Vətənimizin istedadlı övladlarından biri də Əsmər
Bahadur qızı Abbaslıdır. O 23 iyun 2006-cı il tarixində Bakı şəhərində anadan
olmuşdur. Əsmər uşaqlıqdan çox hərəkətli, enerjili və hər şeylə maraqlanan
olmuş oyuncaqları ilə oynamağı, cizgi fimlərinə baxmağı çox xoşlayırdı. Məktəbə
gedənə qədər yazıb-oxumağı bacarırdı. Həmçinin uşaq bağçasına getmişdir ki,
burada təşkil olunan tədbirlərdə aktiv iştirakı ilə seçilib.
O, məktəbə qədər hazırlıq, eləcə də rus və ingilis dili
kurslarına getmişdir.
2012-ci ildən Əsmər General M. Əsədov adına 29 saylı məktəbdə
təhsil alır. Hazırda həmin məktəbin III sinif şagirdidir. O, dərslərini əla
oxuyur. Ən sevimli fənləri riyaziyyat və məntiqdir. Məntiq fənnini maraqlı və çətin,
qeyri standart təhlil tələb edən suallara görə sevir. Riyaziyyat fənnində isə
maraqlı misallar və tənliklərə üstünlük verir.
Sinif rəhbəri Solmaz Yusifova ondan razıdır. Çalışqan
və məntiqli bir qız olduğunu deyir. Əsmər əlaçı olmaqla yanaşı məktəbin ictimai
işlərində də aktivliyi ilə seçilir. Belə ki, məktəbdə keçirilən tədbirlərdə, Yeni
il və Novruz şənliklərində, FHN-in təşkil etdiyi tədbirlərdə aktiv iştirak
etmişdir.
Hər dərs ilinin sonunda əlaçı olduğuna və nümunəvi
davranışına görə diplomlarla təltif olunur.
Boş vaxtlarında rəsm çəkməyi, kitab oxumağı, valideynləri
ilə gəzməyi çox xoşlayan Əsmər müəyyən vaxt akrobatika və rəqslə də məşğul
olmuşdur. Valideynləri kimi həkim olmaq istəyir.
Gələcək fəaliyyətində
ona uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий