Hacıyev Əmirxan Rüfət oğlu 2004-cü il avqustun 20-də
Bakı şəhərində anadan olub. Babası Əmirxanın müəllimin doğum günündə dünyaya gəlməsi
ailə üçün ikiqat sevincə çevrilib. Elə bu səbəbdən də ona babasının adını
veriblər. İndi balaca Əmirxan babasının adını şərəflə daşımağa çalışır.
Uşaqlıqda çox sakit, ağıllı, hər şeylə maraqlanan, həm
də səliqəli uşaq olub. Bir müddət rəsm çəkməyə həvəs göstərdi, lakin rəsmə
marağı ötəri həvəs olaraq da qaldı. O, məktəbə getməmişdən öncə, 4 yaşında
artıq rəqəmləri tanıyır və şeir əzbərləməyi bacarırdı. Beləsə illəri yola verərək
məktəb yaşına çatan Əmirxan təhsil pilləsində ilk qədəmlərini Binəqədi qəsəbəsindəki
R. İmanov adına 205 saylı orta məktəbdə atdı. Məktəbə qədəm qoyduğu ilk gündən
müəlliminin diqqətini cəlb etməyi bacardı.
O, riyaziyyatla bağlı verdiymiz suallara tez cavab
verir, məsələ həll etməyi xoşlayırdı. Bacı-qardaşı ev tapşırıqlarını edərkən
misallara bacardığı qədər müdaxilə etməyi xoşlayıb.
Əmirxan: “ - Dərslərimi əla səviyyədə oxumağa
çalışıram. Ən sevdiyim fənlər riyaziyyat, ingilis dili və həyat bilgisidir. Məktəbdə
keçirilən Son zəng, Novruz bayramı şənliklərində ifadəli şeir söyləməklə iştirak
etmişəm.
Həyatımda ən maraqlı, uğurlu gün ilk dəfə məktəbə
getdiyim günü hesab edirəm, çünki həmin gün mən çox sevinirdim.
Əldə etdiyim nailiyyətlərə görə ilk növbədə anama, sinif
rəhbərim Validə xanıma borclu bilirəm. Öz fəaliyyətimdən dolayı babam Əmirxan müəllimə oxşamaq istərdim. Gələcəkdə
diplomat olmaq istərdim. İlk növbədə məktəbi
əla qiymətlərlə bitirib ali məktəbə yüksək balla qəbul olmaq, təhsilimi xarici
ölkələrin birində davam etdirməyi
qarşıma məqsəd qoymuşam. Ölkəmiz hal hazırda müharibə şəraitində yaşayır, buna
görə də xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, diplomat kimi işğal
olunmuş torpaqlarımızın azad olunmasında iştirak edib xalqımızın yaddaşında
yaşamaq istəyirəm
Asudə vaxtlarımda adətən ensiklopediya oxuyur və kompyüter oyunları oynayıram. Dostlarımla
futbol oynamağı, velosiped sürməyi xoşlayıram.”
Комментариев нет:
Отправить комментарий