif olunub. Kaspi tədris mərkəzində yüksək zəka nümayiş etdirdiyinə görə də diploma layiq görülüb. Eyni zamanda məktəblərində təşkil olunan imla, inşa yarışmalarında birincilik əldə edərək diplom qazanıb. Gülnur bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə xüsusən də onun daim dəstəkçisi, dayağı olan atasına borclu olduğunu bildirir. O, fəaliyətindən dolayı Azərbaycan dövlətinin birinci xanımı olan  Mehriban Əliyevaya oxşamaq istəyir. Onun kimi xeyirxah, mehriban, ziyalı,peşəkar, daim xalqını, millətini düşünən və ən gözəl insani keyfiyyətləri özündə cəmləşdirən bir şəxsiyyət olmaq arzusundadır. O, Mehriban Əliyevanın müavini olaraq çalışmaq istəyir. Gülnurun ən böyük hədəflərindən biri də dünyanın ən məşhur təhsil ocaqlarından olan Harvard universitetinin məzunu olmaqdır. Məktəbə ilk qədəm qoyduğu gündən bu fikrə düşüb. O, gələcək həyatında müvəffəqiyyət qazanıb, özünə uğurlu yol seçə bilmək üçün ölməz liderimiz, mərhum Heydər Əliyev kimi iradəli, əzəmətli xarakterə sahib olmaq istəyir. Bu onun Heydər Əliyevə olan sonsuz sevgisi və ehtiramının göstəricisidir.  Gülnurun gələcək planları dil biliklərini təkminləşdirmək, ali məktəbə yüksək nəticələrlə  daxil ola bilmək və idman sahəsi üzrə uğurlar qazanmaqdır. Mərhəmət duyğuları olduqca yüksək olan Gülnur kimsəsiz uşaqlar üçün ən yaxşı şəraiti qurmaq, sahibsiz küçə heyvanları üçün sığınacaqlar yaratmaq istəyir. Müxtəlif mövzuda, iri həcmli kitabların müəllifi olmaq, çağdaş dövrümüzdə sosial şəbəkələr yönlü yeni kəşflər etmək niyyətindədir. O, bəddi yaradıcılığın ədəbiyyat sahəsi üzrə “Cek və macəraları” adlı kosmik, fantastik mövzulu kitabın müəllifidir. Gülnur Harvard universitetinin məzunu olaraq Vətəninə qayıdıb, Mehriban Əliyevanın müavini olaraq millətinə xeyirli övlad olmaq niyyətindədir.


14 марта 2018 г.

Əlizadə Zeynəb Nail qızı

Əlizadə Zeynəb Nail qızı 8 aprel 2009-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır.
Ailənin ilk övladıdır. Körpəlikdən ağıllı, sakit və bacarıqlı qız olmuşdur. Zeynəb 4 yaşında olarkən bağçaya daha sonra isə məktəbəqədər hazırlıq kursuna gedərək təhsil almışıdır. Artıq beş yaşında olarkən yazmağı və oxumağı bilirdi. Hal-hazırda Binəqədi rayonunda yerləşən 102 nömrəli orta məktəbdə rus dili bölməsində təhsil alır. Məktəbdə tədris olunan bütün fənnlər üzrə çox fəal iştirak edir və sinifinin əlaçısıdır. Məktəbdə keçirilən bir çox müsabiqə və tədbirlərdə iştirak edir. Uşaq vaxtlarından idmana, xüsusilə də gimnastika-akrobatikaya xüsusi həvəsi və bacarığı olmuşdur. Zeynəb əlavə olaraq üzgüçülük, rəsm, rəqs kimi sahələrə də çox həvəsi olmuşdur. Boş vaxtlarında rəsm çəkməyi, gəzməyi çox xoşlayır.
 Həyatda qazandığı uğur və nailiyyətlərində valideynlərinin, nənə və babalarının, müəllim və müəllimələrinin böyük rolu olmuşdur. Zeynəb məktəbi bitirdikdən sonra Universitetə qəbul olmaq, idmanda da olduğu kimi bütün sahələrdə birinci yeri tutmağı hədəfləyir. Gələcəkdə uşaq həkimi olaraq, savadlı bir həkim kimi xəstə və müalicəyə ehtiyacı olan uşaqları sağaltmaq istəyir.
Zeynəb 21 iyun 2017-ci ildə Respublika İxtisaslaşdırılmış Olimpiya Uşaq Gənclər və Gimnastika Məktəbinin təşkilatçılığı ilə keçirilən Tamblinq üzrə Bakı Gimnastika məktəbinin birinciliyi müsabiqəsində 1-ci yeri tutmuşdur. Daha sonra 6 dekabr 2017-ci ildə Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatşılığı ilə keçirilən Batut Gimnastikası və Tambling üzrə Bakı Çempianatı Balacalar, Qadınlar arasında 1-ci yer tutmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Təşkilatçılığı ilə keçirilən müsabiqədə Batut Gimnastikası və Tambling üzrə Bakı Çempianatı Balacalar, Qadınlar arasında 1-ci yerə layiq görülmüşdür.
Zeynəb Gələcəkdə valideyn himayəsindən məhrum olmuş körpə uşaqlara və yeniyetmələrə təhsil almaları üçün kömək etmək fikrindədir.


