Sadiqzadə Elçin Rauf oğlu 22 oktyabr 2005-ci ildə
Fizuli rayon Çimən kəndində anadan olub.
Elçin körpəlikdə çox dəcəl uşaq olub. Maraqlıdır
ki, müxtəlifliyi çox sevmir. Həmişə ancaq sevdiyi yeməkləri yemək və sevdiyi
paltarları geymək istəyir. Nağıl oxumağı, riyaziyyatdan misal həll etməyi və şəkil
çəkməyi çox sevir. O özünə məxsus oyuncaq və suvinerləri qoruyur. Elçin məktəbə
gedənə qədər yazıb-oxumağı öyrənmişdi. Çoxlu şəkil çəkir, hesab əməllərini
yerinə yetirə bilirdi. Böyük bacıları ona bu işdə köməklərini əsirgəmirdilər.
Elçin Binəqədi qəsəbəsindəki Rövşən İmanov adına
205 saylı orta məktəbin şagirdidir. Məsuliyyətli və qayğıkeş uşaqdır. O məktəbə
gecikməyi heç sevmir. Dərslərini hazırlamamış heç bir işlə məşğul olmaz. Çantasını
tez-tez yoxlamağı çox sevir. Yaşı az olsa da hər şeyi yüz ölçüb biçir.
Elçin artıq III sinfi əla qiymətlərlə bitirib. Ən
sevimli fənni riyaziyyatdır. Məsələ və misal həll etməyi, məntiqi sualları çox
sevir. Sinifdə keçirilən bayram tədbirlərində şeir söyləməklə, səhnəciklərdə rollar
ifa etməklə iştirak edir.
Məktəbə ilk dəfə getdiyi günü ən yaddaqalan günü
hesab edir. Məktəb və ailə gəzintiləri də onun yaddaşında silinməz xatirələr
buraxıb.
Elçin: “ - Əldə etdiyim uğurlara görə ailəmə və müəllimlərimə
borcluyam. İlk müəllimim Nuriyə xanımı çox sevirəm. Təhsildə müvəffəqiyyət
qazanmağəmda onun böyük rolu var.
Orta təhsili başa vurduqdan sonra həkim olmağı
qarşıma məqsəd qoymuşam. İnsanların sağlamlığının qeydinə qalmağı özümə borc
bilirəm.
Asudə vaxtlarımda kitab oxumağı xoşlayıram. Ən böyük arzum Qarabağın və işğal
olunmuş digər ərazilərimizin azad olunmasıdır. Valideynlərim Qarabağın gözəlliyi
haqqında danışdıqca heyran oluram.”
Комментариев нет:
Отправить комментарий