Qəhrəmanımız körpəlikdə tez dil açıb. Bir yaşında sərbəst
olmasa da artıq danışa bilirdi. Hər kəsin sevimlisi idi. Çox sual verirdi. Hər
cavaba da qane olmurdu. Uşağı dolğun məlumatlandırmaq üçün valideynləri səbrlə
hər şeyi ona başa salırdı. Bir az böyüyəndən sonra valideynləri ona “Uşaq ensklopediyası” və "Məktəblinin izahlı lüğəti" kitabını
alıb ki, suallarına cavab tapsın. Amma suallar yenə kəsilmirdi. Əksər uşaqlar
kimi o da rəsm çəkməyi xoşlayırdı. Amma rəssam olmaq ağlına belə gəlmirdi.
Məktəbəqədər hazırlığa iki ay gedib. Amma onun bu həddə
çatmağında anası Leyla xanımın böyük zəhməti indi də var. Öz prinsipallığı da
daha böyük uğurlar əldə etməsinə stimul verir.
Mehriban rəssam olmaq fikrində deyildi. Birdən-birə
modelyer olmaq fikrinə düşdü. Sonra məlum oldu ki, bunun üçün qabiliyyət
imtahanı verməlidi. Ona görə qonşuluqda Rəssamlıq Akademiyasında oxuyan bir
qızın yanına bəzi şeyləri öyrənmək üçün bir neçə ay getdi. Elə birinci gündən
qız dedi ki, Mehriban istedadlıdır. Bu sözlər valideynlərini də həvəsləndirdi,
Mehribanı da. Çəkdiyi rəsmlərə valideynləri belə inana bilmirdi.
Tura xanımla tanış olduqdan sonra, onun Mehriban
haqqındakı fikirləri valideynlərinin fikrini tam dəqiqləşdirməyə imkan verdi. Valideynləri
bunun üçün qonşuları Nərminə və öz bacarığı, istedadı və ağıllı fikirləri ilə
Mehribanı düzgün istiqamətləndirən Tura Dünyamalıyevaya dərin təşəkkürlərini
bildirir.
Mehriban Mehman qızı Rzazadə 28 dekabr 1998-ci ildə
anadan olub.
İlk təhsilini Lənkəran şəhəri Vaqif Əliyev adına
Humanitar Təmayüllü Məktəb-liseydə alıb. Hazırda Bakının Yasamal rayonundakı 286
saylı orta məktəbdə təhsil alır.
Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənlər rus dili və
riyaziyyatdır.
"Ramazanı təsvir et", "Almaniya bir rəssamın
gözündə", "21 Sentyabr Beynəlxalq Sülh günü", "Karikatura",
"RedBull doodle art" və s. sərgilərdə iştirak edib. Diplom və
sertifikatlarla təltif edilib.
Mehriban əldə etdiyi uğurlara görə müəllimləri və onu
dəstəkləyib hər zaman yanında olan ailəsinə borcludu. Tura xanım kimi rəssamlığın
hər bir sahəsində bacarıqlı olmaq istəyir.
Şəkil çəkməyi, paltarlara dizayn verməyi sevdiyi üçün
modelyer və rəssam olmaq istəyir.
Asudə vaxtlarında şəkil çəkmək və mahnıya qulaq asmağı
xoşlayır.
ADRA-na daxil olmaq, təhsilini başa vurduqdan sonra məhşur
modelyerlərdən biri kimi sənətində uğurlu addımlar atmaq istəyir. Sənətində
yüksəklərə qalxaraq tarixin yaddaşında qalmaq arzusundadır.
Sülh günü müsabiqəsində çəkdiyi "Dünyaya
sülh" mövzusunda olan rəsmi Gənclər Fondunun maliyyə dəstəyi ilə
hazırlanmış kataloqda dərc edilmişdir.
Комментариев нет:
Отправить комментарий