elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Mircavid Mircavid oğlu Şükürlü

 
 
Mircavid Mircavad oğlu Şükürlü 2005-ci il noyabrın 25-də Bakı şəhərinin Ələt qəsəbəsində anadan olub. Hələ körpəlikdə hiperaktiv, hər şeylə maraqlanan uşaq olub. Çoxlu suallar verməkdən yorulmazdı. 3 yaşından kitab-dəftərə maraq salıb. Ağ kağız üzərində özünəməxsus cızmaqaralar etməyi, atasının aldığı rəngsiz şəkilli albomları rəngləməyi xoşlayırdı. O, hələ məktəbə getməmişdən oxumağa böyük həvəs göstərirdi. Mircavidin həvəsini görən anası onunla məşğul olmağa başlayır. Mircavid 4 yaşında ikən sərbəst yazıb-oxuyurdu.
Mircavid: “ - 2012-ci ildə Ələt qəsəbəsindəki Elman Rzayev adına 127 nömrəli məktəbin I sinfinə qəbul olmuşam. Hazırda həmin məktəbin II sinfini əla qiymətlərlə bitirmişəm. Dərs əlaçısıyam. Bütün fənləri sevməyimlə yanaşı, ən çox riyaziyyat və ingilis dilini sevirəm. İngilis dilində sərbəst danışıram. Məktəbdə keçirilən Novruz bayramı şənliyində, 20 Yanvar, Xocalı faciəsinin anım günü tədbirlərində iştirak etmişəm, şeir demişəm, yaralı əsgər rolunda çıxış etmişəm. Həyatımda ən maraqlı gün I sinfə getməyim olub. Ən uğurlu gün bilik yarışmalarındakı qalibiyyətimdir. Mən Sahil qəsəbəsindəki “Yeni Şəfəq” Tədris Mərkəzi tərəfindən keçirilən bilik yarışmalarında müntəzəm qalib olur, fəxri fərmanlarla mükafatlanmışam. II sinifdə oxumağıma baxmayaraq, III sinif şagirdləri ilə yarışıb, qalibiyyət qazanmışam. 2013-cü ildə I, 2014-cü ildə II sinfi əla qiymətlərlə bitirdiyimə görə fəxri fərmanlar almışam.
Əldə etdiyim nailiyyətlərə görə müəllimlərimə, valideynlərimə borcluyam. Arzum böyüyəndə zabit olmaqdır. Hələ uşaqlılqdan Qarabağ, bəzi rayonlarımızın ermənilər tərəfindən işğal olunması haqqında çox eşitdim, televiziya kanallarında Xocalı faciəsini gördüm. Körpələrin, qocaların, qadınların işgəncə ilə öldürüldüyünü gördükdə məndə erməni faşistlərinə qarşı böyük nifrət oyandı. Bəlkə də bu səbəbdən böyüyüb zabit olmaq, vətənimizin bütövlüyünü, onun müstəqilliyini qorumaq, bayrağımızın həmişə uca zirvələrdə dalğalanmasını görmək mənim arzum olub.
Asudə vaxtlarımda idmanla məşğul oluram. Gözəl rəsmlər də çəkirəm. Rəsmlərimdə əsgərlərimizin döyüş səhnələrini canlandırıram. Fəaliyyətimdə ana, vətən, müəllim və s. haqqında şeir və hekayələr öz əksini tapıb.”
Mircavid tarixin yaddaşında yaşamaq üçün Mübariz İbrahimov kimi oğullarımıza oxşamaq istəyir. Bunun üçün o, əla oxumalı, məktəbi əla qiymətlərlə bitib, Ali Komandirlər Məktəbinə qəbul olmalıdır.

Şeir-Mübariz İbrahimova həsr olunub

Vətənimdən dönmərəm,
Vuruşmaqdan dönmərəm,
Torpaqları olana,
Vuruş, qorxaq deyərəm.

Vətənimi sevərəm,
Ondan ayrı düşmərəm,
Ondan ayrı düşsəm, belə
Onu öpüb düşərəm.

Vətənimi sevərəm,
Ona qurbam deyərəm,
Mən şəhid olsam, belə
Vətənimi sevərəm.

