elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Şair Eltac (Eltac Əlişah oğlu Xəlilov)


Eltac Əlişah oğlu Xəlilov 1996-cı il dekabrın 11-də Dəvəçi rayonunda dünyaya göz açıb.
Körpəlikdə mehribanlığı, şirinliyi və istiqanlılığı ilə özünü yaxınlarına sevdirə bilən Eltac şəkil çəkməyə böyük maraq göstərirdi. Kiçik yaşlarından yazdığı şeirləri ilə valideynlərini təəccübləndirir, şeirlərin sonunda “Eltac şair” imzasını qoyurdu. Bu isə onun gələcəkdə gözəl və mənalı şeirlər yazacağını göstərirdi.
Eltac 2003-cü il sentyabrın 1-də Dəvəçi şəhər T. Abbasov adına 1 saylı orta məktəbin I sinfinə gedib. Müəllimlər onun istedadını görərək digər fərqlənən şagirdlər kimi riyaziyyat təmayüllü sinifdə oxumasını məsləhət görmüşlər. Eltacın sevimli fənləri riyaziyyat, tarix, ingilis dili və ədəbiyyatdır. O, məktəbdə keçirilən bütün tədbirlərdə gözəl, intonasiyalı şeir söyləməsi ilə fərqlənir. Məktəbə qədəm qoyduğu gündən Eltac şeirə, poeziyaya dərindən bağlanıb. Buna səbəb Abdulla Şaiqin şeirləridir. Eltac ilk şeirini I sinifdə, 2004-cü il fevralın 12-də qələmə alıb.
“Tumurcuq” qəzetinin bir çox saylarında Eltacın şeirləri işıq üzü görüb.
Asudə vaxtlarında incəsənətin rəssamlıq və musiqi sahəsi ilə məşğul olur.
Eltacın həyatında maraqlı və yaddaqalan günlər çoxdur. Bunlardan ən əsası dayısı Çingiz bəylə tarixi-memarlıq abidəsi olan Çıraq qalaya getdiyi gündür.
Eltac 2007-ci ildə 20 Yanvar faciəsinə həsr olunmuş sərgidə iştirakına görə, fəxri fərmanla təltif edilib.
İngilis dili müəllimi Almaz Ağasiyeva, tarix müəllimi Gülnarə Ağayeva, musiqi müəllimi Qərib Bayramov, Azərbaycan dili və ədəbiyyat müəllimi Nəsibə Hüseynova Eltacın gələcəkdə incəsənət sahəsində böyük uğurlar və nailiyyətlər qazanacağına inanırlar.
Təhsildəki uğurlarına görə anasına, müəllimlərinə və dayısına hər zaman minnətdar olan Eltacın bu sahəni seçməyinə bütövlükdə ailəsindəki mühitin təsiri böyük olub. Gələcəkdə seçəcəyi sahə üzrə tanınmış sənətkarlarla bir sırada olmaq istəyən Eltac şair kimi tarixin səhifələrində yaşamaq niyyətindədir.

 Vətənim

Azərbaycan, Azərbaycan!
Elim-obam, vətənim sənsən.
Təmiz havalı, yaşıl meşəli,
Buz bulaqların, uca dağların,
Gözəl vətənim mənim.
Azərbaycanım mənim.

Şəhidlər xiyabanında

Şəhidlər xiyabanındayam,
Hər şəhid məzarı
Önündən keçəndə mən
Gözüm yaşla dolur,
Ağlayıram için-için,
O günahsız şəhidlərə
Baxıb öz-özümə deyirəm:
Kaş tez böyüyüb mən
Sizin qanınızı alaydım düşməndən.

Çiçək

Yaz gəldi,
Çiçək açdı.
Mən də çiçəyi dərdim,
Apardım evə
Su töküb güldana
Çiçəyi qoydum ona.

Yaz gəlir

Yaz gəlir dağlara, dərələrə, düzlərə,
Dəyişir donunu meşə, dağ, dərə.
Bağlarda yaşıllaşır ağaclar,
Tikirlər yuvalarını qaranquşlar.

İsti ölkələrdən uçub gələn quşların
Bəzəyir nəğmələri meşələrimizi.
Ərir dağın, çölün qarı,
Tökülür çaylara sarı.

Qış arxada qaldı, yenə yaz gəlir,
Elimizə-obamıza xoş avaz gəlir.
Oxuyur bağlarda qaranquş, bülbül,
Açır novruzgülü, bənövşə, nərgiz.  

