Surxay Nazim oğlu Nadirzadə
1 iyul 2002-ci ildə Bakı şəhərində anadan olub. Nənə-babanın sevimlisi olan
Surxay uşaq vaxtı çox dəcəl və şıltaq idi. Dəcəl olmasına baxmayaraq istedadı
ilə yaşıdlarından seçilirdi. Hələ 3 yaşında ikən boyalarla, karandaşlarla rəsm
çəkməyi, şəkilləri səliqə ilə rəngləməyi bacarırdı. 3 yaşlı Surxay ilk dəfə nənəsigilin
bağında divarda Günəş şəkli çəkir və nənə mən rəssam olacağam deyir. Valideynləri
bunun fərqinə varmır. Uşaq xəyalıdır deyə düşünürlər. Lakin 5 yaşından Surxay
çox gözəl at şəkli çəkir. Beləcə balaca rəssam ilk gözəl rəsmini çəkmiş olur.
Bundan sonra valideynləri Surxayı Tofiq İsmayılov adına Uşaq Gənclər
Yaradıcılıq Sarayında rəsm dərnəyinə qoyurlar. Surxay ilk rəsm dərslərini Sara Əfəndiyevadan
alır və bu günə qədər də Sara xanım rəssamlığın sirlərini Surxaya öyrədir.
Surxayın ən çox sevdiyi məşğuliyyəti rəsm çəkməkdir. Sanki rəsm çəkərkən ətrafdakı
heç nəyi eşitmir, duymur. Ən çox yırtıcı heyvanları, mənzərə şəkillərini çəkməyi
xoşlayır. Rəsmə marağı rəngli boya jurnallarını boyamaqla başlayır. Boyadığı şəkilləri
daha sonra şəkməyə çalışırdı.
İlk dəfə az da
olsa, yazmağı-oxumağı anası ilə birlikdə öyrənən Surxay 2008-ci ildə 1-ci sinfə
144 saylı məktəbə gedir. İlk müəllimi Rəfiqə xanım Surxaya yazıb-oxumağı öyrədir.
Məktəbdə oxuduğu illər ərzində müxtəlif rəsm müsabiqələrində, tədbirlərdə
iştirak edir. İlk uğuru 2012-ci ildə IV sinifdə oxuyarkən olub. 20 Yanvar faciəsinin
22-ci ildönümü münasibətilə keçirilmiş rəsm müsabiqəsində II yer tutur və
diplom alır. Bu həmişə övladının addım-addım irəliləməsi, həyatda özünəməxsus
yer tutması üçün çalışan ata-ana üçün ilk qalibiyyət sevinci idi. Bunun ardınca
2012-ci il sentyabrın 21-də yenidən rəsm müsabiqəsində iştirak edir. Beynəlxalq
Sülh Günü münasibətilə ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Mən sülh elçisiyəm”
adlı müsabiqədə sertfikatla təltif olunur. Həmin il 9 Noyabr Dövlət Bayrağı
Günü münasibətilə keçirilən “Bayrağımız qürur mənbəyimizdir” adlı rəsm müsabiqəsində
iştirak edir və 2013-cü ildə yenidən bu müsabiqədə iştirak etmək üçün dəvət
alır. 2013-cü ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə
keçirilən rəsm müsabiqəsində III yer tutur və yenə də diplomla təltif olunur. 2014-cü
il aprel ayında İncəsənət Qalereyasında Hollandiya kralının doğum günü münasibətilə
təşkil olunan müsabiqədə iştirak edir və sertifikat alır. Mayın 10-da Binəqədi
rayonu üzrə keçirilən Gül bayramında iştirak edir. Çəkdiyi rəsm əsərləri Binəqədi
rayon İcra Hakimiyyəti tərəfindən bəyənilir. İyunun 1-də Binəqədi rayonunun Zərifə
Əliyeva parkında Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə
iştirak edir. Finca Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə
Surxayın rəsm əsərləri sərgilənir və asfalt üzərində şəkil çəkir. Finca Bankın Facebook
səhifələrində şəkilləri yer alır. Az.TV və Xəzər TV telekanalları tərəfindən
televiziyaya çəkilir.
Surxay əldə etdiyi
bütün bu nailiyyətlərə görə müəllimi Sara xanıma borcludur. Eyni zamanda
Surxayı irəli çəkməyə çalışan, müxtəlif rəsm müsabiqələrində iştirak etməsinə
köməklik edən məktəbin direktoru Raya Allahverdiyeva və tərbiyə işləri üzrə
direktor müavini Kəmalə Mirzəliyevaya minnətdardır.
Surxayın dərslərini
də yaxşı oxumağa çalışır. Sevimli fənni Azərbaycan tarixidir. Hədəfi gələcəkdə
rəssam olub, dövlətimizi xarici ölkələrdə incəsənət sahəsində təmsil etməkdir.
Boş vaxtlarında rəsm çəkmək və basketbol oynamağı,
velosiped sürməyi xoşlayır. Tarixdə yaşamaq üçün rəsm sahəsində biliklərimi
inkişaf etdirmək, gözəl rəsm əsərləri yaradaraq, məşhur rəssam kimi tanınmaq
arzusundadır.
Комментариев нет:
Отправить комментарий