Ana arzusu

Anaların arzusu,
Heç vaxt bitib-tükənməz.
Anam mənim, can Anam,
Sən ey Mehriban anam.
Bir gün gələcək,
Arzun yetəcək,
Anamı çox sevirəm,
Ona “sağ ol” deyirəm.

Surxay Nazim oğlu Nadirzadə

 
Surxay Nazim oğlu Nadirzadə 1 iyul 2002-ci ildə Bakı şəhərində anadan olub. Nənə-babanın sevimlisi olan Surxay uşaq vaxtı çox dəcəl və şıltaq idi. Dəcəl olmasına baxmayaraq istedadı ilə yaşıdlarından seçilirdi. Hələ 3 yaşında ikən boyalarla, karandaşlarla rəsm çəkməyi, şəkilləri səliqə ilə rəngləməyi bacarırdı. 3 yaşlı Surxay ilk dəfə nənəsigilin bağında divarda Günəş şəkli çəkir və nənə mən rəssam olacağam deyir. Valideynləri bunun fərqinə varmır. Uşaq xəyalıdır deyə düşünürlər. Lakin 5 yaşından Surxay çox gözəl at şəkli çəkir. Beləcə balaca rəssam ilk gözəl rəsmini çəkmiş olur. Bundan sonra valideynləri Surxayı Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında rəsm dərnəyinə qoyurlar. Surxay ilk rəsm dərslərini Sara Əfəndiyevadan alır və bu günə qədər də Sara xanım rəssamlığın sirlərini Surxaya öyrədir. Surxayın ən çox sevdiyi məşğuliyyəti rəsm çəkməkdir. Sanki rəsm çəkərkən ətrafdakı heç nəyi eşitmir, duymur. Ən çox yırtıcı heyvanları, mənzərə şəkillərini çəkməyi xoşlayır. Rəsmə marağı rəngli boya jurnallarını boyamaqla başlayır. Boyadığı şəkilləri daha sonra şəkməyə çalışırdı.
İlk dəfə az da olsa, yazmağı-oxumağı anası ilə birlikdə öyrənən Surxay 2008-ci ildə 1-ci sinfə 144 saylı məktəbə gedir. İlk müəllimi Rəfiqə xanım Surxaya yazıb-oxumağı öyrədir. Məktəbdə oxuduğu illər ərzində müxtəlif rəsm müsabiqələrində, tədbirlərdə iştirak edir. İlk uğuru 2012-ci ildə IV sinifdə oxuyarkən olub. 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə keçirilmiş rəsm müsabiqəsində II yer tutur və diplom alır. Bu həmişə övladının addım-addım irəliləməsi, həyatda özünəməxsus yer tutması üçün çalışan ata-ana üçün ilk qalibiyyət sevinci idi. Bunun ardınca 2012-ci il sentyabrın 21-də yenidən rəsm müsabiqəsində iştirak edir. Beynəlxalq Sülh Günü münasibətilə ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Mən sülh elçisiyəm” adlı müsabiqədə sertfikatla təltif olunur. Həmin il 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilən “Bayrağımız qürur mənbəyimizdir” adlı rəsm müsabiqəsində iştirak edir və 2013-cü ildə yenidən bu müsabiqədə iştirak etmək üçün dəvət alır. 2013-cü ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən rəsm müsabiqəsində III yer tutur və yenə də diplomla təltif olunur. 2014-cü il aprel ayında İncəsənət Qalereyasında Hollandiya kralının doğum günü münasibətilə təşkil olunan müsabiqədə iştirak edir və sertifikat alır. Mayın 10-da Binəqədi rayonu üzrə keçirilən Gül bayramında iştirak edir. Çəkdiyi rəsm əsərləri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bəyənilir. İyunun 1-də Binəqədi rayonunun Zərifə Əliyeva parkında Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə iştirak edir. Finca Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə Surxayın rəsm əsərləri sərgilənir və asfalt üzərində şəkil çəkir. Finca Bankın Facebook səhifələrində şəkilləri yer alır. Az.TV və Xəzər TV telekanalları tərəfindən televiziyaya çəkilir.
Surxay əldə etdiyi bütün bu nailiyyətlərə görə müəllimi Sara xanıma borcludur. Eyni zamanda Surxayı irəli çəkməyə çalışan, müxtəlif rəsm müsabiqələrində iştirak etməsinə köməklik edən məktəbin direktoru Raya Allahverdiyeva və tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevaya minnətdardır.
Surxayın dərslərini də yaxşı oxumağa çalışır. Sevimli fənni Azərbaycan tarixidir. Hədəfi gələcəkdə rəssam olub, dövlətimizi xarici ölkələrdə incəsənət sahəsində təmsil etməkdir.
Boş vaxtlarında rəsm çəkmək və basketbol oynamağı, velosiped sürməyi xoşlayır. Tarixdə yaşamaq üçün rəsm sahəsində biliklərimi inkişaf etdirmək, gözəl rəsm əsərləri yaradaraq, məşhur rəssam kimi tanınmaq arzusundadır.

Ramal Rafiq oğlu Məmmədov


Ramala bu adı atası Rafiq müəllim böyük qardaşı Kamalın adına uyğun olaraq qoyub. Ramal hələ kiçik yaşlarından ağlı, düçüncəsi və intellekti ilə seçilirdi. 4 yaşında Bakı şəhəri Binəqədi rayonu 177 saylı  körpələr evi-uşaq bağçasına gedən Ramal burada müəllimlərinin köməyi ilə yazmaq və oxumaq bacarığına yiyələnir. 2011-ci ildə Binəqədi rayonu 248 saylı tam orta məktəbin I sinfinə daxil olub, hazırda həmin məktəbin IV sinfində təhsil alır.
Ramal Rafiq oğlu Məmmədov 2005-ci il yanvarın 12-də Bakı şəhərində doğulub. O bütun fənlərdən əla qiymətlər alır. Ən çox sevdiyi fənn riyaziyyatdır, bu fənnə xüsusi marağı var. Məktəbdaxili elmi yarışlarda fəal iştiak edir. Böyük summativ qiymətləndirmədə əla nəticə göstərdiyi üçün məktəb rəhbərliyi tərəfindən diplomla təltif edilib.
Ramal dərslərindən əlavə sosial fəaliyyətlərlə zəngin bir uşaqdır. Futbol oynamaq onun əsas hobbilərindən biridir. İspaniyanın “Barselona” komandasının fanatıdır. Leonel Messi ən sevdiyi futbolçudur. Futboldan əlavə, 5 yaşından idmanın üzgüçülük növü ilə məşğuldur. Ramal futbol və üzgüçülükdən əlavə dzyü-do ilə də maraqlanır.
Həyatında ən maraqlı, yaddaqalan  gün ilk dəfə məktəbə getdiyi gün olduğun deyir. O gələcəkdə məhşur riyaziyyatçı olmaq istəyir. Məktəbdə müəllimləri və sinif yoldaşları tərəfindən sevilən bir şagirddir. 
İbtidai sinif müəllimi Kamilə Mədətova: “ - Ramal çox saf uşaqdır. Güclü riyazi təfəkkürü, sürətli hesablama qabiliyyəti var. Ən çətin, düşündürücü suallara ağıl və məntiqlə cavab verir. Gələcək həyatında Ramala uğurlar arzu edirəm”.
Ramalın ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etməkdir. Biz də Ramalın arzularına qoşuluruq.