MÜSABİLƏLƏR QALİBİ (Əhmədov Elvin)

Elvin adı əslində alman adıdır. Mənası iradəli, cəsarətli, dostluqda sədaqətli deməkdir. Elvin körpəlikdə çox cəld, sağlam uşaq olub. Şəkilli, rəngli kitablara baxmağı, nağıllara qulaq asmağı, həddindən artıq sual verməyi xoşlayırdı. Məktəbə gedənə qədər Elvin demək olar ki, “Əilfba”nı əla bilirdi. Ona şəkilli hərflər kitabı almışdılar. Şəkillərə baxıb hansı hərf olduğunu deyirdi. Elvin 2003-cü ildə Nizami rayonu 113 saylı uşaq bağçasına getmişdir. Bağçanın müdiri Flora xanım onu öz sualları ilə imtahana çəkdi. Sonra dedi : “Bu uşağın gələcəyi parlaqdır”.
Elvin uşaqlıqdan “Cırtdan”, “Bala dili”, “Tumurcuq”, “Elli”, “Ümid” və “Sevimli” jurnallarının oxucusu olub.
Uşaqlıq illərindən yaddaqalan, maraqlı bir hadisəni qeyd etmək yerinə düşərdi. Əmisi Qarabağ müharibəsinin veteranı, ikinci dərəcəli əlildir. Ona müharibə ilə bağlı çoxlu suallar verməyi xoşlayırdı. 2000-ci ildə şəhərə gəzintiyə çıxmışdılar. Gəzinti zamanı oyuncaq satılan dükanı görən kimi anasının əlindən buraxıb dükana qaçdı və satılan oyuncaqlar arasından silahı götürdü. Satıcı əlindən silahı almaq istəyəndə ağlayaraq qışqırdı: “Mən erməniləri öldürəcəm”. Bu zaman dükanda olan insanlar təəccüblə uşağa baxıb gülürdülər. Vəziyyəti belə görən satıcının “bu silahı sənə bağışlayıram” deməsi uşağın sevincinə səbəb oldu. O vaxtdan bu uşağın vətənə, torpağına bağlılığı hiss olunurdu. O, hər bir şeyi öyrənməyə can atırdı. Ona görə də artıq III sinifdə oxuyanda bilgisayarda rəsm çəkməyi, yazmağı bacarırdı.
Elvin Əhmədov 1997-ci il noyabrın 28-də Xaçmaz rayonunun Tel kəndində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhər Nərimanov rayonundakı Bağça-məktəb-lisey kompleksinə Rəmziyyə Babayevanın eksperimental sinfinə qəbul olunur. İbtidai sinfi əla qiymətlərlə bitirir. V sinifdən isə Nizami rayonundakı “Zəngi” liseyində təhsil alır. Dərs əlaçısıdır, sinif nümayəndəsidir. Dərsdən əlavə krossvordlar hazırlayır, əlavə kitablar oxuyur, şəkillər çəkir. Riyazi təfəkkürlü güclüdür, dünyagörüşlüdür. İdmanın karate növünü çox sevir, hərəkətlərini öyrənir.
O, bütün fənləri çox sevir. Lakin riyaziyyat, ingilis dili fənnlərini öyrənməyə daha çox vaxt ayırır. I sinifdə oxuyarkən açıq dərslərdə dəstə rəhbəri olub, “Əlifba bayramı”nda riyaziyyat rolunda rəqəmlərə aid şeirlər söyləyib, səhnəcikdə içtirak edib. 2005-ci ilin mayın 27-də onu “İctimai” radioda canlı yayımlanan “Çox bilmişlər” uşaq verilişinə dəvət etmişdilər. Aparıcı Sevinc xanım ona çoxlu sualar verirdi. O burada I yeri tutdu, fəxri fərmana layiq görüldü. Onun uğurları hələ irəlidədir. Bunun üçün yaxşı oxumalı, daha çox çalışmalıdır. Elvin gələcəkdə kəşfiyyatçı olmaq istəyir. Asudə vaxtlarında kitab oxuyur, bilgisayarda intellektual oyunlar oynayır. İctimai radioda çıxış etmiş, “Ümid” mənəvi-əxlaqi uşaq jurnalında qalib kimi şəkli çıxmışdır. Orada yazılan müsabiqələrdə içtirak edirdi. Suallara cavab yazırdı. İlin yekunlarına görə istedadlı uşaqları “Ümüd” klubunun üzvü seçmişdilər. Qalib olan uşaqları 20 may 2006-cı ildə Bakı Əyləncə Mərkəzinə toplamışdılar. Orada onlara təntənəli şəkildə, hədiyyələr və klubun üzvlük vəsiqəsini verdilər. 2008-ci ildə olimpiadada I yer tutub.
Məqsədi əla oxumaq, prezident təqaüdünə layiq olmaqdır. 2010- 2011-ci illərdə VI-VII sinifdə oxuduğu zaman  “Zəngi” liseyinin “Kiçik Akademiya”nın XIV və XV konfranslarında III dərəcəli diplomla təltif olunub. Elmi rəhbəri - sinif rəhbəri, ingilis dili müəllimi Leyla Teymurova olmuşdur. “Kiçik Akademiya”nın XV konfransında  “Azərbaycan tarixi” fənnindən I yerin diplomu ilə təltif olunmuşdur. Elmi rəhbəri Sona Qədimbəyli Elvinin Səfəvilər dövlətinə böyük marağı olduğunu hiss etmişdir. Səfəvilər dövlətinin xəritəsi daim Elvinin masasının üzərindədir. O, xəritəyə həmişə böyük qürur hissi və maraqla baxır. Böyük və qüdrətli Azərbaycan dövləti haqqında çox fikirləşir.
2012-ci ildə VIII sinifdə oхuduğu zaman “Kiçik Akademiya”nın XVI konfransыnda  coğrafiya fənnindən I dərəcəli diplomla təltif olunmuşdur. Könül Novruzovanın elmi rəhbərliyilə “Azərbaycan qoruqları” məruzəsi ilə çıxış etmişdir.
e-mail: cengaver@bk.ru