28 февраля 2018 г.

Rzayev Mirəsgər Elşən oğlu

Rzayev Mirəsgər Elşən oğlu 24 mart 2007-ci il ci ildə Bakı şəhərində anadan olub.  Mirəsgər körpəlikdə dəcəl və hər şey ilə maraqlanan uşaq olub. Onun heç  1 yaşı tamam olmamış anası ona “Mənim ilk şəkilli, sözlü kitabım” adlı kitab alıb. Həmin kitab heyvanlar aləmi və ətraf mühitdən bəhs edib.  O,  hələ tam dil açmamışdan qabaq, şəkilli kitabların köməkliyi ilə soruşulan suallara cavab verib. Heyvanlardan dinazaurlar Mirəsgərin diqqətini daha çox cəlb edir və onlar haqqında məlumat toplamağı xoşlayıb. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri  yazmağı, oxumağı və hesablamağı bacarıb. O, ailənin ilk nəvəsi, ilk övladı olduğu üçün hamı onunla  maraqlanıb, nələrisə  öyrətməyə çalışıblar. Eyni zamanda məktəbəqədər hazırlıq kursuna  gedib. Mirəsgər körpəlikdən özünə məxsus xüsusiyyətləri ilə yaşıdlarından fərqlənir. Belə ki,  o, yaşıdlarıyla oyun oynamaqdansa, böyüklərlə vaxt keçirməyə daha çox üstünlük verib. Mirəsgər ailəsinin ən sevimli üzvüdür. Rzayev Mirəsgər ilk təhsilini Evrika liseyində Abdinova Nigar müəllimdən alıb. Mirəsgər sinifdə yaşıdlarından hər zaman məntiqi təfəkkürünə görə seçildiyi üçün Nigar xanım onu gələcəyin Darvini adlandırırdı. Hal-hazırda 20 nömrəli məktəbin 5-ci sinif şagirdidir. Onun sinif rəhbəri, eyni zamanda Azərbaycan dili və Ədəbiyyat müəllimi Qocayeva Sevinc xanım Mirəsgər haqqında təəssüratlarında bunları qeyd edir; O, çox diqqətcil şagirddir və eyni zamanda yaxşı müşahidəçidir.  Heç bir zaman haqsızlığa yol verməyən və haqqın tərəfini tutandır. Sinif rəhbəri bildirir ki, Mirəsgər ona verilən suallara digər uşaqlaradan fərqli olaraq özünə məxsus tərzdə cavablar verir. Mirəsgər məktəblərində tədris olunan fənləri yaxşı qiymətlərlə oxuyur. Dərslərinə daim hazırlıqlı olur. Onun ən sevdiyi fənn tarixdir. Mirəsgər sinif və məktəbdaxili bayram və tədbirlərin fəal iştirakçısıdır. Orada şeir söyləyib, müxtəlif rollarda çıxışlar edib. O, sonunca dəfə “Baba” obrazını nümayiş etdirib. Mirəsgər bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə nənəsinə, anasına və müəllimlərinə borcludur.  Böyüyəndə xalası kimi hüquqşünas olmaq istəyir. Xalasının hüquqşünas olmağı Mirəsgərdə də bu sahəyə böyük həvəs yaradıb. Gələcəkdə  fəaliyyyəti hüquqşünas olarsa, hakim  olaraq çalışmaq arzusundadır. O, dövlətimizə  gözəl sabahlar  bəxş etmək niyyətindədir.  Mirəsgər qanunları bilib, həm özünün, həm də xalqımızın hüquqlarını qorumaq istəyir. O, boş vaxtlarında televizora baxmağı, gəzməyə getməyi və əlavə kitablar oxumağı sevir.  Mirəsgərin bütün yaradıcılığı hal-hazırda oxumaqdır. O, bu gün dərslərini əla oxuyur ki, sabah arzuları xəyal olmasın. Onu göy cisimləri, heyvanlar aləmi, bəşəriyyət və onun yaradılması daima maraqlandırır.  Hər bir insanın gələcəklə bağlı planları olur. Mirəsgərin gələcəklədə mükəmməl insan olmağı hədəfləyib. Dövlətini firavan görmək, Vətəninə faydalı şəxsiyyət kimi yetişmək istəyir. O, tarixin yaddaşına öz adını yazmaq istəyir.  Vətəninə, xalqına, dövlətinə həm də ailəsinə layiqli övlad olmaq niyyətindədir. Mirəsgərin fikrincə həyatın təməli elə məktəbdir!

