Səfərova Aygün Ədalət qızı 25 may 1994-cü ildə Bakı şəhərində
anadan olmuşdur. Aygünün adını nənəsi Cəvahir xanım qoyub. Uşaq yaşlarından təbiətə,
heyvanlara marağı çox olub. Gəzdiyi yerlərdə rəsmlər çəkməyi xoşlayırdı. Daha bir
məşğuliyyəti isə kiçik yaşlarından idmana olan həvəsi idi.
Aygün 2001-ci ildə Binəqədi qəsəbəsində yerləşən Rövsən
İmanov adına 205 nömrəli məktəbin I sinifinə gedib, 2012-ci ildə həmin məktəbin
məzunu olub.
Hazırda Azərbaycan Dövlət Pedaqoji universitetində təhsil
alır. Aygunun əlavə məşğuliyyəti yox, nəfəs aldığı kimi bildiyi bir sənəti də
var rəssamlıq. Aygun kiçik yaşlarindan qardaşinin çəkdiyi şəkillərə baxib
özu-özunə sual verərdi, mən də nə vaxtsa bacaracam? Zaman keçdikcə bu sahəyə
maraği daha da artır. Onun fikrincə bu qabiliyyət ona irsən ailəsinən keçib,
çunki anası Ruxsanə xanım da bacarıqlı xalça ustasıdı.
Ali təhsil ocağındada dərslərində uğurludur, çunki
sevdiyi fakültədə oxuyur. Ali məktəbdədə sərgilərdə iştirak edib, hazırda da sərgilərdə
fəal iştirak edir və diplomlarla təltif olunur.
Aygunun arzularından biri də gələcəkdə tanınmış rəssam,
uğurlu karyera qurmuş gənc kimi yetişməkdir.
Комментариев нет:
Отправить комментарий