Həsənova Ülkər Şirazi qızı


Ülkərin dünyaya gələndə uşağa qoymaq üçün bir çox adlar nəzərdə tutulubmuş. Və demək olar ki, uşağın adı püşkatma yolu ilə müəyyənləşdirilib. “Ülkər” adı atılanda Şirazi bəy iki dəfə səbr gətirir və bu adın üstündə dayanmaq qərarını verirlər. Ülkər körpəlikdə çox nadinc uşaq olub. Mahnı oxumağı, nağıla qulaq asmağı çox sevirdi. Məktəbə gedəndə artıq yazmağı, oxumağı dayısı qızı Nərgizin sayəsində öyrənmişdi.
Ülkərin 5 yaşı olanda ilk dəfə onu üzgüçülüyə aparırlar. Üzgüçülük müəlliminin başı qardaşı Yusifə qarışanda Ülkər də müəllimi gözləməyib qolluqsuz suya atılır. Hovuzun dərinliyi 2,5 metr idi. Valideynlərini möhkəm təşvişə salır. Özü də çox qorxur. Amma indi üzməyi çox sevir. Ülkər balacalıqdan gəlincikləri, maşınları bəzəməyi çox sevirdi. İndi də onun gözəl əl işləri var.
Ülkər Şirazi qızı Həsənova 2001-ci il dekabrın 7-də Bakı şəhərində dünyaya gəlib. Hazırda Xəzər rayonu 26 saylı orta məktəbin V sinfində oxuyur. İbtidai təhsili Natavan müəllimin sinfində alıb. Təhsildən əlavə rəqsə və üzgüçülüyə gedir.
Ülkər: “ - Dərslərimi yaxşı oxuyuram. Bütün fənləri sevirəm. “Novruz” və “Xocalı faciəsi” adlı tədbirlərdə iştirak etmişəm. Bu tədbirlərdə şeir demişəm. Səyahət etməyi xoşlayıram. Gəzdiyim Tiflis şəhəri, Şəki rayonundakı “Xan sarayı”, Karvansaray, Qəbələ rayonundakı Yeddi gözəl şəlaləsi, Qəbələnd parkı çox xoşuma gəlib.
Valideynlərim mənim yaxşı oxumağım üçün bütün lazımi şəraiti yaradır, gərəkli olan hər bir dərs ləvazimatı ilə təmin edirlər. İlk dərs günündən ibtidai sinif müəllimim Natəvan xanımın insanlığına, əsl müəllim psixologiyasına, hər bir şagirdə sevgi ilə yanaşmasına heyran oldum. Müəllimin öyrətmək əzmi mənə oxumağa, digərlərindən fərqlənməyə stimul verdi.
Gah uşaqların sevimlisi savadı bir müəllim, gah insanların sağlamlığını qoruyan ağ xalatlı həkim, gah da zövqlü insanları bəzəyən modelyer olmaq həvəsinə düşürəm. Asudə vaxtlarımda öz otağıma çəkilir və atamın aldığı nağıl kitablarını oxuyuram. Plastilindən müxtəlif fiqurlar hazırlayırm. “Tumurcuq” qəzetində əlaçılar sırasında mənim də şəklim çıxmışdır. Rəsm çəkməyi və müxtəlif bəzək əşyaları düzəltməyi sevirəm. Ailəmin əhatəsində böyümək, valideyn qayğısı görmək mənim üçün ən böyük xoşbəxtlikdir.
Rəngli kardon üzərində yapışdırma vasitəsilə muncuqlardan hazırlaığım “Tovuzquşu” aplikasiyası ilə müsabiqədə iştirak etmişəm. III sinfin I yarımilində məktəb üzrə keçirilən riyaziyyat fənni üzrə olimpiadanın qalibi olmuşam.
Atam və anam məni həmişə həkim olmağa həvəsləndirir. Mən məktəbi qızıl medalla bitirməyi, maksimum balla universitetə daxil olmağı planlaşdırıram. Əlbəttə hər bir insan öz yaxşı əməli ilə yaddaşlarda qalmalıdır. Yaddaşlarda qalmaq üçün əsl Azərbaycan vətəndaşı kimi yetişməli, savadlı və yaradıcı olmalıyam”.
e-mail: ulya_hasanova@mail.ru