22 февраля 2018 г.

Əsədzadə Özləm Qoşqar qızı

Əsədzadə Özləm Qoşqar qızı 09.08.2009-cu ildə Naxçıvan şəhərində anadan olub. Özləm körpəlikdən ağıllı, sakit və təmkinli uşaq olub. Rəsm çəkmək ən sevimli məşğuliyyətidir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, riyazi hesablamalar aparmağı anası tərəfindən öyrənib. Özləmin dörd yaşından rəsm çəkməyə böyük həvəsi yaranıb. Əsədzadə Özləm Bakı şəhəri 20 nömrəli məktəb-liseydə təhsil alır. Tədris olunan dərsləri əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər riyaziyyat və mətiqdir. Məktəblərində keçirilən bayram şənlikləri və tədbirlərin fəal iştirakçısıdır. Özləmin həyatında ən yadda qalan gün doğum günüdur. Birinci sinifə gedən zaman göstərdiyi fəallığa görə sertifikat ilə təltif olunub. Özləm bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu söyləyir. Böyüyəndə fəaliyyəti ilə bağlı atasına oxşamaq istəyir. Gələcəkdə peşəkar, savadlı həkim olmaq arzusundadır. Asudə vaxtlarında rəsm çəkməyi, televizor izləməyi, gəzintiyə getməyi çox sevir. O, təsvir etdiyi rəsm əsərlərində vətənpərvərlik mövzusuna üstünlük verir. Özləm peşəkar həkim olub Vətəninə, millətinə xeyirli bir vətəndaş olmaq niyyətindədir.

14 февраля 2018 г.

