elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 марта 2015 г.

Aysel Səfər qızı Qurbanzadə





Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri də  Aysel Səfər qızı Qurbanzadədir. Aysel 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki,  Aysel körpəlikdən çox sakit uşaq olub, şəkil çəkməyi, şəkilləri rəngləməyi çox xoşlayırdı. O,  həm də gəlinciyə paltarlar tikməyə, kağızdan ona paltarlar düzəltməyə çalışırdı. Məktəbə gedənə qədər yazıb-oxumağa özü həvəs göstərib.
Aysel 6 yaşında 276 saylı orta məktəbin I sinfinə daxil olub və hazırda orada təhsilini davam etdirir.
Müəllimlərinin, valideynlərinin etimadını hər zaman doğruldur. Aysel əlaçıdır, ən çox sevdiyi fənlər Azərbaycan dili və təsviri incəsənətdir. O, məktəblərində təşkil olunan bütün tədbirlərdə fəallıqla iştirak edir.
Əlaçı olduğuna görə Aysel valideynlərinə və müəllimlərinə borclu olduğunu düşünür. O, daha dəqiq rəsm əsərləri çəkmək istəyir. Uşaqlıqdan ən böyük arzusu rəssam və modelyer olmaqdır.
Asudə vaxtlarında şəkil cəkməyi çox sevir. Əsasən təbiət, qadın və nağıl qəhrəmanlarının rəsmlərini çəkir. Onun əsas hədəfi yüksək balla ali məktəbə qəbul olmaq və vətənə layiqli övlad olmaqdır.

Məqsədi, arzuları böyük olan Ayselə biz də dərslərində uğur, müvəffəqiyyətlər diləyirik.

20 марта 2015 г.

Mehriban Mehman qızı Rzazadə

Qəhrəmanımız körpəlikdə tez dil açıb. Bir yaşında sərbəst olmasa da artıq danışa bilirdi. Hər kəsin sevimlisi idi. Çox sual verirdi. Hər cavaba da qane olmurdu. Uşağı dolğun məlumatlandırmaq üçün valideynləri səbrlə hər şeyi ona başa salırdı. Bir az böyüyəndən sonra valideynləri ona “Uşaq ensklopediyası” və "Məktəblinin izahlı lüğəti" kitabını alıb ki, suallarına cavab tapsın. Amma suallar yenə kəsilmirdi. Əksər uşaqlar kimi o da rəsm çəkməyi xoşlayırdı. Amma rəssam olmaq ağlına belə gəlmirdi.
Məktəbəqədər hazırlığa iki ay gedib. Amma onun bu həddə çatmağında anası Leyla xanımın böyük zəhməti indi də var. Öz prinsipallığı da daha böyük uğurlar əldə etməsinə stimul verir.
Mehriban rəssam olmaq fikrində deyildi. Birdən-birə modelyer olmaq fikrinə düşdü. Sonra məlum oldu ki, bunun üçün qabiliyyət imtahanı verməlidi. Ona görə qonşuluqda Rəssamlıq Akademiyasında oxuyan bir qızın yanına bəzi şeyləri öyrənmək üçün bir neçə ay getdi. Elə birinci gündən qız dedi ki, Mehriban istedadlıdır. Bu sözlər valideynlərini də həvəsləndirdi, Mehribanı da. Çəkdiyi rəsmlərə valideynləri belə inana bilmirdi.
Tura xanımla tanış olduqdan sonra, onun Mehriban haqqındakı fikirləri valideynlərinin fikrini tam dəqiqləşdirməyə imkan verdi. Valideynləri bunun üçün qonşuları Nərminə və öz bacarığı, istedadı və ağıllı fikirləri ilə Mehribanı düzgün istiqamətləndirən Tura Dünyamalıyevaya dərin təşəkkürlərini bildirir.
Mehriban Mehman qızı Rzazadə 28 dekabr 1998-ci ildə anadan olub.
İlk təhsilini Lənkəran şəhəri Vaqif Əliyev adına Humanitar Təmayüllü Məktəb-liseydə alıb. Hazırda Bakının Yasamal rayonundakı 286 saylı orta məktəbdə təhsil alır.
Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənlər rus dili və riyaziyyatdır.
"Ramazanı təsvir et", "Almaniya bir rəssamın gözündə", "21 Sentyabr Beynəlxalq Sülh günü", "Karikatura", "RedBull doodle art" və s. sərgilərdə iştirak edib. Diplom və sertifikatlarla təltif edilib.
Mehriban əldə etdiyi uğurlara görə müəllimləri və onu dəstəkləyib hər zaman yanında olan ailəsinə borcludu. Tura xanım kimi rəssamlığın hər bir sahəsində bacarıqlı olmaq istəyir.
Şəkil çəkməyi, paltarlara dizayn verməyi sevdiyi üçün modelyer və rəssam olmaq istəyir.
Asudə vaxtlarında şəkil çəkmək və mahnıya qulaq asmağı xoşlayır.
ADRA-na daxil olmaq, təhsilini başa vurduqdan sonra məhşur modelyerlərdən biri kimi sənətində uğurlu addımlar atmaq istəyir. Sənətində yüksəklərə qalxaraq tarixin yaddaşında qalmaq arzusundadır.