Abbasova Nuranə Bəxtiyar qızı

 
Abbasova Nuranə Bəxtiyar qızı 2005-ci il noyabrın 9-da Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində ziyalı ailəsində doğulub. Ailənin son beşiyi olduğu üçün hamı onu çox sevirdi. Düşüncəli, zehnli, bacarıqlı uşaqdır. İstər məktəbdə, istərsə də mə­həl­lədə uşaqlarla ünsiyyət qurmağı yaxşı bacarır.
Nuranə körpəlikdə sakit uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı ana­sının köməyilə öyrənmişdi. 5-6 yaşlarında Nuranədə təhsilə və digər sahələrə maraq özünü büruzə ver­məyə başladı. I sinfə gedən­də hələ 6 yaşı tamam olma­mışdı. Onu məktəbə qəbul etmədilər. Valideynləri onu Təhsil Nazirliyinə apardı və orada imtahandan müvəffə­qiyyətlə çıxdı. I sinifdən məktəbi əla qiymətlərlə oxu­yur. Müəlliminin sevimlisidir. Cəmilə xanım həmişə Nuranədən razılıq edir. Yaxşı şəkillər çəkir, gözəl əl qabiliyyəti var. Tex­nologiya dərsindən verilən tapşırıqları heç kəsin köməyi olmadan özü kəsib doğrayır, cürbəcür fiqurlar düzəldir.
Sevimli fənləri ana dili və riyaziyyatdır. Novruz bayramı, Yeni il şənliyi, Son zəng kimi tədbirlərdə fəal iştirak edib. Onun istər təhsil sahəsində, istərsə də məktəbin ictimai işlərində uğur qazanmasında ilk müəllimi anasının böyük zəhməti var. 
Nuranə uşaqlıqdan insanlara kömək etmək məqsədilə həkim olmaq qərarına gəlib. 
Asudə vaxtlarını şəkil çəkmək, rəqs etmək, kitab oxumaqla keçirir. Ən çox heyvan şəkiləri çəkməyi, “Nağıllar aləmi” kitabını oxumağı xoşlayır. 
Nuranə təhsil pillələrində yeni-yeni uğurlar əldə etmək istəyir. İlk növbədə orta məktəbi qızıl medalla bitirmək arzusundadır.

Hüseynli Rəvanə Ayyəm qızı

 
Hüseynli Rəvanə Ayyəm qızı 1 aprel 2001-ci ildə Bakı şəhərinin Hövsan kəndində dünyaya göz açıb. E. Cəfərov adına 118 saylı orta məktəbdə təhsil alır.
Rəvanə uşaqlıqda çox şirin, qəşəng uşaq olub. Uşaqlıqdan şəkil çəkməyə böyük həvəsi olub.
Məktəbə gedənə kimi yazmağı-oxumağı bacarırdı. Əlifbadakı bütün hərfləri çox gözəl bilirdi.
Məktəbə gedəndən sonra şəkil çəkmək bacarığı daha çox hiss edildi. Bu istedad onda anadangəlmədir. Heç zaman müəllimi yanına hazırlığa getməyib.
Rəvanə təsviri incəsənə maraq göstərməklə yanaşı dərslərini də normal səviyyədə oxumağa çalışır. Ən sevdiyi fənlər təsviri incəsənət, həndəsə, fizika, coğrafiya, cəbrdir. 20 Yanvar, Xocalı, 8 Mart, 9 May tədbirərində fəal iştirak edib. Çəkdiyi rəsm məktəblər üzrə 31 Dekabr Həmrəylik Günü münasibətilə keçirilən müsabiqədə III yerə layiq görülüb.
Rəvanə: “ - Anama və müəllimlərimə bu həvəsimdə mənə kömək etdiklərinə görə onlara minnətdaram. Televizorda bütün modelyerləri izləyirəm, çox bəyəndiyim Fəxriyə Xələfovadır.
Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Akademiyasına və ya İncəsənət Universitetinə qəbul olmaq, gələcəkdə modelyer olmaq istəyirəm. Uşaqlıqdan bu sənətə böyük həvəsim olub. Asudə vaxtlarımı da rəsm çəkməklə keçirirəm.

Hazırda ən böyük arzum təsviri incəsənət üzrə ali təhsil almaq və Azərbaycanı dünya miqyasında təmsil etməkdir. Və bu işlərimlə Azərbaycanın tarixinində öz dəst-xəttimi qoymaq istərdim.”