Yolçiyeva Nazlı Səbuhi qızı


Qəhrəmanımız Nazlı nənəsinin adını daşıyır. Nazlı körpəlikdə şən və aktiv uşaq olub. İnsanlarla ünsiyyətdə olmağı çox sevib. Puzzle yığmağı və həmçinin dama oynamağı xoşlayırdı. Məktəbə qədərki dövrünü A.A.H.M-nin öhdəliyində olan uşaq bağçasında keçirdiyi üçün həm yaza, həm də oxuya bilirdi. Həmçinin orada rus dilini öyrənmişdi. Bacarıqlı əllər dərnəyində öyrəndiklərini düzəltməyi sevirdi. Uşaq bağçasında keçirilən bütün tədbirlərdə iştirak edirdi. Bağçada hər fəsil üzrə bayram tədbirləri keçirlirdi. Şeirləri daha yaxşı öyrəndiyi və bildiklərini tamaşaçılara daha səlist çatdırdığı üçün bayramlarda aparıcı rolunda iştirak edirdi. Nazlı, bağçada tərbiyə alan uşaqlara qayğı göstərən və onları öz övladları kimi sevən müdirə Sevdagül xanıma minnətdarlığıbildirdi.
Nazlı uşaqlıqdan mütaliə ilə məşğul olurdu. O, nağıl kitabları oxumağı çox sevirdi. İndi Şah İsmayıl Xətai adına kitabxananın üzvüdür. Riyaziyyat fənni üzrə məktəblərarası olimpiadalara qatılıb və məktəb birincisi seçilib. Onda bu marağın yaranmasının səbəbkarları ibtidai sinif müəllimi Balabəyim xanım və indiki sinif rəhbəri Firuzə xanım, həmçinin fənn müəllimləridir.
Nazlı Səbuhi qızı Yolçiyeva 1995-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. İlk təhsilinə 221 saylı orta məktəbdə başlayıb və VI sinifdən təhsilini 25 saylı orta məktəbdə davam etdirir.
Təhsildən əlavə üzgüçülük və həndbolla məşğul olmağı sevir. Dərslərini yaxşı oxuyur və bütün fənləri çox sevir. Hər il keçirilən sınaqlara qatılır. Sınaq və olimpiadalarda uğur əldə etdiyi, IX sinifdə keçirilən imtahanlarda yaxşı nəticə göstərdiyi günlər onun həyatındakı ən uğurlu günlərdir.
Gələcəkdə pediatr olmaq istəyir, çünki uşaqları çox sevir. Asudə vaxtlarında mütaliə ilə məşğul olmağı sevir. Ən çox şeirləri, romantik və fantastik əsərlər oxumağı xoşlayır. Bununla yanaşı asudə vaxtlarında şeir yazır. İlk dəfə V sinifdə içindəkiləri, düşüncələrini insanlara şeirlə çatdırmağa cəhd edib. 221 saylı məktəbdə hər ay uşaqların əl işləri və rəsm əsərlərilə bağlı “Tumurcuq” qəzetində məlumat verilirdi. Və həmin qəzetdə Nazlının da rəsmi çap olunub.
Nazlı: “ - Xoşbəxtliyi bilikdə, savadda görürəm. İnsanın biliyi artdıqca onun dünyagörüşü də dəyişir. Özümə yetən qədər bilik toplasam xoşbəxt olaram. Əsas odur ki, bildiklərimi dərindən mənimsəyim, sənətimi sevim və sənətimin hər xırdalığını dərk edim. Valideynlərim mənə həkimlik sənətini sevdiriblər. Məktəbi bitirdikdən sonra ATU-nə daxil olmaq istəyirəm. Oranı bitirdikdən sonra həkim-pediatr olmaq arzusundayam. Sənətimi daha dərindən öyrəndikdən sonra uşaqların psixologiyası haqqında kitab yazmaq istərdim.