Sülh günü müsabiqəsində çəkdiyi "Dünyaya sülh" mövzusunda olan rəsmi Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış kataloqda dərc edilmişdir. 

Səfərova Aygün Ədalət qızı

Səfərova Aygün Ədalət qızı 25 may 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Aygünün adını nənəsi Cəvahir xanım qoyub. Uşaq yaşlarından təbiətə, heyvanlara marağı çox olub. Gəzdiyi yerlərdə rəsmlər çəkməyi xoşlayırdı. Daha bir məşğuliyyəti isə kiçik yaşlarından idmana olan həvəsi idi.
Aygün 2001-ci ildə Binəqədi qəsəbəsində yerləşən Rövsən İmanov adına 205 nömrəli məktəbin I sinifinə gedib, 2012-ci ildə həmin məktəbin məzunu olub.
Hazırda Azərbaycan Dövlət Pedaqoji universitetində təhsil alır. Aygunun əlavə məşğuliyyəti yox, nəfəs aldığı kimi bildiyi bir sənəti də var rəssamlıq. Aygun kiçik yaşlarindan qardaşinin çəkdiyi şəkillərə baxib özu-özunə sual verərdi, mən də nə vaxtsa bacaracam? Zaman keçdikcə bu sahəyə maraği daha da artır. Onun fikrincə bu qabiliyyət ona irsən ailəsinən keçib, çunki anası Ruxsanə xanım da bacarıqlı xalça ustasıdı.
Ali təhsil ocağındada dərslərində uğurludur, çunki sevdiyi fakültədə oxuyur. Ali məktəbdədə sərgilərdə iştirak edib, hazırda da sərgilərdə fəal iştirak edir və diplomlarla təltif olunur.

Aygunun arzularından biri də gələcəkdə tanınmış rəssam, uğurlu karyera qurmuş gənc kimi yetişməkdir.

Aslan Anar oğlu Məmmədli

Azərbaycanın gələcəyi olan istedadlı yeniyetmələrimizdən biri də Aslan Anar oğlu Məmmədlidir. O, 13 fevral 2005-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarında sakit uşaq olan Aslan musiqi dinləmək, nağıllara qulaq asmaq və velosiped sürməyi çox xoşlayırdı. 
Məktəbə gedənə qədər yazıb-oxumağı nənəsi ona öyrətmişdir. Eyni zamanda da 4-5 yaşlarında Azərbaycan dili və riyaziyyata anası onda maraq yaratmışdır. Aslan ilk təhsilinə 8 saylı orta məktəbdə başlamışdır. Hazırda isə təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada davam etdirir. O, dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat, idman və informatikadır. Aslan bununla yanaşı məktəbin ictimai işlərində də aktiv iştirakı ilə seçilir. I sinifdə keçirilən ənənəvi “Əlifba” bayramında “Buratino” tamaşasında Karabas-Barabas rolunu ifa etmiş, digər tamaşada isə padşah obrazını canlandırmışdır. Bundan əlavə, III və IV siniflər arasında keçirilən bilik yarışında qazandıqları qələbədən dolayı Aslan da mükafatlandırılmış və iki diplom ilə təltif olunmuşdur. 
Hazırda Aslan rəsm və musiqi ilə də məşğul olur. Təbiət şəkilləri çəkməyi, klassik musiqi dinləməyə üstünlük verir. Gələcəkdə məktəbi uğurla bitirib ali məktəbə daxil olmaq istəyən Aslan babası kimi savadlı mühəndis olmaq istəyir. Ona gələcək həyatında uğurlar arzulayırıq.

19 марта 2015 г.

Əsmər Bahadur qızı Abbaslı

Vətənimizin istedadlı övladlarından biri də Əsmər Bahadur qızı Abbaslıdır. O 23 iyun 2006-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Əsmər uşaqlıqdan çox hərəkətli, enerjili və hər şeylə maraqlanan olmuş oyuncaqları ilə oynamağı, cizgi fimlərinə baxmağı çox xoşlayırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Həmçinin uşaq bağçasına getmişdir ki, burada təşkil olunan tədbirlərdə aktiv iştirakı ilə seçilib.
O, məktəbə qədər hazırlıq, eləcə də rus və ingilis dili kurslarına getmişdir.
2012-ci ildən Əsmər General M. Əsədov adına 29 saylı məktəbdə təhsil alır. Hazırda həmin məktəbin III sinif şagirdidir. O, dərslərini əla oxuyur. Ən sevimli fənləri riyaziyyat və məntiqdir. Məntiq fənnini maraqlı və çətin, qeyri standart təhlil tələb edən suallara görə sevir. Riyaziyyat fənnində isə maraqlı misallar və tənliklərə üstünlük verir.
Sinif rəhbəri Solmaz Yusifova ondan razıdır. Çalışqan və məntiqli bir qız olduğunu deyir. Əsmər əlaçı olmaqla yanaşı məktəbin ictimai işlərində də aktivliyi ilə seçilir. Belə ki, məktəbdə keçirilən tədbirlərdə, Yeni il və Novruz şənliklərində, FHN-in təşkil etdiyi tədbirlərdə aktiv iştirak etmişdir.
Hər dərs ilinin sonunda əlaçı olduğuna və nümunəvi davranışına görə diplomlarla təltif olunur.
Boş vaxtlarında rəsm çəkməyi, kitab oxumağı, valideynləri ilə gəzməyi çox xoşlayan Əsmər müəyyən vaxt akrobatika və rəqslə də məşğul olmuşdur. Valideynləri kimi həkim olmaq istəyir.
Gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.