Alıyev Eşqin Rövşən oğlu

Alıyev Eşqin Rövşən oğlu 16 sentyabr 2004-cü ildə Tovuz rayon Cilovdarlı kəndində dünyaya göz açıb. Eşqin Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbin IV sinif şagirdidir.
Eşqin körpəliyindən çox mehriban uşaq olub. Ətrafında olan insanlara özünü tez sevdirirdi. Şəkil rəngləməyi, topla oynamağı, maşın sürməyi ən sevimli əyləncəsi idi. Məktəbə gedənə qədər saymağı, yazıb-oxumağı anasının və bağça müəlliminin sayəsində öyrənmişdi. Balaca Eşqin həvəslə məktəbə getmək üçün hazırlaşırdı. Eşqinin valideynləri Azərbaycanın gözəl mahalı, saz-söz sənətinin vətəni olan Tovuzdandırlar. Bu da balaca aşığın saza-sözə maraq göstərməyinin ilkin səbəblərindəndir. Babasının 6 yaşı münasibəti ilə Eşqinə aldığı saz hədiyyəsi onda xüsusi maraq oyatdı.
Eşqin: “ - Dərslərimi yaxşı oxumağa çalışıram. Ən sevimli fənlərim Azərbaycan dili və riyaziyyatdır. Rayonumuzda, məktəbimizdə keçirilən tədbirlərdə, bayram şənliklərində iştirak edirəm. Öz mahnı tövhələrimi sazda ifa edib, dinləyicilərimə çatdırıram. Həyatımda ilk addımım, ilk uğurum mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəbliləri arasında keçirilən “Azərbaycan səninlədir - sənsiz deyil” IV yaradıcılıq festivalında Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunduğum gündür. Bu nailiyyətim üçün saz müəllimim Mübariz Əliyevə xüsusi minnətdarlığımı bildirirəm.
Əldə etdiyim uğurlara görə valideynlərimə valideynlərimə və müəllimlərimə borcluyam. Gələcəkdə savadlı, tanınmış bir insan kimi vətənimə, xalqıma namusumla, vicdanımla xidmət etmək istəyirəm.

Asudə vaxtlarımda saz çalmağı, şeir oxumağı, futbol oynamağı, kompyüterdə oyun oynamağı xoşlayıram. Saz sənəti üzrə məşğuliyyətimi davam etdirmək fikrindəyəm. Böyüyüb savadlı bir diplomat olmaq, vətənimi bütün ölkələrdə təmsil etmək istəyirəm. Bunun üçün səylə çalışıb, müəllimlərimin və valideynlərimin inamını doğruldacağam.”

Hacıyev Əmirxan Rüfət oğlu

Hacıyev Əmirxan Rüfət oğlu 2004-cü il avqustun 20-də Bakı şəhərində anadan olub. Babası Əmirxanın müəllimin doğum günündə dünyaya gəlməsi ailə üçün ikiqat sevincə çevrilib. Elə bu səbəbdən də ona babasının adını veriblər. İndi balaca Əmirxan babasının adını şərəflə daşımağa çalışır.
Uşaqlıqda çox sakit, ağıllı, hər şeylə maraqlanan, həm də səliqəli uşaq olub. Bir müddət rəsm çəkməyə həvəs göstərdi, lakin rəsmə marağı ötəri həvəs olaraq da qaldı. O, məktəbə getməmişdən öncə, 4 yaşında artıq rəqəmləri tanıyır və şeir əzbərləməyi bacarırdı. Beləsə illəri yola verərək məktəb yaşına çatan Əmirxan təhsil pilləsində ilk qədəmlərini Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbdə atdı. Məktəbə qədəm qoyduğu ilk gündən müəlliminin diqqətini cəlb etməyi bacardı.
O, riyaziyyatla bağlı verdiymiz suallara tez cavab verir, məsələ həll etməyi xoşlayırdı. Bacı-qardaşı ev tapşırıqlarını edərkən misallara bacardığı qədər müdaxilə etməyi xoşlayıb.
Əmirxan: “ - Dərslərimi əla səviyyədə oxumağa çalışıram. Ən sevdiyim fənlər riyaziyyat, ingilis dili və həyat bilgisidir. Məktəbdə keçirilən Son zəng, Novruz bayramı şənliklərində ifadəli şeir söyləməklə iştirak etmişəm.
Həyatımda ən maraqlı, uğurlu gün ilk dəfə məktəbə getdiyim günü hesab edirəm, çünki həmin gün mən çox sevinirdim.
Əldə etdiyim nailiyyətlərə görə ilk növbədə anama, sinif rəhbərim Validə xanıma borclu bilirəm. Öz fəaliyyətimdən dolayı  babam Əmirxan müəllimə oxşamaq istərdim. Gələcəkdə diplomat  olmaq istərdim. İlk növbədə məktəbi əla qiymətlərlə bitirib ali məktəbə yüksək balla qəbul olmaq, təhsilimi xarici ölkələrin birində davam  etdirməyi qarşıma məqsəd qoymuşam. Ölkəmiz hal hazırda müharibə şəraitində yaşayır, buna görə də xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, diplomat kimi işğal olunmuş torpaqlarımızın azad olunmasında iştirak edib xalqımızın yaddaşında yaşamaq istəyirəm

Asudə vaxtlarımda adətən ensiklopediya oxuyur  və kompyüter oyunları oynayıram. Dostlarımla futbol oynamağı, velosiped sürməyi xoşlayıram.”

Sadiqzadə Elçin Rauf oğlu

Sadiqzadə Elçin Rauf oğlu 22 oktyabr 2005-ci ildə Fizuli rayon Çimən kəndində anadan olub.
Elçin körpəlikdə çox dəcəl uşaq olub. Maraqlıdır ki, müxtəlifliyi çox sevmir. Həmişə ancaq sevdiyi yeməkləri yemək və sevdiyi paltarları geymək istəyir. Nağıl oxumağı, riyaziyyatdan misal həll etməyi və şəkil çəkməyi çox sevir. O özünə məxsus oyuncaq və suvinerləri qoruyur. Elçin məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi. Çoxlu şəkil çəkir, hesab əməllərini yerinə yetirə bilirdi. Böyük bacıları ona bu işdə köməklərini əsirgəmirdilər.
Elçin Binəqədi qəsəbəsindəki Rövşən İmanov adına 205 saylı orta məktəbin şagirdidir. Məsuliyyətli və qayğıkeş uşaqdır. O məktəbə gecikməyi heç sevmir. Dərslərini hazırlamamış heç bir işlə məşğul olmaz. Çantasını tez-tez yoxlamağı çox sevir. Yaşı az olsa da hər şeyi yüz ölçüb biçir.
Elçin artıq III sinfi əla qiymətlərlə bitirib. Ən sevimli fənni riyaziyyatdır. Məsələ və misal həll etməyi, məntiqi sualları çox sevir. Sinifdə keçirilən bayram tədbirlərində şeir söyləməklə, səhnəciklərdə rollar ifa etməklə iştirak edir.
Məktəbə ilk dəfə getdiyi günü ən yaddaqalan günü hesab edir. Məktəb və ailə gəzintiləri də onun yaddaşında silinməz xatirələr buraxıb.
Elçin: “ - Əldə etdiyim uğurlara görə ailəmə və müəllimlərimə borcluyam. İlk müəllimim Nuriyə xanımı çox sevirəm. Təhsildə müvəffəqiyyət qazanmağəmda onun böyük rolu var.
Orta təhsili başa vurduqdan sonra həkim olmağı qarşıma məqsəd qoymuşam. İnsanların sağlamlığının qeydinə qalmağı özümə borc bilirəm.
Asudə vaxtlarımda kitab oxumağı  xoşlayıram. Ən böyük arzum Qarabağın və işğal olunmuş digər ərazilərimizin azad olunmasıdır. Valideynlərim Qarabağın gözəlliyi haqqında danışdıqca heyran oluram.”