HÜSEYNLİ HƏSƏN ƏLİ oğlu

Hüseynli Həsən Əli oğlu 5 noyabr 2010-cu ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Uşaqlıqda çox dəcəl və hiperaktiv, hər şeyə maraq göstərən birisi olub. Oyuncaqları və əşyaları söküb yenidən qurmağı çox sevirdi. Yazıb-oxumağı ilk növbədə televizorda olan verilişlərdən və telefon vasitəsilə öyrənmişdir. Evdə, yolda gördüyü bütün yazıları oxuyardu. Orta məktəbə 29 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda isə həmin məktəbin 1a sinfində Abdullayeva Zeynəb müəllimin rəhbərliyilə təhsili davam etdirir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindən biridir. Sosial bir uşaq olan Həsən məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edir. “Yeni il” şənliyi, “Novruz bayramı”, “Müstəqillik günü” və s. tədbirlərdə iştirak etmişdir. Həsən hər zaman ona kömək olan valideynlərinə və müəllimələrinə  minnətdarlığını bildirir.  Həsən babasını çox sevir və ona bənzəmək istəyir. Çünki onun gözəl əl işləri var, həmçinin karate ustası və şairdir. Həsəndə gələcəkdə babası kimi karate ustası olmaq istəyir. Babası onunla məşq edir. Yaşının az olmasına baxmayaraq o tez öyrənir və hərəkətləri sürətli bir şəkildə yerinə yetirir. O çox çalışaraq öz zəhmətilə yüksək zirvələri fəth etmək istəyir.  Həsənin arzularından biri də xalqımıza layiqli övlad olmaq, sözün əsl mənasında ehtiyacı olan hər kəsə kömək olmaq istəyidir. Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi olmaq xalqına dəstək olmaq istəyir. Bacısı ilə birlikdə də bu mövzular haqqında söhbət edirlər. Bacısıda onunla həmfikirdir. Tarixin yaddaşında xeyriyyəçi biri olaraq qalmaq istəyir. Onların gələcəklə bağlı böyük planları var. Həsənin gələcək ixtisas seçimlərindən biri də müəllim olmaqdır. Atası isə onu cərrah həkim kimi görmək istəyir. Buna görədə Həsən ən dəqiq qərarı böyüdüyü zaman verəcək. Asudə vaxtlarında musiqi dinləməyi, nağıl kitabları oxumağı və ailəsilə birgə zaman keçirməyi sevir. Bazar günlərini çox sevir həmin gün ailəsilə birgə maraqlı və əyləncəli keçirir. Musiqini çox sevir, zərb alətlərində ifa etməyi bacarır. Bunu mükəmməlləşdirmək üçün isə musiqi məktəbinə getmək istəyir.  Bizdə balaca müsahibimizə yolun açıq olsun və uğur hər zaman səni izləsin deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

12 февраля 2018 г.

ZƏRBƏLİ ELVİRA İLHAM qızı

 
Zərbəli Elvira İlham qızı 23 yanvar  2007-ci ildə Bakı şəhərində anadan olub. Elvira körpəlikdə çox nadinc və hiperaktiv uşaq olub. Ancaq oxuyub öyrənməyə qarşı hər zaman marağı olub. 4 yaşından etibarən anası İlahə xanımın köməyilə yazıb-oxumağı öyrənmişdir. Beləliklə o 5 yaşındaikən məktəbə başlamışdır. Hal-hazırda isə 25 saylı tam orta məktəbdə Baxşəliyeva Aytən müəllimin sinfində  VI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. 6 illik təhsil həyatında hər zaman əlaçı olmuşdur. Elvira heç bir fənn arasında fərq qoymur bütün fənləri sevir. Aktiv biri olan Elvira dəfələrlə məktəbdə və başqa tədris mərkəzlərində keçirilən müxtəlif səyahətlərdə, sərgilərdə və tədbirlərdə iştirak etmişdir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atmışdır. İngilis dili üzrə hazırlıqlara getmişdir. Artıq ingilis dilin mükəmməl bilir. İngilis dili üzrə keçirilən yarışda I olmuş və medal qazanmışdır. Daha sonra III siniflər arasında keçirilən bilik yarışlarında  2 dəfə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. Eyni zamanda IV sinifdə “Azərbaycan dili fənni üzrə  fəalımız” adına layiq görüldüyü üçün təltifnamə almışdır. Əldə etdiyi uğurlara görə valideynlərinə və sinif rəhbəri Aytən müəllimə və ingilis dili müəllimi Göyüşova Əminə xanıma minnətdarlığını bildirir. Gələcəkdə özünü diplomat kimi görmək istəyir. Uğurlu fəaliyyətinə görə millət vəkili Qənirə Paşayevaya oxşamaq istəyir.  Məşğuliyyət kimi isə modelyerlik etmək istəyir. Asudə vaxtlarında kitab oxumağı və əl işləri hazırlamağı  sevir.  Müsahibimiz orta məktəbi müvəffəqiyyətlə bitirərək ali məktəbə daxil olmaq istəyir. Elvira  öz hədəflərinə çatmaq üçün əlindən gələni edəcəyini bildirir. Bizdə öz növbəmizdə bu cür gözəl tərbiyəli, savadlı, vətənimizə və cəmiyyətimizə layiqli övlad böyütdükləri üçün İlahə xanım və İlham bəyə öz minnətdarlığımızı bildiririk. Müsahibimizə uğur hər zaman səni izləsin, yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

