elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Qədimli Nəzrin Əhliman qızı

Qədimli Nəzrin Əhliman qızı 2004-cü ilin mayın 19-da Bakı şəhərində anadan olub. Uşaqlıqdan hər bir sahəyə maraq göstərib. İlk dil açanda ata və ana sözündən sonra kompyüter sözünü deyib. 2-3 yaşında artıq 5-6 şeir, Azərbaycanın himnini bilirdi. İlk öyrəndiyi şeirlər “Əlifba”, “Müəllim”, “Uşaq və buz” və s. Rəngli karandalarla şəkil çəkməyi, şəkilli kitablara baxmağı çox sevirdi. Sulu boya ilə çox səliqəli işləyirdi. 3 yaşı olanda “Cırtdan”, “Tık-tık xanım”, “Qoğal”, “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıllarını da bilirdi. Başqa uşaqlar kimi oyuncaqlarla oynamağı çox sevirdi. Məktəbə gedəndə yazıb-oxumağı bacarırdı. 2010-cu il sentyabrın 15-də I sinfə qədəm qoymuşdur. İlk gündən istedadı ilə müəllimin diqqətini cəb etmişdir. Çünki sərbəst oxumağı, yazmağı, şəkil çəkməyi, şeir və nağıl danışmağı bacarırdı.
Nəzrin təbiəti sevən, heyvanlara, quşlara, bitkilərə maraq göstərən bir uşaqdır və bu marağa öz şeirlərində də əks etdirmişdir. Məktəbdə öz davranışı və tərbiyəsi ilə seçilir. Hər dəfə müəllimi onun haqqında xoş fikirlər söyləyir.
Nəzrin Binəqədi rayon Biləcəri qəsəbəsindəki E. Əliyev adına 297 saylı məktəbin IV sinfində oxuyur.
Nəzrin: “ Dərslərimdən əla qiymət alıram. Bütün fənləri sevirəm. Çünki hər bir fəndə yeni biliklər öyrənirəm. Dərslərimi əla oxumaqla yanaşı həm də məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edirəm. H. Əliyevin 90-91 illik yubileylərində öz yazdığım “Ulu öndər”, YAP-ın keçirdiyi tədbirdə “Azərbaycan” şeirim ilə çıxış etmişəm. 1990-cı il 20 yanvar şəhidlərinin xatirəsinə albom düzəltmişəm. 26 fevral Xocalı soyqırımı ilə əlaqədar məktəbimizdə keçirilən tədbirlərdə “Yaralandı Xocalım” şeiri söyləmişəm. 31 mart soyqrırımı ilə əlaqədar “31 mart tarixində” şeirini yazmışam.
Həyatımda ən yaddaqalan gün məktəbə qədəm qoyduğum ilk gündür. Çünki elmin açarı bu gündən başlayır. Təhsildə seçildiyimə görə 10 may 2013-cü il tarixində fəxri diplomla təltif olunmuşam. Əldə etdiyim uğur və nailiyyətlərimə görə  müəllimlərmə və valideynlərimə borcluyam.
F. Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin II sinfində təhsil alıram. Məqsədim orta məktəbi və musiqi məktəbini əla qiymətlərlə bitirmək, şeirlərimi kitab şəklində şap etdirmək və yeni uğurlar qazanmaqdır. Gələcəkdə arzum həkim olmaq və xalqımın sağlamlığı keşiyində dayanmaqdır. Anam həkim olduğu üçün bu sənətin insan həyatı üçün nə qədər  xeyir verdiyini hiss etmişəm və daha da həvəslənmişəm.
Asudə vaxtlarımda piano ifa etməyi və təbiəti seyr etməyi çox sevirəm. Şeir yazarkən daha çox vətənpərvərlik mövzusunda yazmağa üstünlük verirəm. Maksimum balı toplayıb ATU-ya qəbul olmaq, musiqidə uğurlar qazanmaq, piano üzrə konsertlərdə çıxış etmək və torpaqlarımız erməni vandallarından azad ediləndən sonra bu torpaqları qarış-qarış gəzmək, qəhrəmanlarımızı tərənnüm edən şeirlər yazmaqdır. Vətənimin dünyada tanınması üçün tibb sahəsində bilinməyən və müalicəsi olmayan xəstəliklərə qarşı yeni müalicə üsulları tapmaq istəyirəm. “Azərbaycan bələdiyyəsi” qəzetinin 9 aprel 2014-cü il tarixindəki nömrəsində “31 mart tarixində” şeirim çap olunub.”

Azərbaycan

Süzür durnalar mavi səmada,
Yürüyür ceyranlar yaşıl tarlada.
Yaşılbaş ördəklər baş vurur suya,
Gözəldir çöllərin, düzlərin Vətən!

Nə qədər zəngindir Ana Təbiətin,
Geniş tarlaların yaşıl düzlərin.
Bol-bol məhsullu taxıl zəmilərin,
Ucaldır başını hər zaman Vətən!

Yeraltı, yerüstü sərvətin boldur,
Meyvələr əkilmiş bağların çoxdur,
Neftin, qara qızılın qiyməti yoxdur,
Dünyada tanıdır səni Ey Vətən!

Комментариев нет:

Отправить комментарий