Qədimli Nəzrin Əhliman qızı

Qədimli Nəzrin Əhliman qızı 2004-cü ilin mayın 19-da Bakı şəhərində anadan olub. Uşaqlıqdan hər bir sahəyə maraq göstərib. İlk dil açanda ata və ana sözündən sonra kompyüter sözünü deyib. 2-3 yaşında artıq 5-6 şeir, Azərbaycanın himnini bilirdi. İlk öyrəndiyi şeirlər “Əlifba”, “Müəllim”, “Uşaq və buz” və s. Rəngli karandalarla şəkil çəkməyi, şəkilli kitablara baxmağı çox sevirdi. Sulu boya ilə çox səliqəli işləyirdi. 3 yaşı olanda “Cırtdan”, “Tık-tık xanım”, “Qoğal”, “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıllarını da bilirdi. Başqa uşaqlar kimi oyuncaqlarla oynamağı çox sevirdi. Məktəbə gedəndə yazıb-oxumağı bacarırdı. 2010-cu il sentyabrın 15-də I sinfə qədəm qoymuşdur. İlk gündən istedadı ilə müəllimin diqqətini cəb etmişdir. Çünki sərbəst oxumağı, yazmağı, şəkil çəkməyi, şeir və nağıl danışmağı bacarırdı.
Nəzrin təbiəti sevən, heyvanlara, quşlara, bitkilərə maraq göstərən bir uşaqdır və bu marağa öz şeirlərində də əks etdirmişdir. Məktəbdə öz davranışı və tərbiyəsi ilə seçilir. Hər dəfə müəllimi onun haqqında xoş fikirlər söyləyir.
Nəzrin Binəqədi rayon Biləcəri qəsəbəsindəki E. Əliyev adına 297 saylı məktəbin IV sinfində oxuyur.
Nəzrin: “ Dərslərimdən əla qiymət alıram. Bütün fənləri sevirəm. Çünki hər bir fəndə yeni biliklər öyrənirəm. Dərslərimi əla oxumaqla yanaşı həm də məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edirəm. H. Əliyevin 90-91 illik yubileylərində öz yazdığım “Ulu öndər”, YAP-ın keçirdiyi tədbirdə “Azərbaycan” şeirim ilə çıxış etmişəm. 1990-cı il 20 yanvar şəhidlərinin xatirəsinə albom düzəltmişəm. 26 fevral Xocalı soyqırımı ilə əlaqədar məktəbimizdə keçirilən tədbirlərdə “Yaralandı Xocalım” şeiri söyləmişəm. 31 mart soyqrırımı ilə əlaqədar “31 mart tarixində” şeirini yazmışam.
Həyatımda ən yaddaqalan gün məktəbə qədəm qoyduğum ilk gündür. Çünki elmin açarı bu gündən başlayır. Təhsildə seçildiyimə görə 10 may 2013-cü il tarixində fəxri diplomla təltif olunmuşam. Əldə etdiyim uğur və nailiyyətlərimə görə  müəllimlərmə və valideynlərimə borcluyam.
F. Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin II sinfində təhsil alıram. Məqsədim orta məktəbi və musiqi məktəbini əla qiymətlərlə bitirmək, şeirlərimi kitab şəklində şap etdirmək və yeni uğurlar qazanmaqdır. Gələcəkdə arzum həkim olmaq və xalqımın sağlamlığı keşiyində dayanmaqdır. Anam həkim olduğu üçün bu sənətin insan həyatı üçün nə qədər  xeyir verdiyini hiss etmişəm və daha da həvəslənmişəm.
Asudə vaxtlarımda piano ifa etməyi və təbiəti seyr etməyi çox sevirəm. Şeir yazarkən daha çox vətənpərvərlik mövzusunda yazmağa üstünlük verirəm. Maksimum balı toplayıb ATU-ya qəbul olmaq, musiqidə uğurlar qazanmaq, piano üzrə konsertlərdə çıxış etmək və torpaqlarımız erməni vandallarından azad ediləndən sonra bu torpaqları qarış-qarış gəzmək, qəhrəmanlarımızı tərənnüm edən şeirlər yazmaqdır. Vətənimin dünyada tanınması üçün tibb sahəsində bilinməyən və müalicəsi olmayan xəstəliklərə qarşı yeni müalicə üsulları tapmaq istəyirəm. “Azərbaycan bələdiyyəsi” qəzetinin 9 aprel 2014-cü il tarixindəki nömrəsində “31 mart tarixində” şeirim çap olunub.”

Azərbaycan

Süzür durnalar mavi səmada,
Yürüyür ceyranlar yaşıl tarlada.
Yaşılbaş ördəklər baş vurur suya,
Gözəldir çöllərin, düzlərin Vətən!

Nə qədər zəngindir Ana Təbiətin,
Geniş tarlaların yaşıl düzlərin.
Bol-bol məhsullu taxıl zəmilərin,
Ucaldır başını hər zaman Vətən!

Yeraltı, yerüstü sərvətin boldur,
Meyvələr əkilmiş bağların çoxdur,
Neftin, qara qızılın qiyməti yoxdur,
Dünyada tanıdır səni Ey Vətən!