Növbəti
qəhrəmanımız Əfsanədir. Əfsanəvi Əfsanə körpəlikdə emosional uşaq olub, rəsmlə
maraqlanıb. Onda təhsilə maraq oyatmaq istəyən valideynləri hələ məktəbə getməmişdən
öncə elementar ilkin bilikləri əldə etməsi üçün Əfsanəyə xüsusi müəllim
tuturlar. Təbii ki, həmin müəllimin sayəsində balaca Əfsanə lazımi bilikləri əldə
edir.
Əfsanə
Filman qızı Novruzova 19 sentyabr 1997-ci il
də Bakıda anadan olub. I-IV sinifə kimi 158 saylı orta məktəbdə, IV-VI sinifləri
kimi “Dünya” məktəbində, VI sinifdən 308 saylı orta məktəbdə oxuyur. Dərsdən əlavə
kompyüter kursu və əl işləri ilə məşğul olur.
Əfsanə dərslərimi
yaxşı və əla qiymətlərlə oxuyur. Ən sevimli fənləri riaziyyat, ingilis dili, əmək,
rəsmdir. Kişik yaşlarından ictimai işlərdə də fəal olan Əfsanə uşaq bağçasında
ingilis dili müəllimi, “Dünya” məktəbində ingilis dilində “Göyçək Fatma”
nağılında Fatmanın ögey bacısı rolunda oynayıb.
İki dəfə təşəkkürnamə
ilə təltif olunub. Birinci dəfə 23 dekabr 2006-cı ildə “Colgate”-dən “Mənim
parlaq təbəssümüm” beynəlxalq rəsm yarışmasında iştirak etdiyinə görə, ikinci dəfə
isə 30 may 2008-ci ildə Xəzər unversiteti “Dünya” məktəbində nümunəvi
davaranışına görə təşəkkürnamə ilə mükafatlandırılıb.
Əfsanə rəsm
sahəsində və toxuculuq sahəsində uğur qazanmasında anasına borclu olduğunu söyləsə
də, müəllimlərinin də böyük əməyi və zəhmətini layiqincə qiymətləndirir. Modelyer-rəssam
Fəxriyyə Xələfovanın sənətindən ilhamlanan bu qız, onun kimi istedadlı olmaq
istədiyini deyir. Əfsanə uşaqlıqdan dizayner olmaq istəyir. Məhz bu səbəbdən asudə
vaxtlarını da əl işləri və rəsmlə məşğul olmaqla keçirir, paltar eskizlərini və
əl işərini müasir üslubda muncuqla işləyir.
“Xəzər”
jurnalının 15 fevral 2009-cu il buraxılışında “Uşaq dünyası” sərlövhəsində 20 Yanvar
faciəsi ilə bağlı Əfsanənin də yaradıcılığından nümunələr dərc olunub.
Əfsanə: “ - Gələcək
planım dərslərimi yaxşı oxuyub istədiyim sənətə yiyələnməkdir. Çalışacağam ki,
bu sahədə öz dəsti-xətti, öz üslubu olan modelyer olum. Sənətdə yaratdığım
yeniliklərlə insanların yaddaşında özümə yer edən bir şəxs olmağı niyyətləyirəm”.
Nə deyirik, təki arzularına çatasan!
Комментариев нет:
Отправить комментарий