Novruzova Əfsanə Filman qızı

Növbəti qəhrəmanımız Əfsanədir. Əfsanəvi Əfsanə körpəlikdə emosional uşaq olub, rəsmlə maraqlanıb. Onda təhsilə maraq oyatmaq istəyən valideynləri hələ məktəbə getməmişdən öncə elementar ilkin bilikləri əldə etməsi üçün Əfsanəyə xüsusi müəllim tuturlar. Təbii ki, həmin müəllimin sayəsində balaca Əfsanə lazımi bilikləri əldə edir.
Əfsanə Filman qızı Novruzova 19 sentyabr 1997-ci il də Bakıda anadan olub. I-IV sinifə kimi 158 saylı orta məktəbdə, IV-VI sinifləri kimi “Dünya” məktəbində, VI sinifdən 308 saylı orta məktəbdə oxuyur. Dərsdən əlavə kompyüter kursu və əl işləri ilə məşğul olur.
Əfsanə dərslərimi yaxşı və əla qiymətlərlə oxuyur. Ən sevimli fənləri riaziyyat, ingilis dili, əmək, rəsmdir. Kişik yaşlarından ictimai işlərdə də fəal olan Əfsanə uşaq bağçasında ingilis dili müəllimi, “Dünya” məktəbində ingilis dilində “Göyçək Fatma” nağılında Fatmanın ögey bacısı rolunda oynayıb.
İki dəfə təşəkkürnamə ilə təltif olunub. Birinci dəfə 23 dekabr 2006-cı ildə “Colgate”-dən “Mənim parlaq təbəssümüm” beynəlxalq rəsm yarışmasında iştirak etdiyinə görə, ikinci dəfə isə 30 may 2008-ci ildə Xəzər unversiteti “Dünya” məktəbində nümunəvi davaranışına görə təşəkkürnamə ilə mükafatlandırılıb.
Əfsanə rəsm sahəsində və toxuculuq sahəsində uğur qazanmasında anasına borclu olduğunu söyləsə də, müəllimlərinin də böyük əməyi və zəhmətini layiqincə qiymətləndirir. Modelyer-rəssam Fəxriyyə Xələfovanın sənətindən ilhamlanan bu qız, onun kimi istedadlı olmaq istədiyini deyir. Əfsanə uşaqlıqdan dizayner olmaq istəyir. Məhz bu səbəbdən asudə vaxtlarını da əl işləri və rəsmlə məşğul olmaqla keçirir, paltar eskizlərini və əl işərini müasir üslubda muncuqla işləyir.
“Xəzər” jurnalının 15 fevral 2009-cu il buraxılışında “Uşaq dünyası” sərlövhəsində 20 Yanvar faciəsi ilə bağlı Əfsanənin də yaradıcılığından nümunələr dərc olunub.
Əfsanə: “ - Gələcək planım dərslərimi yaxşı oxuyub istədiyim sənətə yiyələnməkdir. Çalışacağam ki, bu sahədə öz dəsti-xətti, öz üslubu olan modelyer olum. Sənətdə yaratdığım yeniliklərlə insanların yaddaşında özümə yer edən bir şəxs olmağı niyyətləyirəm”.
Nə deyirik, təki arzularına çatasan! 

