Alıyev Eşqin Rövşən oğlu 16 sentyabr 2004-cü ildə Tovuz
rayon Cilovdarlı kəndində dünyaya göz açıb. Eşqin Binəqədi qəsəbəsindəki R.
İmanov adına 205 saylı orta məktəbin IV sinif şagirdidir.
Eşqin körpəliyindən çox mehriban uşaq olub.
Ətrafında olan insanlara özünü tez sevdirirdi. Şəkil rəngləməyi, topla
oynamağı, maşın sürməyi ən sevimli əyləncəsi idi. Məktəbə gedənə qədər saymağı,
yazıb-oxumağı anasının və bağça müəlliminin sayəsində öyrənmişdi. Balaca Eşqin
həvəslə məktəbə getmək üçün hazırlaşırdı. Eşqinin valideynləri Azərbaycanın gözəl
mahalı, saz-söz sənətinin vətəni olan Tovuzdandırlar. Bu da balaca aşığın
saza-sözə maraq göstərməyinin ilkin səbəblərindəndir. Babasının 6 yaşı münasibəti
ilə Eşqinə aldığı saz hədiyyəsi onda xüsusi maraq oyatdı.
Eşqin: “ - Dərslərimi yaxşı oxumağa çalışıram. Ən
sevimli fənlərim Azərbaycan dili və riyaziyyatdır. Rayonumuzda, məktəbimizdə
keçirilən tədbirlərdə, bayram şənliklərində iştirak edirəm. Öz mahnı tövhələrimi
sazda ifa edib, dinləyicilərimə çatdırıram. Həyatımda ilk addımım, ilk uğurum mərhum
prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi
rayon orta ümumtəhsil məktəbliləri arasında keçirilən “Azərbaycan səninlədir - sənsiz
deyil” IV yaradıcılıq festivalında Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən
fəxri fərmanla təltif olunduğum gündür. Bu nailiyyətim üçün saz müəllimim
Mübariz Əliyevə xüsusi minnətdarlığımı bildirirəm.
Əldə etdiyim uğurlara görə valideynlərimə valideynlərimə
və müəllimlərimə borcluyam. Gələcəkdə savadlı, tanınmış bir insan kimi vətənimə,
xalqıma namusumla, vicdanımla xidmət etmək istəyirəm.
Asudə vaxtlarımda saz çalmağı, şeir oxumağı, futbol
oynamağı, kompyüterdə oyun oynamağı xoşlayıram. Saz sənəti üzrə məşğuliyyətimi
davam etdirmək fikrindəyəm. Böyüyüb savadlı bir diplomat olmaq, vətənimi bütün
ölkələrdə təmsil etmək istəyirəm. Bunun üçün səylə çalışıb, müəllimlərimin və
valideynlərimin inamını doğruldacağam.”
Комментариев нет:
Отправить комментарий