ƏKBƏRLİ JALƏ AFƏT qızı

Əkbərli Jalə  Afət qızı 26 dekabr 2005-ci ildə Masallı rayonunda dünyaya gözlərini açmışdır. Jalə uşaqlıqda    toppuş və sevimli bir uşaq olub. Uşaqlıqda gəlinciklə oynamağı çox sevirdi. Jalə məktəbəqədər dövrdə yazıb-oxumağı bilirdi. Bunun üçün ona anası Nəzakət xanım kömək  olmuşdur. Jalənin  4 yaşından  etibarən rəqs etmək bacarığı var. Onda bu maraq  televizora baxaraq yaranmışdır. İbtidai təhsili 35 nömrəli tam orta məktəbdə almışdır. Hal-hazırda isə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsilini  davam etdirir. Dərslərdə çox fəal iştirak edir. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənləri isə azərbaycan dili, fizika və coğrafiyadır. Ən sevdiyi gün dekabr ayının 26-sı 2017-ci ildə olmuşdur. Çünki bu zaman valideynləri, müəllimləri və bütün sinif yoldaşları Jaləyə  süpriz edərək doğum günümü qeyd etmişdirlər. Fəal şagird olan Jalə bir nece bilik yarışmalarında iştirak etmiş və fəxri fərmanla təltif  olunmuşdur. O bu zamana  qədər əldə ətdiyi  nailiyyətlərinə görə valideynlərinə və  müəllimlərinə borclu olduğunu bilidirir. Fəaliyyətilə bağlı atasına bənzəmək istəyir. Gələcəkdə  tərcüməçi  və yaxud aparıcı olmaq istəyir. Əslində daha öncə cərrah olmaq istəyib daha sonra isə fikirlərində dəyişiklik etdib. Nitqinin  çox yaxşı olduğundan  aparıcı olmaq fikrinə düşüb. Boş vaxtlarında hind rəqsi ilə  məşğul olur. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq istəyir.  Universiteti bitirik savadlı bir mütəxəssis olaraq fəaliyyət göstərmək istəyir. Həmçinin ailəsinə dəstək olmaq arzundadır. Bizdə istedadlı müsahibimizə uğurlar arzu edirik. Səsin hər zaman zirvələrdən gəlsin!

10 февраля 2018 г.

Məlikzadə Elcan Abdulla oğlu


Qəhrəmanımız körpəlikdə sakit uşaq olub. Əsas məşğuliyyətləri içərisində ən çox sevdiyi cizgi film izləməkdir. Bunu bütün yaşıdları kimi çox sevir. Elcan məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bunu ona bacısı öyrətmişdi. Təhsilə, oxumağa həvəsi onda 6 yaşından yaranıb. Bu həvəsin yaranmasında anasının da danılmaz rolu olmuşdur.
Məlikzadə Elcan Abdulla oğlu 2008-ci il oktyabrın 29-da Ağstafa şəhərində dünyaya göz açmışdır.
Orta təhsilə Bakı şəhərinin Binəqədi rayonundakı 100 saylı məktəbdə başlamışdır. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur və ən sevimli fənləri arasında Azərbaycan dili, riyaziyyat ilk sırada yer alır.
Ən çox sevdiyi gün doğum günüdür. Çünki hər kəs ona hədiyyə edir. Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü ilk növbədə valideynlərinə borclu bilir.

Elcan istəyir ki, hamı onu özü kimi, məhz olduğu şəxs kimi tanısın. Polis olmaq hədəflərindən biridir. Gələcəkdə işini çox yaxşı bilən bir polis olmaq istəyir və bu istək onda kiçik yaşlardan yaranıb. İnsanların həyatını xilas etmək, cinayət törədərək cəmiyyətə zərər verən insanları cəzalandırmaq istəyir. Gələcəkdə qarşısına qoyduğu məqsədlərdən ilki və demək olar ki, ən vacibi polis olmaqdır.