Qasımov Anar Ramiz oğlu

Anar Ramiz oğlu Qasımov 1998-ci ildə noyabrın 7-də Şabran şəhərində anadan olub. 2005-ci ildə Bakı şəhər Xətai rayonundakı 17 saylı məktəbin I sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbin IV sinfini bitirib. Elə həmin ilin sentyabrında Ankara məktəb-liseyin V sinfinə daxil olub. Hazırda həmin məktəbdə təhsilini davam etdiri. Anar təhsil aldığı illər ərzində özünü çox nümunəvi şagird kimi aparmışdır. Daim dərs əlaçısı olmuş, təhsil aldığı məktəbin ən sevimli şagirdlərindən birinə çevrilmişdir. İbtidai təhsil aldığı 17 saylı orta məktəbdə sinif rəhbəri olmuş Səidə Quliyeva və hazırda təhsil aldığı Ankara məktəb-liseyində sinif rəhbəri Mətanət Fərəcova Anar haqqında danışarkən simalarına gözəl bir təbəssüm qonur, qəlblərinin dərinliklərində bəstələdikləri ən incə, ən gözəl duyğuları, yüzlərlə sözlərin içindən seçdikləri ən gözəl sözləri dilə gətirirlər. Anarın valideynləri ilə görüşərkən belə bir övlad tərbiyə edib məktəbə yolladıqları üçün minnətdarlıq hissi ilə danışırlar.
Anar orta məktəblə yanaşı Süleyman Əsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin qarmon şöbəsində III sinifdə təhsil alır. Musiqiyə olan marağı lap körpə çağlarından hiss olunurdu. Hələ 2-3 yaşlarında Anar saatlarla musiqiyə qulaq asmaqdan bezməzdi. Saatlarla tək oturub musiqi sədaları altında sevimli oyuncaqları ilə məşğul olardı. Onun artıq musiqiyə qulaq asmadığını və oyuncaqlarla oynadığını zənn edib musiqi çalınan aparatı söndürən kimi Anar ağlamağa başlayardı. Təkidlə musiqini səsləndirməyi tələb edərdi. Anar hələ balaca olarkən böyük bacıları musiqi məktəbinin fortepiano sinfində təhsil alırdılar. Onlar pianonun axrasında durar- durmaz Anar tez qaçıb onların yerində oturmağa cəhd edərdi. Təbii ki, boyu çox kiçik olduğu üçün stulda sərbəst oturmağı bacarmazdı. Eləcə ayaq barmaqlarının ucunda qalxar, balaca qollarını pianinoya uzadar və dillərini basardı və bu zaman bütün dünya Anarın olardı. Böyüdükcə, musiqini dərk etdikcə bacılarından milli musiqilərimizi ifa etməyi xahiş edərdi. Bacıları isə milli musiqilərimizi çala bilmirdilər. Çünki musiqi məktəbinin fortepiano sinfində əsasən klassik əsərlər öyrədilir. Milli musiqimizə olan maraq Anarı bacılarının arxasınca S. Əsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə apardı. Məhz öz musiqimizi öyrənmək üçün qarmonu seçdi. İndi Anar xalq mahnılarımızı qarmonda sevə-sevə, böyük məharətlə çalır. Hələ bundan başqa, körpəlikdən ürəyində bəslədiyi arzularını da həyata keçirir, gözəl musiqilərimizi fortepianoda da məharətlə ifa edir.
Evlərində olan şahmat qutusu fiqurları ilə birlikdə Anarın sevimli oyuncaqlarından biri idi. Bu fiqurların niyə müxtəlif formada olduqlarını təkrar-təkrar soruşardı. 6 yaşında Anar Xətai rayonundakı Şahmat Məktəbinə getməyə başladı və tez bir zamanda şahmat oynamağı öyrəndi. İndi müstəqil olaraq şahmatla məşğul olur. Öz üzərində çalışır. Dərs saatlarının çox olmağı ilə əlaqədar şahmat məktəbinə gedə bilmir. Evdə tək oğlan uşağı olması ona bir sıra problemlər yaradırdı. O, evdə oğlan kimi oynamağa, dəcəllik etməyə birini tapmayanda bərk əsəbləşirdi. Tez-tez bacılarına sataşırdı. Onları onunla, onun istədiyi kimi oynamağa məcbur edərdi və bu zaman rədd cavabı alardı. Daxilindən gələn enerjini sərf etməyə evdə nəsə tapmayan Anar idmanla məşğul olmağa qərar verdi. O, idmanın dzyü-do növünü seçdi. İndi Anar Xətai rayonundakı “Ruslan” İdman Mərkəzində idmanın dzyü-do növü ilə məşğul olur. Bakı şəhərində keçirilən müxtəlif idman yarışlarında iştirak edib. İdmanda qazandığı müvəffəqiyyətlərə görə bir neçə medalı və fəxri fərmanları var. Sağlamlığında yaranan müvəqqəti narahatlığa görə 2 il idmandan uzaqlaşsa da, yenidən idmana döndü və indi sevimli idmanı ilə məşğul olur.
