Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır.
Belə gənclərimizdən biri də Aysel Səfər
qızı Qurbanzadədir. Aysel 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Valideynləri deyir ki, Aysel körpəlikdən
çox sakit uşaq olub, şəkil çəkməyi, şəkilləri rəngləməyi çox xoşlayırdı. O, həm də gəlinciyə paltarlar tikməyə, kağızdan
ona paltarlar düzəltməyə çalışırdı. Məktəbə gedənə qədər yazıb-oxumağa özü həvəs
göstərib.
Aysel 6 yaşında 276 saylı orta məktəbin I sinfinə
daxil olub və hazırda orada təhsilini davam etdirir.
Müəllimlərinin, valideynlərinin etimadını hər zaman
doğruldur. Aysel əlaçıdır, ən çox sevdiyi fənlər Azərbaycan dili və təsviri incəsənətdir.
O, məktəblərində təşkil olunan bütün tədbirlərdə fəallıqla iştirak edir.
Əlaçı olduğuna görə Aysel valideynlərinə və müəllimlərinə
borclu olduğunu düşünür. O, daha dəqiq rəsm əsərləri çəkmək istəyir. Uşaqlıqdan
ən böyük arzusu rəssam və modelyer olmaqdır.
Asudə vaxtlarında şəkil cəkməyi çox sevir. Əsasən təbiət,
qadın və nağıl qəhrəmanlarının rəsmlərini çəkir. Onun əsas hədəfi yüksək balla
ali məktəbə qəbul olmaq və vətənə layiqli övlad olmaqdır.
Məqsədi, arzuları böyük olan Ayselə biz də dərslərində
uğur, müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий