Azərbaycanımızın istedadlı övladlarından biri də Hüseyn
Bahadur oğlu Abbaslıdır. O, 13 dekabr 2003-cü il tarixində Bakı şəhərində
anadan olmuşdur.
Hüseyn uşaqlıqdan dəcəl, enerjili və hər şeylə
maraqlanan olmuşdur. Oyuncaqlarından müxtəlif, maraqlı şeylər düzəldirdi. Belə
ki, köhnə və lazımsız cihazları söküb onların işləmə mexanizmi ilə tanış
olurdu. Hüseyn məktəbə gedənə qədər yazıb-oxumağı, saymağı bacarırdı. O, uşaq
bağçasına da getmiş və orada təşkil olunan tədbirlərin çoxunda iştirak
etmişdir. Həmçinin məktəbə qədər hazırlıq kurslarına, rus və ingilis dili dərnəklərinə getmişdir.
O, 2009-cu ildə Xətai rayonu General Məmməd Əsədov adına
29 saylı orta məktəbdə təhsilə başlayıb. Hazırda həmin məktəbin VI sinif
şagirdidir. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri riyaziyyat, fizika və
coğrafiyadır. Təbiətdə baş verən hadisələr, fiziki qanunlar onu çox
maraqlandırırdı.
Asudə vaxtlarında müxtəlif fiziki hadisələri atası ilə
eksperiment halında tətbiq etməyə çalışır. Sinif rəhbəri Rəna Həsənova da ondan
çox razıdır, ağıllı və məntiqli bir şagird olduğunu deyir. Hüseyn məktəbin
ictimai işlərində də aktiv iştirak edir. Tədbirlərdə, elmi diskussiyalarda
yaxından iştirak edir. O , V sinifdə oxuyarkən fizika fənni keçmədiyi halda bu
sahədə uğur qazanaraq fəxri fərmanla təltif olunmuşdur. Hüseyn hər dərs ilinin
yekununda əlaçı olduğu üçün diplomla mükafatlandırılır.
O, asudə vaxtlarında kitab oxumağı, velosiped sürməyi,
təbiət barədə verilişlər izləməyi çox xoşlayır. Hətta müəyyən vaxtda aykido və
üzgüçülüklə məşğul olmuşdur. Hüseyn məktəbi əla qiymətlərlə biitirib dünyanın ən
nüfuzlu universitetlərinin birində təhsil almaq istəyir. Məqsədi valideynləri
kimi həkim olmaqdır.
Gələcəkdə elmi kəşflərlə
tarixin yaddaşında yaşamaq istəyir. Ona bu yolda uğurlar diləyirik.
Комментариев нет:
Отправить комментарий