Anar təhsil aldığı məktəbdə də daim tədbirlərdə iştirak edir. Müxtəlif tədbirlərdə ona tapşırılan çıxışların, rolların öhdəsindən məharətlə gəlir. Hətta müəllimlərindən bir neçəsi dəfələrlə məsləhət görüb ki, gələcəkdə incəsənətin aktyorluq növü ilə məşğul olsun, bu sənətdə uğur qazana bilər. Tədbirlərdən birində Dədə Qorqud rolunda oynayıb. Bu rolu çox sevib. Səhnə qiyafətləri ona çox yaraşırdı. Sazı da var idi.
Məktəbə gedənə qədər Anar yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı Anara Sifayə nənəsi öyrətmişdi. Sifayə nənə 35 il ibtidai sinif müəllimi işləmişdi. Anarla məşğul olmaq, ona yazıb-oxumağı, şeirlər, nağıllar öyrətmək Sifayə nənəyə xüsusi zövq verirdi. Hətta Anarla əmək dərsləri keçirdi. Rəngli kağızlardan, müxtəlif vəsaitlərdən maraqlı maketlər düzəldirdi. İndi Anar gözəl şəkillər çəkdiyinə, fantaziyalar qurub maketlər düzəltməyə görə Sifayə nənəyə borcludur.
Anar əsasən dəqiq elmlərə maraq göstərir. Riyaziyyatı və təbiət elmlərini çox sevir. Dərs əlaçısıdır. Təhsildə qazandığı uğurlara görə hər ilin axırı tərifnamələrə layiq görülüb. Təbiət hadisələri, bitkilər və heyvanlar aləmi onun üçün çox maraqlıdır. Təbiət haqqında, göy cismləri, planetlər barəsində müxtəlif telekanallarda göstərilən verilişlərin hamısına baxır. Planetlər, göy cismləri barəsində elə maraqlı faktlar danışır ki, heyran qalmaya bilmirsən.
Anardan gələcəkdə hansı sənətin sahibi olacağını soruşduqda - həkim olacağam - deyir. Özü də elə-belə həkim yox, əsl akademik olmaq istəyir. Hələ lap balacalıqdan anası əlindən tutub onu həkimlərin qəbuluna apararkən anasına sonsuz sayda suallar verərdi. Bu həkimlər kimdir? Nə iş görürlər? Hansı xəstəlikləri müailicə edirlər? Ən lazımlı həkim hansıdır? İnsanlar niyə xəstələnirlər? Cərrahlar əməliyyat edərkən xəstələr ölürlərmi?
Anası da səbrlə onun bütün suallarına cavab verərdi. Elə indi də anasına suallar yağdırmaqda davam edir. Anası onun ən yaxın yardımçısıdır. Vaxtının çoxunu anası ilə keçirir. Bir neçə il bundan qabaq anası xəstələnmişdi. Bir sıra həkimlərə müraciət etsələr də bir dəyişiklik olmurdu. Bu vəziyyət hamını narahat edirdi. Ən çox da Anara pis təsir edirdi. Çünki evin, ailənin kiçiyidir. Anası bütün günü gözlərinin qarşısında olurdu. Sağlam, şən əhval ruhiyyəli görürdü anasını. Anasının əvvəlki halını ona qaytara bilmirdilər. O zaman onun ürəyindən bir arzu keçirdi. Kaş savadlı həkim olub anasını sağaldardı. Elə anasına o cür halda da yenə suallar yağdırırdı. Ana, yaxşı həkim olmaq üçün nə etmək lazımdır? Hansı dərsləri lap yaxşı oxumalıyam? və. s... ???
Bir neçə gün sonra anasını bir həkimin yanına apardılar. Anar da onların yanında idi. Qapıdan içəri girən kimi bu həkimi gözü tutdu. Elə bil sirli-sehrli bir dünyaya düşmüşdü. Bu məkan həkim otağından çox texniki avadanlıqlarla dolu olan emalatxanaya oxşayırdı. İçəridə də nurani, xoşxasiyyət, gülərüz bir insan oturmuşdu. İndi o, böyük akademikdir. O, akademik fəxri adını tibb sahəsində almayıb. Ancaq Anarın gözündə bir akademik həkimdir. Çünki anasını 10 gün içərisində sağaltdı. 10 gün Anar anası ilə həkimin qəbuluna getdi. Anası gözlərinin qarşısında hər gün cavanlaşırdı, sağalırdı. Bax o zaman Anar həkim, tibb üzrə akademik olmaq istədi. Bütün insanları anası kimi həyata qaytarmaq istədi. Bu məqsədinə çatmaq üçün var qüvvəsi ilə çalışacaq. Vətəni üçün, Azərbaycan üçün, milləti üçün layiqli bir övlad olacaq. Anar seçdiyi həkimlik sənətinin nə qədər çətin, nə qədər məsuliyyətli olduğunu da dərk edir. Başa düşür ki, bu sənət bir başa insanların həyatı ilə bağlıdır. Həkimlik sənəti insanlara hava, su kimi lazımdır. İnsanlara şəfa vermək üçün əlindən gələni əsirgəməyəcək.