Hüseyn Bahadur oğlu Abbaslı

Azərbaycanımızın istedadlı övladlarından biri də Hüseyn Bahadur oğlu Abbaslıdır. O, 13 dekabr 2003-cü il tarixində Bakı şəhərində anadan olmuşdur.
Hüseyn uşaqlıqdan dəcəl, enerjili və hər şeylə maraqlanan olmuşdur. Oyuncaqlarından müxtəlif, maraqlı şeylər düzəldirdi. Belə ki, köhnə və lazımsız cihazları söküb onların işləmə mexanizmi ilə tanış olurdu. Hüseyn məktəbə gedənə qədər yazıb-oxumağı, saymağı bacarırdı. O, uşaq bağçasına da getmiş və orada təşkil olunan tədbirlərin çoxunda iştirak etmişdir. Həmçinin məktəbə qədər hazırlıq kurslarına, rus və ingilis dili dərnəklərinə  getmişdir.
O, 2009-cu ildə Xətai rayonu General Məmməd Əsədov adına 29 saylı orta məktəbdə təhsilə başlayıb. Hazırda həmin məktəbin VI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri riyaziyyat, fizika və coğrafiyadır. Təbiətdə baş verən hadisələr, fiziki qanunlar onu çox maraqlandırırdı.
Asudə vaxtlarında müxtəlif fiziki hadisələri atası ilə eksperiment halında tətbiq etməyə çalışır. Sinif rəhbəri Rəna Həsənova da ondan çox razıdır, ağıllı və məntiqli bir şagird olduğunu deyir. Hüseyn məktəbin ictimai işlərində də aktiv iştirak edir. Tədbirlərdə, elmi diskussiyalarda yaxından iştirak edir. O , V sinifdə oxuyarkən fizika fənni keçmədiyi halda bu sahədə uğur qazanaraq fəxri fərmanla təltif olunmuşdur. Hüseyn hər dərs ilinin yekununda əlaçı olduğu üçün diplomla mükafatlandırılır.
O, asudə vaxtlarında kitab oxumağı, velosiped sürməyi, təbiət barədə verilişlər izləməyi çox xoşlayır. Hətta müəyyən vaxtda aykido və üzgüçülüklə məşğul olmuşdur. Hüseyn məktəbi əla qiymətlərlə biitirib dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almaq istəyir. Məqsədi valideynləri kimi həkim olmaqdır.
Gələcəkdə elmi kəşflərlə tarixin yaddaşında yaşamaq istəyir. Ona bu yolda uğurlar diləyirik. 

Kərimov Murad Zaur oğlu

Kərimov Murad Zaur oğlu 2 yanvar 2003-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsində anadan olmuşdur. O körpəlikdə çox aktiv idi. İcəsənətə böyük marağı var idi. 4 yaşından rəqs dərnəyinə gedib. Rəsmə olan marağı 5-6 yaşlarından yaranmışdır. Özü müxtəlif əşyalara və mənzərələrə baxıb onları kiçik vərəqlərə çəkirdi. Nənəsi onda bu marağı görüb onu xüsusi rəsm dərnəyinə yazdırdı. Məktəbə gedənə qədər hazırlıq kurslarına yazılmış və müəllimlər tərəfindən xüsusi dərslər almışdı.
Hazırda Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə 5a sinifində təhsil alır. O məktəbdə uşaqların hüquqları haqqında tədbirdə iştirak etmişdir. Orada uşaq hüquqlarına aid rəsm çəkib.
Asudə vaxtlarında yalnız rəsmlə məşğul olur və bütün mövzuya aid rəsm çəkməyə üstünlük verir. Murad müsahibəsində bildirir ki, ilk dəfə rəsm dərnəyinə getdiyi gün onun üçün ən uğurlu və maraqlı gün idi. Çünki bu onun çoxdankı arzusu idi.
2012-ci ildə isə o bilgisayar kurslarını tərifnamə ilə bitirib.

Əldə etdiyi uğura görə özünü nənəsinə borclu hesab edir. Ən böyük arzusu isə görkəmli rəssam olmaqdır. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Akademiyasına qəbul olmaq və təhsilini orada davam etdirmək istəyir. Fəaliyyəti ilə bağlı ən uca zirvəyə yüksəlmək istədiyini də bildirib. O televizorda rəssamlarımızın əl işlərinin sərgisini görüb onlar kimi rəssamlıq zirvəsinə ucalmaq istədiyini, eyni zamanda gözəl rəsmlər çəkib Azərbaycandan kənarda da tanınmaq istəydiyini qeyd edir.