O, xoşbəxtliyi insanlara yararlı olmaqda görür. Gələcəkdə bir həkim kimi həyata qaytara biləcəyi hər bir insan onun xoşbəxtlik adlanan dənizinin damlaları, suları olacaq. Bu damlalar olmasa, bu sular olmasa xoşbəxtlik dənizi necə ola bilər? Valideynləri də onun bu arzusunu dəstəkləyirlər. Hazırda çalışır ki, onların zəhmətlərini itirməsin, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirsin. Ən əsası dərsləri ilə mükəmməl məşğul olsun. Biliklərə dərindən yiyələnsin, heç olmasa iki əcnəbi dil öyrənə bilsin, lazım gələrsə xarici dövlətlərdə seçdiyi sənətlə bağlı ən mükəmməl biliklərə yiyələnsin. Qoy bütün ölkələrdən onun yanına insanlar şəfa tapmağa gəlsinlər. O da sevə-sevə onlara yardım etsin. Qoy desinlər ki, Azərbaycan adlanan bir ölkədə Anar adlı bir həkim var bizə ancaq o, şəfa verə bilər. Amin!

Məmmədzadə Gülnar Hadi qızı

 
Gülnarın yolunu dörd il gözləmişik. Onun həsrətini nəinki biz, hətta qohumlar da çəkirdilər. Əmisinin ən sevdiyi ad Gülnar idi. Beləliklə ailə arasında qərar verdik ki, qızımızın adını Gülnar qoyaq. Körpəlikdə o çox sakit olmuşdur. Hər zaman gəlincikləri ilə oynayırdı.
Məktəbə getməmişdən qabaq onun məktəb çantası, kitabları, dəftərləri və. s ləvazimatları vardı. Gülnarın dayısı qızı Kəmalə ona hər şeyi öyrətmişdi.
Dörd-beş yaşlarından təhsillə maraqlanmağa başladı. Onun dayısı uşaqları məktəbə gedərkən, hər zaman Gülnar ona baxırdı. O da məktəbə getmək və oxumaq istəyirdi.
Gülnar Hadi qızı Məmmədzadə 1999-cu il sentyabrın 17-də Bakıda anadan olub. I sinifdən Heydər Əliyev adına liseydə oxumağa başlayıb.
Gülnar: “ - Sevimli fənlərim riyaziyyat və ingilis dilidir. Məktəbimizdə keçirilən “Əlifba bayramı”, Yeni il, Novruz bayramı, buraxılış günü və başqa tədbirlərdə iştirak etmişəm. Orada müəllimlər haqqında şeirlər söylədim və “Biz mehriban ailəyik” manısını ifa etdim. 2007-ci il sentyabrın 15-də məktəbə ilk qədəm qoyduğum gün mənim üçün uğurlu gün idi. Çünki çox sevdiyim və hörmət etdiyim, mehriban, qayğıkeş, uşaqlara düzgün yol göstərən Aygün müəllimlə tanış oldum. Aygün xanım tək mənə yox, bütün uşaqlara yaxşı oxumağı, vətəni sevməyi öyrətməyə çalışırdı.
Mən ilk günlərdə çox da yaxşı oxumurdum. Bir gün Aygün müəllim məni yanına çağırıb dedi: “Gülnar görürəm oxumağa həvəsin var, lakin tənbəllik edirsən”. Aygün müəllimin bu sözlərini qulağıma sırğa elədim. Həmin gündən dərslərimə ciddi fikir verdim, Aygün müəllimin adına layiq şagird olmağa çalışdım.
Gələcəkdə müəllim olmaq istəyirəm. Bu hiss məndə ingilis dili müəllimim Solmaz xanıma və Aygün müəllimə olan sevgimdən irəli gəlibdir.
Asudə vaxtlarımda kitab oxumağı, musiqi dinləməyi və ifa etməyi çox sevirəm. Buna görə də məktəbimizdə olan musiqi dərnəyinə gedirəm.
Atam Laçının Bozdoğan, anam isə Qubadlının Zilanlı kəndində anadan olub. İndi bu torpaqlar erməni işğalçılarının əlindədir. Ən böyük arzum Laçını, bütün Qarabağı gəzib dolaşmaqdır.
Gələcəkdə mən yüksək balla ali məktəbə daxil olmaq istəyirəm. Ali məktəbi bitirdikdən sonra sevimli Aygün və Solmaz müəllimlərim kimi Heydər Əliyev adına liseydə müəllim vəzifəsində işləmək istəyirəm. Bütün bildiklərimi gələcək nəsillərə çatdırmaq və onlara doğru yol göstərmək arzusundayam”.